İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Peyğəmbərin və İmamın  namazı

PEYĞƏMBƏR (s.ə.a.s) ƏLLƏRİ AÇIQ NAMAZ QILIB, ƏLİBAĞLI NAMAZ MÜNAFİQ SƏHABƏLƏR TƏRƏFİNDƏN BİDƏT OLARAQ İSLAMA DAXİL EDİLİB
Nəql olunur: “Məhəmməd ibn Ömər və İbn Əta rəvayət ediblər, Əbu Həmid Saidi həzrət Peyğəmbər səllallahu əleyhi və alihin on nəfər səhabəsindən eşitdi ki, o on nəfərin biri Əbu Qutadə idi. Əbu Həmid orada dedi: Peyğəmbər səllallahu əleyhi və alihin necə namaz qıldığını mən sizin hamınızdan yaxşı bilirəm. Ona dedilər: "Elə isə namazı qılaraq göstər".
O dedi: "Allahın Rəsulu səllallahu əleyhi və alih namaza durduqda əllərini qulaqlarının yaxınlığına qədər qaldırardı və sonra təkbir deyərdi. Ta ki, bədəninin hər üzvü öz yerində qərar tutardı (adi dayanma ilə durardı), sonra Fatihə surəsini və bir başqa surə oxuyardı, sonra təkbir deyərdi, sonra iki əlini qulaqlarının yaxınlığına qədər qaldırardı, sonra rükuya gedərdi və iki əlinin ovucunu dizlərinə qoyardı, sonra aram olardı, başını nə yuxarı qaldırmazdı və nə də çox aşaqğı sallamazdı, səmiəllahu limən həmidəh (Allah onu həmd edəni eşidir) zikrini deyərək əllərini qulaqlarının yaxınlığına qədər qaldırardı, sonra Allahu əkbər deyərək özünü yerə atardı, əlinin iki ovucunu yanına qoyardı, sonra başını yuxarı qaldırar və sol ayağı üstə oturardı, səcdə etdikdə hər iki ayağının barmaqlarını açar və səcdə edərdi, sonra Allahu əkbər deyərək durar və sol ayağı üstə oturardı, bütün vücudu aram olduqdan sonra yenidən səcdəyə gedərdi həmin işi yenidən səcdədə təkrar edərdi..."
Onların hamısı dedilər: "Düz dedin, Peyğəmbər səllallahu əleyhi və alih namazı belə qılardı".

Tirmizi bu hədis barədə deyib: "Bu hədis gözəl səhih hədisdir".
Qaynaq:
1) İsmail Buxari, “Səhihi Buxari”, cild: 1, kitab: "Səlat", bab: “Sünnətul cülus fit-təşəhhud”, səh: 201, ixtisarla;
2) İbni Əbu Davud, “Sünən”, cild: 1, kitab: "Səlat”, bab: “İftitahus səlat”, səh: 170;
3) Tirmizi, “Sünən”, cild: 1, bab: "Ma caə fi vəsfissəlat”, səh: 188;
4) İbni Macə, “Sünən”, cild: 1, səh: 280;
5) Əhməd ibn Hənbəl, “Müsnəd”, cild: 5, səh: 424;
6) Darəmi, “Sünən”, cild: 1, kitab: "Səlat”, bab: “Sifət səlati Rəsulallah”, səh: 314;
7) Beyhəqi, “Sünən”, cild: 2, səh: 72; Qari, “Umdətul Qari”, cild: 6, səh: 104;
9) İbni Hibban, “Səhih”, cild: 5, səh: 196, və s.

Həmmad rəvayət edir: "Bir gün (6-cı) İmam (Cefer ibni Muhammed) Sadiq -a.s- buyurdu: " "Menə, ey Hemmad, düzgün tərtibi ilə namaz qıla bilərsənmi?"
Mən dədim: "Ey İmam -a.s-, Harizin namaz haqqında yazdığı kitabı əzbər bilirəm".


