İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

Qəbr əzabı necə olur? və onu necə yüngülləşdirmək olar?

Dünyasını dəyişən hər kəs dəfn edildikdən sonra onun üçün qəbr həyatı və ya bərzəx həyatı deyilən bir mərhələ başlayır. Sorğu-sual mələkləri məzara daxil olub dinin əsasları barədə soruşurlar. Düzgün cavab verən şəxsin qəbrindən cənnətə doğru pəncərə açılır və ölünün ruhu qiyamətə kimi bu pəncərədən cənnətin ətrini duyur. Sorğu-sualdan uğurla çıxmayanın qəbrinə isə cəhənnəmdən pəncərə açılır və ölünün ruhu cəhənnəmin üfunətini, hərarətini duyaraq ora aparılacağı günü (yəni məhşər gününü) qorxu ilə gözləyir. Imam Əli (ə) bunu nəzərdə tutaraq buyurub: “Qəbr ya cənnət bağçalarından bir bağça ya da cəhənnəm çuxurlarından bir çaladır” (Biharül-ənvar, VI, 218).

Islam müqəddəslərinin hədislərində deyilir ki, ölülərin böyük əksəriyyəti qəbr əzabına məruz qalacaq. Kafirlərin və münafiqlərin qəbrdəki əzabı qiyamət gününə kimi davam edəcək. Amma möminlərin çoxusu da heç olmazsa müvəqqəti olaraq qəbr əzabını dadacaq. Bu, onlardan ötrü dünyada etdikləri bəzi günahların cəriməsi kimi sayılacaq. Islam Peyğəmbəri buyurub: “Bəzən möminin nemətləri zay etməsinin kəffarəsi (cəriməsi) olaraq, ona qəbr sıxıntısı verilər” (Biharül-ənvar, VI, 221).

Qəbr əzabı tənhalıq, zülmət, qorxu, qəbrin darlığı, hətta qəbrin sıxılaraq ölünün bədənini əzməsi, torpağın təkindəki həşəratların bədəni yeməsi kimi şəkillərdə də təzahür edəcək.
Hədislərdən məlum olur ki, insanın bu dünyada etdiyi əməllər onun qəbr (bərzəx) həyatına təsir göstərə bilər. Yəni insan öz əməllərinin ilk bəhrəsini qəbrdə görəcək. Bəzi günahlar qəbr əzabını şiddətləndirər, bəzi savablar isə onu yüngülləşdirər.

Rəvayətlərə görə, mömin insanın qıldığı namazlar, tutduğu oruclar, verdiyi zəkatlar və yerinə yetirdiyi həcclər müəyyən bir qiyafə alıb onun qəbrinə daxil olarlar, sorğu mələkləri gələndə bunlar insanın dadına çatar və ona əzab verilməsinə mane olarlar. Həmçinin, əgər mərhum şəxs Əhli-beyti sevirdisə, bu sevgi də parlaq nur şəklində qəbirdə qərar tutub, mələklərin sorğu-sualına uğurla cavab verməyə yardım göstərər.

Imam Mühəmməd Baqir (ə) buyurub ki, hər kim namazda rükunu kamil şəkildə yerinə yetirsə, qəbrdə qorxu ona yaxın gəlməz (Biharül-ənvar, VI, 244).
Ibn Abbasın rəvayətindən məlum olur ki, insana qəbir əzabının üçdən-bir hissəsi qeybət etdiyinə görə verilər (Biharül-ənvar, VI, 245).

Həzrət Əli (ə) sözlərinin birində belə buyurub ki, qəbr əzabı insana söz gəzdirdiyinə, şəriətdə göstərilən qaydaya uyğun olmayan tərzdə subaşına getdiyinə və ailəsindən uzaq gəzdiyinə görə verilər (Biharül-ənvar, VI, 222). Hədisdəki üçüncü məqamın üzərində daha geniş durmaq istərdik. Burada ailəsindən uzaq gəzmək – yəni ailəni başlı-başına buraxmaq, tərki-dünya olmaq, ailə üzvləri ilə maraqlanmamaq, onların rahat dolanışığı üçün çalışmamaq, evdə kobudluq etmək və sairə nəzərdə tutulur.

Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Səd ibn Məaz vəfat edərkən, o həzrət Sədin dəfn mərasimində fəal iştirak etmiş, cənazəni özü qəbrə qoymuş, qəbrin üstünün torpaqlanmasına qatılmışdı. Amma Sədin dəfnindən sonra anası: “Ey Səd! Behişt sənə mübarək olsun!” deyərkən, Peyğəmbər etiraz edib buyurdu: “Oğlunu cənnətlə müjdələməyə tələsmə! Çünki o, hələ qəbr əzabını çəkir”. Mərasim dağılandan sonra səhabələr Peyğəmbərdən soruşdular ki, Sədin dəfnində bu qədər yaxından iştirak etdiyin və onun cənazəsinə bu qədər ehtiram göstərdiyin halda, niyə onun qəbr əzabına düçar olduğunu buyurdun? Peyğəmbər cavab verdi: “Çünki o, öz həyatı yoldaşı ilə pis rəftar edirdi” (Biharül-ənvar, VI, 220).

Bəzən qəbr əzabının yüngülləşməsinə və hətta sona çatmasına insanın yaxınlarının savab əməlləri də səbəb ola bilər. Belə ki, əgər ölmüş adamın övladları, qohumları və ya dostları çoxlu xeyirli iş görüb, bunun savabını ölünün ruhuna hədiyyə etsələr, Allah bunun xatirinə ölünün qəbir əzabına yüngüllük gətirər. Xüsusilə, əgər xeyir əməllər onun miras buraxdığı mal-dövlətin hesabına edilsə, daha çox faydalı olar. Həzrət Isa Peyğəmbər (ə) bir qəbrin yanından keçəndə peyğəmbərlik gücü ilə hiss edir ki, qəbrdə yatan adama əzab verilir. Amma bir ildən sonra yenə həmin yerdən keçəndə ölünün ruhuna verilən əzabın kəsildiyini hiss edir. Təəccüb içində qalan peyğəmbərə Allah belə vəhy edir: “Ey Ruhullah! Bu ölüyə öz əməli-saleh oğlu kömək etdi. Oğlu bu bir ilin ərzində yol çəkdrdi, yetimə himayə göstərdi. Oğlunun xeyir əməllərinin xatirinə Allah bu qəbirdə yatan ölünü bağışladı” (Biharül-ənvar, VI, 220).

Dəfn mərasimindən sonrakı gecədə, işa namazından sonra ölünün yaxın adamları ondan ötrü vəhşət namazı qılsalar, qəbr əzabı yüngülləşə bilər. Vəhşət namazı iki rükətdir. Birinci rükətdə Fatihədən sonra ayətəl-kürsi, ikinci rükətdə isə Fatihədən sonra 10 dəfə Qədr surəsi oxunur. Namazın sonunda belə dua edilir: “Allahümmə səlli əla Mühəmmədin və ali-Mühəmməd. Vəbəs səvabəha ila qəbri fülan” (Allahım, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Bu namazın savabını filankəsin qəbrinə göndər; “filan” sözünün yerinə mərhumun adı deyilir).

Həzrət Mühəmməd Peyğəmbəri (ə) və Əhli-beyti sevmək də qəbr əzabını yüngülləşdirən səbəblər arasında qeyd edilib. Peyğəmbər buyurub: “Məni və Əhli-beytimi sevmək yeddi qorxulu məqamda insanın dadına çatar: can verərkən, qəbrdə yatarkən, qiyamətdə dirilərkən, əməl dəftərinin qarşısında durarkən, əməllərə görə hesab verərkən, savablar və günahlar mizanda ölçülərkən və sırat körpüsünün üzərindən keçərkən” (Biharül-ənvar, VII, 248). Yenə Peyğəmbər buyurub ki, mənə salavat göndərmək insanın qəbrinin nurla dolmasına, sırat körpüsünü keçərkən yolunun işıqlanmasına və cənnətdə nurla əhatə olunmasına səbəb olar (Biharül-ənvar, 94, 70-71).

