Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qədr gecələrində Qurani-Kərimi başa qoymaq olarmı?

Qədr gecələrində Qurani-Kərimi  başa qoymaq olarmı?
+2
Mətndə qrammatik səhv var?
Qədr gecələrində Qurani-Kərimi  başa qoymaq olarmı?

Şiələr niyə Quranı başlarına qoyaraq dua edirlər? Quran bəyəm oxumaq və əməl etmək üçün deyildirmi? Bizə görə onların bunu etmələrinin səbəbi Quranı başa qoyub dua etmək yox, mətnini oxumamaq və eyni zamanda əməl etməməkdir.
CAVAB:


Bu şübhə son zamanlarda aktual hal almışdır. Xüsusi ilə mübarək “Qədir” gecələrində Quranın başa qoyularaq dua edilməsi vəhabi və sələfilərin bəzi nasibi alimlərini narahat etməkdədir.

Heç şübhəsiz ki, Quran oxunub və əməl etmək üçündür. şiə əqidəsinin də Quranla tanışlığı sizdən çox qədim tarixə dayanır. Şiə əqidəsi Quranın hər bir əmrinə hərfinə qədər əməl etməklə məşğuldur. Qaldı ki, onu başa qoyub dua etmək məsələsinə, məgər Allah Rəsulu (s.ə.a.s) və pak Əhlibeyti (ə.s), o cümlədən dində söz sahibi olanlardan kimsə bu əməli haram etmişdir?

Bu barədə əlimizə çatan rəvayətlərə görə, bu əməli Əmirəlmöminin İmam Əli ibn Əbi Talib (ə.s) etmişdir.

Belə bir rəvayətlərindən birini Əbu Yusif əl-Fəsəvi “əl-Mərifə və ət-tarix” kitabında Səhih Muslim Səhih əl-Buxari ravilərinin vasitəsi ilə nəql etmişdir.

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الْأُوَيْسِيُّ ، ثنا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنْ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الْأُوَيْسِيُّ ، ثنا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي عَوْنٍ مُحَمَّدِ بْنِ عُبَيْدِ اللَّهِ الثَّقَفِيِّ ، عَنْ أَبِي صَالِحٍ الْحَنَفِيِّ ، قَالَ : رَأَيْتُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ أَخَذَ الْمُصْحَفَ فَوَضَعَهُ عَلَى رَأْسِهِ حَتَّى لَأَرَى وَرَقَهُ يَتَقَعْقَعُ ، ثُمَّ قَالَ : " اللَّهُمَّ إِنَّهُمْ مَنَعُونِي أَنْ أَقُومَ فِي الْأُمَّةِ بِمَا فِيهِ ، فَأَعْطِنِي ثَوَابَ مَا فِيهِ " ، ثُمَّ قَالَ : " اللَّهُمَّ إِنِّي قَدْ مَلَلْتُهُمْ وَمَلُّونِي ، وَأَبْغَضْتُهُمْ وَأَبْغَضُونِي ، وَحَمَلُونِي عَلَى غَيْرِ طَبِيعَتِي وَخُلُقِي ، وَأَخْلَاقٍ لَمْ تَكُنْ تُعْرَفْ لِي ، فَأَبْدِلْنِي بِهِمْ خَيْرًا مِنْهُمْ ، وَأَبْدِلْهُمْ بِي شَرًّا مِنِّي ، اللَّهُمَّ أَمِتْ قُلُوبَهُمْ مَيْتَ الْمِلْحِ فِي

Əbdül-Əziz b. Abdullah əl-Uveysi bizə rəvayət etdi, İbrahim b. Sad bizə Şubədən, o da Əbu Aun Muhəmməd b. Abdullahdan, o da Əbdur-Rəhman b. Qeysdən, o da Əbu Saleh Hənəfidən nəql edilmişdir ki, Əli ibn Əbu Talibin müshəfi götürüb başına qoyduğunu gördüm. [O qədər yaxında idim, yaxud: o qədər dəqiqliklə görürdüm ki] hətta müshəfin vərəqlərinin hərəkət etdiyini görürdüm.
Sonra Əli dedi: "İlahi, onlar bunun içindəkiləri ümmət arasında yerinə yetirməyimə mane oldular, Sən onun içindəkilərin savabını mənə ver."