İmam -a.s- buyurdu: "Xeyr, belə olmaz, qalx namaz qıl baxaq".
Hemmad dedi: "Mən bu zaman qalxıb İmamın -a.s- qarşısında qibləy yönəldim v namaza başlayıb ruku və iki səcdəni yerinə yetirdim".
İmam -a.s- mənim namazımı seyr edib bu cür buyurdu: "Ey Həmmad, gözəl namaz qıla bilmirsən. Sizlərdən biri altmış və ya yetmiş yaşına çatdığı halda, hələ d bir namazı bütün qaydası ilə tam olaraq yerinə yətirə bilməməsi necə də pisdir".
Həmmad deyir: "Bu sözlər mənə təsir edərek ruhumu silkələdi və İmama -a.s-: "Canım sənə fəda olsun, belədirsə özünüz mənə namaz qılmağı öyrədin", - dedim.
İmam -a.s- bu zaman düzgün şkildə qibləyə doğru durub, barmaqları BİTİŞİK halda, əllərini qıçlarına doğru SALLADI. Ayaqlarının arasında isə ÜÇ BARMAQ məsafə olacaq şəkildə bir-birinə yaxınlaşdırdı. Xuşu və xuzu içində ayaq barmaqlarinın hamısını qibləyə yönəltdi və: "Allahu Akbar", - deyərək, namaza başladı. Həmd surəsini, ondan sonra İxlas surəsini qiraətlə düzgün bir şəkildə oxudu və bir nəfəs alacaq qədər zaman gözlədikdən sonra ayaq üstə olan halda: "Allahu Akbar", - dedi. Sonra rukuya əyilərək, ayaqlarının arası aralı olduğu halda əllərinin İÇİ ilə diz qapaqlarını QAPADI ve kurəyi DÜMDÜZ halda dizlərini arxaya çəkdi. Belə ki əgər kürəyinə bir damcı su və ya yağ düşsə idi, kürəyinin düz, dizlərinin arxaya çekilmiş olduğundan o su və yağ olduğu yərd qalardı. Həmçinin boynunu UZADARAQ, gözlərini cüzi şəkildə QAPAYARAQ, qiraətl zikr ətməyə başladı ve üç dəfə söylədi: "SUBHANƏ RABBİƏL AZİMİ VA BİHƏMDİH".
Sonra ayağa qalxaraq tam düz durduqdan sonra: "Səmiallahu li mən həmidəh", - dedi.
Sonra əllərini üzünün sethinə qaldıraraq ayaq üstə olduğu halda: "Allahu Akbar", - dedi ve səcdəyə getdi. Səcdəyə gedərkən əllərini dizlərinden ÖNCƏ yerə qoydu və üç dəfə: "SUBHANƏ RABBİƏL ALA VƏ BİƏEMDİH", - dedi.
Səcdə halında ikən gövdəsinin bir hissəsini yər TOXUNDURMADAN səkkiz üzvünü, yeəi alnını, əllərinin içini, dizlərini, ayaq barmaqlarının ucunu və burnunu yerə qoydu. Bu əzalardan yeddisinin səcdə halında yerə qoyulması vacib, burunun yerə qoyulmasi isə sünnətdir ve buna burnunu yerə sürtmek deyilir.
Sonra başını səcdədən qaldırdı ve tam olaraq oturduqdan sonra: "Allahu Akbar", - dedi.
Bu halda sol tərəfi üstündə oturub sağ ayağının ÜSTÜNÜ sol ayağın İÇ qisminə qoydu ve dedi: "ESTAĞFURİLLAHE VA ETUBU İLEYH".
Daha sonra oturaqlı olduğu halda: "Allahu Akbar", - deyib ikinci səcdəyə getdi və birinci səcdədə söylədiklərini təkrarladı.
Nə rukusunda, nə səcdəsində bədənində bir YARDIM almadı. Dirsəklərini səcdə ədərkən yerə QOYMADI və qanad şəklində göydə tutdu. Beləcə İmam -a.s- iki rəkət namaz qıldı. Sonra mənə tərəf çönüb: "Ey Hemmad", - buyurdu və: "Namazı belə qıl, namaz əsnasında sağına, soluna baxma, əllərinl v barmaqlarınla oynama ve ağız suyunu sağına, soluna ve önünə atma".

Qaynaq:
1) Şeyx Hürr Amili, "Vesaliüş - Şia", cild: 3, hedis: 673;
2) Ellame Meclisi, "Biharul - Envar", cild: 84, seh: 185;

Oxşar xəbərlər
Namazdan sonra sağa və sola salam vermək
Namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərmək müstəhəb əməllərdən biridir və hədis kitablarında da ona işarə olunmuşdur. Onu düzgün yerinə yetirmək bu cürdür: 1. Əgər namaz qılan şəxs, camaat namazında imamdırsa, qiblədən

Var dövlətin artması üçün namaz
Var-dövlət və sərvətin artması üçün dan yeri sökülməmişdən qabaq, sübh azanına yaxın vaxtda bu keyfiyyətlə iki rəkət namaz qılsın: Birinci rəkətdə "Həmd" dən sonra on yeddi dəfə "Kafirun" surəsini, ikinci rəkətdə "Həmd" dən sonra on yeddi dəfə

Namazın dəqiq qılınma qaydası
İmam Cəfər Sadiqin (ə.) Həmmad adındakı bir yaxın dostu rəvayət etmişdir ki: “Bir gün İmam Sadiq (ə.): “Mənə ey Həmmad, düzgün tərtibi ilə namaz qıla bilirsənmi?” –deyə soruşdu. Mən: “Ey Ağam, Harizin namaz haqqındakı kitabını əzbər bilirəm”-dedim.

Namaz qılmaq qaydası
AZAN "Allahu əkbər" 4 dəfə "Əşhədu ən la ilahə illəllah" 2 dəfə "Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə "Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə (Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.) "Həyyə

Namazı gündə 3 dəfə qılmaq olarmı ?
Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”. İmam Malik



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 3

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---