Bəzi qadınlar da etdikləri savablara görə qəbr əzabından amanda qalacaqlar. Peyğəmbər buyururdu ki, bu üç dəstə qadın qəbr əzabı görməyəcək və qiyamət günündə Həzrət Fatimeyi-Zəhra (ə) ilə birlikdə məhşərə gələcək: ərinin kasıblığına dözən qadın, ərinin pis xasiyyətinə səbr edən qadın və öz mehriyyəsini ərinə bağışlayan qadın (M.Qiraəti. Məad, səh. 193).

Bəzi hədislərdə buyurulur ki, cümə axşamı gününün günortasından cümə gününün günortasına kimi keçən müddət ərzində, həmçinin, cümə günü boyunca dünyasını dəyişən möminə qəbr əzabı verilməz (Biharül-ənvar, VI, 221 və 230).

Həmçinin, aşağıdakı əməllərin də insanı qəbr əzabından qoruduğunu yazırlar: Imam Hüseynin (ə) məzarını ziyarət etmək, möminin qəlbini sevindirmək, geyimə ehtiyacı olan möminə libas bağışlamaq, ayətəl-kürsi oxumaq, Zariyat və Zuxruf surələrini oxumaq, hər cümə günü Nisa surəsini tilavət etmək, hər gün 100 dəfə “La ilahə illəllahül-məlikül-həqqül-mübin” (Hər şeyin maliki, haqq olan və hər məsələyə aydınlıq gətirən Allahdan başqa tanrı yoxdur) zikrini söyləmək, xeyirli işləri (məsələn, elmi məsələləri, dini bilikləri, Quranı) öyrənmək və öyrətmək və s.

Namaz qılmayan insan qəbirdə necə olacaq?

Peyğəmbər(s.ə.a.s) buyurur: Qəbirdə üzləşəcəyi əzablar isə bunlardan ibarətdir:

1-onu qəbirdə rahat yatmağa qoymayacaq bir mələk təhkim olunacaq

2-qəbiri onun üçün dar gələcək

3-son mənzili zülmətlə dolacaqdır.


Qiyamət günü qəbirdən qalxdıqda ona üz verəcək əzablar isə bunlardır:

1-uca Allah ona bir mələk təhkim edəcək və həmin mələk onu üzü üstə yerə yıxılıb sürüyəcək və bütün məhşur əhli onun əzabına tamaşa edəcək

2-sınağı çox ağır keçəcək

3-uca Allah onu mərhəmətindən mərhum edərək günahlarından paklamayacaqdır.


Bir sözlə, onun əzabı dəhşətli olacaqdır.

Müdəssir surəsi

42. ʺSizi Səqərə (Cəhənnəmə) salan nədir?ʺ

43. Onlar deyəcəklər: ʺBiz namaz qılanlardan deyildik.

Hələdə namaza başlamaq istəmirsən?
bizə yazın kğmək edək namaza başlamağınızda (0558112391 vatsap)

Oxşar xəbərlər
Can alan və sorğu-sual edən mələklər
Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir. Uca Allah buyurur: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11). Ölüm mələyinin köməkçiləri olan mələklər

Zina haqqında
Zinanın qadağan olması Quran: «inaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!.» (İsra, ayə 32) Hədis: Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona

Namaz haqqında hədislər
Namaz haqında hədislər İmam Mühəmməd Baqir (ə) buyurub: Allahın bəndəsi namazda Allaha yaxın olar. Dəaümül-İslam c-2, s-134 Həzrət Muhəmməd (s) buyurub: Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən

Cümə gününüz mübarək
Cümə günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. Bu günün əhəmiyyətli olmasını Peyğəmbər Əkrəm (s)-ın hədisində daha aydın hiss etmək olar. Peyğəmbər (s) buyururlar: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfli günlərdəndir".

Salavat göndərmək on iki min Quranı xətm etməyə bərabərdir
Allahın Rəsulu buyurur: " Hər kim Cümə gecəsi 2 rükət namaz qılıb hər rükətdə 50 dəfə "İxlas" surəsini oxusa və ondan sonra "Allahummə səlli ələn nəbiyyil ərəbi və alih" desə Allah onun keçmiş və gələcək günahlarını bağışlayar. O, sanki on iki min



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---