Sonra dedi: "İlahi, mən onlardan bezdim (usandım), onlar da məndən bezdilər (usandılar). Mən onlara nifrət etdim, onlar da mənə nifrət etdilər. Onlar məni öz təbiətimdən və əxlaqımdan başqa bir şeyə; məndən görünməyən (başqa) bir əxlaqa (davranışlara) vadar etdilər. Mənə onlardan daha xeyirli olanları ver. Onlara da məndən daha pis olanını ver. İlahi, onların qəlblərini duz suda (əriyib) öldüyü kimi öldür."
İbrahim dedi: "(Bunula) Kufə əhlini nəzərdə tuturdu."

Bu rəvayətin məzmunundan fikirləri yayındırmaq üçün müxtəlif iradlar bildirilir.
İrad 1:


Bu əməl sünnət hesab edilə biməz. Yəni, Quranı başın üstünə qoymaq küfr deyil, lakin onu başın üstünə qoyub bundan fəzilət ummaq bidətdir.

cavab:


Məqalənin başlığında da işarə edildiyi kimi bu rəvayəti dəlil gətirməkdən məqsəd “Qurani-Kərimi başın üzərinə qoyub dua etməyin haram və ya bidət olmamasını isbat etmək”dir. Bir şeyin sünnət olmasının isbatı ilə bidət olmamasının isbatı arasında fərq vardır. (Mümkündür ki, bir şey sünnə olmasın, amma bidət də olmasın, mübah bir iş olsun). İrad tutan şəxs bu iki şey arasındakı fərqi anlamamışdır. Bəli, mümkündür bu rəvayətdən başa Quranı qoyaraq dua etməyin sünnət olması anlaşılmasın, amma ən azından ondan bu işin bidət olmadığı anlaşılır. Məqalədən məqsəd də budur. “Şiələr nə üçün başlarına Quran qoyub dua edirlər? Bu ki bidətdir!” – deyən şəxslərə cavab olaraq deyirik ki, əgər başa Quran qoyub dua etmək bidət olsaydı, o zaman möminlərin əmiri Əli ibn Əbu Talib (əleyhis-səlam) bunu etməzdi. Əgər bidət idisə, Əmirəlmöminin (əleyhis-səlam) nə üçün bu işi edirdi? Bu səbəbdən də irad tutan şəxsin “daha bu sünnət hesab edilə biməz” – deyə irad tutması yersizdir, çünki qeyd etdiyimiz kimi, məqalədə bu işin sünnət olub-olmaması deyil, haram və ya bidət olub olmaması göstərilməyə çalışılmışdır. Bu işin sünnət olması şiələr yanında zatən sübuta yetmişdir. Bunun sünnilərin yanında sübuta yetib yetmədiyi bizi əsla maraqlandırmır. Bizim bu yazıdan məqsədimiz, bu əməlin sünnilərin qayda-qanunlarına əsasən haram olmadığını isbat etməkdir. Necə ki, məqalənin əvvəlində də deyilir: “məgər Allah Rəsulu (s.ə.a.s) və pak Əhlibeyti (ə.s), o cümlədən dində söz sahibi olanlardan kimsə bu əməli haram etmişdir?” Elə isə, bu irad əsassızdır.

İrad 2:


Bu rəvayət şiələrin əleyhinə dəlildir. Çünki daha sonra bu hədisi rəvayət edən və isnadında adı keçən İbrahim bin Sad deyir ki, bununla Əli Kufə əhlini qəsd edirdi. Yəni, şiələri qəsd edirdi.

Cavab:


Bu və bu növdən olan batil iradların cavabı dəfələrlə möhkəm şəkildə və dəlil və sübutlarla verilmişdir. Biz sözü uzatmayaraq qısa şəkildə deyirik:

