İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Namaza qarşı etinasızlığın cəzası nədir?


Həzrət Rəsulullahın (s.ə.v) qızı Həzrət Fatimə (s.ə) atasından soruşur:

"Atacan, kişi və qadınlardan namaza qarşı etinasızlıq edib, onu məsxərə mövzusuna çevirənin cəzası nədir?”

Həzrət Rəsulullah belə cavab verir:

Fatimə! Cinsindən asılı olmayaraq, kim namaza məsxərə etsə uca Allah onu bu dünyada və axirətdə 15 bəlaya düçar edəcək. Həmin şəxs bu bəlalardan altısı ilə bu dünyada, üçü ilə ölüm anında, üçü ilə qəbirdə və yerdə qalan üçü ilə isə qiyamət günü qəbirdən qalxanda üzləşəcəkdir.


Dünyada görəcəyi altı əzab bunlardan ibarətdir:

1-ömrü qısalacaq

2-ruzisi azalacaq

3-simasında saleh insanlara məxsus nur yox olacaqdır

4-işlərində xeyir görməyəcək

5-duası eşidilməyəcək

6-əməlisalehlərin insanlar üçün etdiyi dualar onun vəziyyətini yaxşılaşdırmayacaqdır.


Ölüm anında görəcəyi bəlalar bunlardır:


1-zəlilliklə dünyadan köçəcək

2-borclu halda öləcək

3-susuzluqdan əziyyət çəkəcəkdir. Əgər dünyanın bütün çaylarının suyunu ona içirsələr belə, yenə də onun susuzluğu yatmayacaq.


Qəbirdə üzləşəcəyi əzablar isə bunlardan ibarətdir:

1-onu qəbirdə rahat yatmağa qoymayacaq bir mələk təhkim olunacaq

2-qəbiri onun üçün dar gələcək

3-son mənzili zülmətlə dolacaqdır.


Qiyamət günü qəbirdən qalxdıqda ona üz verəcək əzablar isə bunlardır:

1-uca Allah ona bir mələk təhkim edəcək və həmin mələk onu üzü üstə yerə yıxılıb sürüyəcək və bütün məhşur əhli onun əzabına tamaşa edəcək

2-sınağı çox ağır keçəcək

3-uca Allah onu mərhəmətindən mərhum edərək günahlarından paklamayacaqdır.


Bir sözlə, onun əzabı dəhşətli olacaqdır.


Kitabın adı: Hidayət güzgüsü

Müəllif: Ayətüllahül-Üzma Əbdüllah Mamaqani

Oxşar xəbərlər
Qəbr əzabı necə olur? və onu necə yüngülləşdirmək olar?
Dünyasını dəyişən hər kəs dəfn edildikdən sonra onun üçün qəbr həyatı və ya bərzəx həyatı deyilən bir mərhələ başlayır. Sorğu-sual mələkləri məzara daxil olub dinin əsasları barədə soruşurlar. Düzgün cavab verən şəxsin qəbrindən cənnətə doğru

Can alan və sorğu-sual edən mələklər
Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir. Uca Allah buyurur: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11). Ölüm mələyinin köməkçiləri olan mələklər

Qiyamət günü Quranda
Quranda bildirildiyi kimi, "O saat (qiyamət saatı) mütləq gələcəkdir…" (Taha surəsi, 15) və o gün gəldikdə dünyadakı bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar, qısaca desək, göylərdə və yerdə nə varsa, hamısı məhv olacaq. Quranda

Qiyamət günü inkarçılar
Qiyamət günü insan üçün ən dəhşətli, qorxulu gündür. O gün inkarçılar onlara vəd edildiyi halda, heç düşünmədikləri həqiqəti açıq-aşkar görəcəklər. Lakin artıq insanların dünyada etdikləri səhvləri düzəltmək üçün geriyə dönüş imkanları olmayacaq. O

Namaz haqqında hədislər
Namaz haqında hədislər İmam Mühəmməd Baqir (ə) buyurub: Allahın bəndəsi namazda Allaha yaxın olar. Dəaümül-İslam c-2, s-134 Həzrət Muhəmməd (s) buyurub: Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---