Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Cəfər Sadiqdən (ə) namazın qılınma qaydası haqqında

İmam Cəfər Sadiqdən (ə) namazın qılınma qaydası haqqında
+1
  • 07 may 2018
  • Bölmə: Namaz
  • Baxış: 3 311
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
İmam Cəfər Sadiqdən (ə) namazın qılınma qaydası haqqında

İmam Cəfər Sadiqin (ə.) Həmmad adındakı bir yaxın
dostu rəvayət etmişdir ki:
“Bir gün İmam Sadiq (ə.): “Mənə ey Həmmad, düzgün tərtibi ilə namaz qıla bilirsənmi?” –deyə soruşdu. Mən: “Ey Ağam, Harizin namaz haqqındakı kitabını əzbər bilirəm”-dedim. İmam (ə.): “Xeyr, belə olmaz; Qalx namaz qıl, baxaq”- deyə buyurdu. Həmmad deyir: Bu zaman, mən qalxıb, İmamın qarşısında qibləyə yönəldim və namaza başlayıb ruku və səcdələri yerinə yetirdim. İmam (ə.), mənim namaz qılmağımı seyr etdikdən sonra belə buyurdu: “Ey Həmmad, gözəl namaz qıla
bilmirsən. Sizlərdən biri altmış və ya yetmiş yaşına çatdığı halda, hələ də bir namazı bütün qaydası ilə, tam olaraq yerinə yetirə bilməməsi, necə də pisdir.”
Həmmad deyir: Bu sözlər mənə təsir edərək ruhumu sirkələdi və İmama: “Canım sənə fəda olsun, belədirsə özünüz mənə namaz qılmağı öyrədin”- dedim.
Bu zaman, İmam düzgün bir şəkildə qibləyə doğru durub, barmaqları bitişik halda, əllərini qıçlarına doğru yönəltdi. Ayaqlarının isə arasında üç barmaq məsafə
olacaq şəkildə bir-birlərinə yaxınlaşdırdı. Xuşu və xuzu içində ayaq barmaqlarının hamısını qibləyə doğru yönəltdi və: “Allah Əkbər” deyərək, namaza başladı. Həmd surəsini, ondan sonra da İxlas surəsini qiraətlə düzgün bir şəkildə oxudu və bir nəfəs alacaq qədər zaman gözlədikdən sonra ayaq üstə olduğu halda: “Allahu Əkbər”-dedi. Sonra, rukuya əyilərək, ayaqlarının arası aralı olduğu halda, əllərinin içiylə diz qapaqlarını qapadı və kürəyi dümdüz halda dizlərini arxaya çəkdi. Belə ki, əgər
kürəyinə bir damcı su və ya yağ düşsəydi, kürəyinin düz və dizlərinin arxaya çəkilmiş olduğundan o su və yağ damcısı olduğu yerdə qalardı. Həmçinin boynunu uzadaraq, gözlərini cüzi şəkildə qapayaraq, qiraətlə zikr söyləməyə başladı və üç dəfə: “Subhanə Rabbiəl Əzimi və bihəmdih”-dedi. Sonra ayağa qalxaraq tam olaraq düz durduqdan sonra: “Səmiəllahu limən həmidəh”-dedi. Sonra əllərini üzünün səthinə qaldıraraq ayaq üstə (qiyamda) olduğu halda: “Allahu Əkbər” dedi və səcdəyə getdi. Səcdəyə gedərkən əllərini dizlərindən öncə yerə qoydu və üç dəfə: “Subhanə Rabbiəl əla və bihəmdih”- dedi. Səcdə halındaykən gövdəsinin bir hissəsini yerə
toxundurmadan səkkiz üzvünü - yəni alnını, əllərinin içini, dizlərini, ayaq barmaqlarının ucunu və burnunu yerə qoydu. Bu əzalardan yeddisinin səcdə halında yerə
qoyulması fərz, burunun yerə qoyulması isə sünnətdir və ona burunu yerə sürtmək deyilir. Sonra başını səcdədən qaldırdı və tam olaraq oturdukdan sonra: “Allahu Əkbər”-dedi. Bu halda sol tərəfi üstündə oturub sağ ayağının üstünü sol ayağının iç qisminə qoydu və: “Əstağfirullahə və ətubu iləyh”-dedi. Daha sonra oturaqlı olduğu halda: “Allahu Əkbər” deyib ikinci səcdəyə getdi və birinci səcdədə söylədiklərini təkrarladı. Nə rukusunda, nə də səcdəsində, bədənindən bir yardım almadı. irsəklərini, səcdə edərkən yerə qoymadı və qanad şəklində göydə tutdu. İmam beləcə iki rəkət namaz qıldı. Sonra mənə tərəfə dönərək: “Ey Həmmad”-dedi. “Namazı belə qıl, namaz əsnasında sağına, soluna baxma; Əlinlə və barmaqlarınla oynama və ağız suyunu sağına, soluna və önünə atma.” (Biharul Ənvar, c. 84, s. 185, Əl-
Vəsail, c. 4, s. 673) Yuxarıda nəql etdiyimiz bu hədisdə, İmam Cəfər Sadiq (ə.), həm namazın fərzlərini, həm də bir qismi kişilərə aid olmaqla bəzi sünnətlərə işarə edilərək adı çəkilən yaxın dostuna düzgün namaz qılmaq şərtini öyrətməyə çalışmışdır. Nəhayət insan, namaza durduğunda, əmr edilən fərz və sünnətlərə riayət etməklə yanaşı kimə yönəldiyinin və kiminlə danışdığının fərqinə varmalıdır. Allah Təalanın da: “O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (Muminun, ayə 2)-buyurduğu kimi, xuşu və xuzu halında olmalıdır. İnsan gərək yuxulu, istəksiz və ikrah hissi ilə namaza durmamalıdır. Allah bəndəsi gərək ki, zəlil bir halda Haqqa yönəlməlidir. Özünü dünyəvi arzu, kədər və düşüncələrdən təmizləməlidir.[b] Bilməlidir ki, Allah Rəsulu (s.) və Əhli-Beytdən (ə.) gələn saysız hədislərdə olduğu kimi namaz, Allahın hüzuruna çıxmaqdır. Namaz möminlərin meracıdır. Və namazdan ancaq diqqətini namaza verdiyi qədərində məqbuldur. Buna görə də hər namazını son namazınmış kimi diqqətli qılmağa çalışmalıdır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.