İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Hz.Zəhraya(s.ə) İstiğasə namazı

İstiğasə birini təcili köməyə çağırmağa deyilir. Rəvayət olunub ki, nə vaxt bir hacətiniz olsa, Hz.Zəhraya(s.ə) istiğasə namazını yerinə yetirin.
Namazın niyyəti belədir: Hz.Zəhraya(s.ə) istiğasə namazı qılıram qurbətən iləllah.
Adi sübh namazı kimi qılınan namazdan sonra 3 dəfə təkbir(Allahu Əkbər) deyilir və daha sonra səcdəyə gedilir və 100 dəfə "YA MƏULƏTİ YA FATİMƏTU ƏĞİSİNİ" یا مولاتى یا فاطمةُ اغیثینى (Ey mövlamız ey Fatimə kömək elə)deyilir. Sonra sağ üz yerə(möhür) qoyulur və yenə də 100 dəfə eyni zikr deyilir. Daha sonra sol üz yerə qoyulur və həmçinin 100 dəfə eyni zikr deyildikdən sonra yenidən alın yerə qoyulur və 110 dəfə həmin zikr qiraət edilir. Zikri bitirdikdən sonra hacət istənilir. Allahın istəyilə hacət qəbul olunur.

Yaxşı olar ki, duanı edib bitirdikdən sonra Xanım Fatimeyi-Zəhranın(s.ə) təsbihatı zikr edilsin.

Allah bütün edilən və ibadətləri qəbul etsin!

Oxşar xəbərlər
Aşura gecəsini əməlləri
Seyyid İqbal kitabında nəql edib - Hədisdə daxil olub ki , bu gecə çoxlu dua və namazlar var. Onlardan biri 2 rukət 2 rukət qılınan 100 rükət namazdır. Hər rukətdə Fatihə və 3 dəfə İXLAS surəsi oxunur. Hər 2 rukət bitdikdə bu zikr 70 dəfə edilir:

Namazın dəqiq qılınma qaydası
İmam Cəfər Sadiqin (ə.) Həmmad adındakı bir yaxın dostu rəvayət etmişdir ki: “Bir gün İmam Sadiq (ə.): “Mənə ey Həmmad, düzgün tərtibi ilə namaz qıla bilirsənmi?” –deyə soruşdu. Mən: “Ey Ağam, Harizin namaz haqqındakı kitabını əzbər bilirəm”-dedim.

Namazda müstəhəb əməllər
* Rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt deyilən zikr * Səmiəllahu limən həmidəh *İki səcdə arasında oxunan zikr* Əstəğfirullahə rabbi və ətubu iləyh *Səcdələri bitirdikdən sonra qalxan halda oxunan zikr*

Namaz qılmaq qaydası
AZAN "Allahu əkbər" 4 dəfə "Əşhədu ən la ilahə illəllah" 2 dəfə "Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə "Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə (Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.) "Həyyə

Camaat namazı haqqında bilmədikləriniz
Diqqətli olaq bu məsələlərdə. Camaat namazında əgər sən zöhr və ya əsr namazlarını qılırsansa bu zaman sən həmd surəni deməyəcəksən. onun əvəzinə zikr edəcəksən əgər sübh,şam və ya xüftən namazları vaxtı camaat namazı qılırsansa bu zaman həmd surəni



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---