Əvvəla: irad tutan şəxs Kufə əhli deyərkən şiələrin nəzərdə tutulduğunu iddia etmişdir. Şübhəsiz ki, bu, onun cəhalətindən və ya təəssübkeşliyindən qaynaqlanmışdır. Çünki zərrə qədər tarixdən və ilkin İslam dövründən xəbərdar olsaydı bilərdi ki, Kufədə təkcə şiələr yaşamamış, orada nasibi, xarici, bəkri, öməri, osmani (başqa sözlə “sünni”lər) və s.-lər də yaşamışlar. Əgər İmam (əleyhis-səlam) bu sözlə Kufə camaatını nəzərdə tutmuşdursa, o zaman bu bəd dua onlara da şamil olur. Üstəlik bu günkü anlamda “şiə” adlandırılan şəxslər o zamanlar Kufədə son dərəcə azlıq təşkil edirdilər. Bunu tarixi mənbələrə baxmaqla bilmək olar. Kufədə yaşayan, “şiə” adlandırılan və əhalini əksəriyyətini təşkil etdilkləri iddia edilən şəxslər, Əhli-Beyt (əleyhimus-səlam) ardıcılları olan şiələr deyil, İmam Əmirəlmöminin Əli (əleyhis-səlam)-ı Osmandan üstün bilən şəxslər idilər. Tarixdə belə şəxslərə “şiə” deyilmişdir. Onlar həqiqi şiələrdən fərqli olaraq Əbu Bəkr və Öməri fəzilət sahibi hesab edir, onları İmam Əmirəlmöminin (əleyhis-səlam)-dan fəzilətli bilir, başqa sözlə “sünni” əqidəsi üzərə idilər. Onların tarixçilər tərəfindən “şiə” adlandırılması heç bir şeyi dəyişmir. Bu o qədər aşkar və bilinən bir faktdır ki, əlavə mənbə və ya məsdər göstərməyə ehtiyac belə yoxdur. Üstəlik, vəhhabilərin ulu babası İbn Teymiyyənin etirafına əsasən həzrət Əli (əleyhis-səlam)-ın qoşununda olan şəxslərin əksəriyyəti heç Əlini Osmandan da üstün bilmirdilər, əksinə onların əksəriyyəti eyniylə əhli-sünnə etdiqadı üzərə idilər (fəzilət sıralamasını xilafət ardıcıllığı ilə götürürdülər).

İbn Teymiyyə demişdir:
وليس كل من قاتل مع على كان يفضله على عثمان بل كان كثير منهم يفضل عثمان عليه كما هو قول سائر أهل السنة

Əli ilə birgə döyüşən şəxslərin hamısı onu Osmandan üstün bilmirdilər. Əksinə, onların bir çoxu – sair əhli-sünnələr kimi – Osmanı Əlidən üstün bilirdilər.
“Minhacus-sünnə”, c.4, səh.132.

Həmçinin, İbn Teymiyyə belə nəql etmişdir:

فقال ابو اسحاق : خرجت من الكوفة وليس احد يشك في فضل ابي بكر وعمر وتقديمهما وقدمت الان وهم يقولون ويقولون ولا والله ما ادري ما يقولون

İbn İshaq (Kufəyə gəldiyi zaman dedi): “Mən Kufədən getdiyim vaxt orada heç kəs Əbu Bəkr və Ömərin fəziləti barədə, onların (digər səhabələrdən) öndə olmaları barədə şübhə etmirdi. İndi Kufəyə gəlmişəm. (Görürəm ki,) onlar danışır və danışırlar. Xeyr, vallah, mən bilmirəm onlar nə danışırlar.”

“Minhacus-sünnə”, c.6, səh.135 və 136.

Əbu İshaq əs-Səbii tabeinlərdən olmuş, İmam Əli (əleyhis-səlam)-ın zamanını görmüşdür. Elə isə bu hansı “şiələr”dirlər ki, Əbu Bəkr və Öməri Əli ibn Əbi Talib (əleyhis-səlam)-dan üstün tuturlar?

Elə isə tutulan irad iftira və böhtandan başqa bir şey deyildir. Araşdırılıb tədqiq edilmədən sadəlövhcəsinə deyilmişdir. Allah bizləri haqq yoldan ayırmasın.

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Zaur Məmmədov (Xaçmaz rayonu)
Redaktə və əlavələr: 313news.net
Mənbələr :

1 Əbdül-Əziz b. Abdullah əl-Uveysi.

Bu şəxs əl-Buxari, Əbu Davud, ət-Tirmizi və İbn Macənin ravilərindəndir.

əz-Zəhəbi və İbn Həcər əl-Əsqəlani onu siqa ravi olduğunu bildirmişdirlər.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.656, №.3397

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.357, №4106

2. İbrahim b. Sad

Bu şəxs Kutubi-Sittənin ravilərindəndir.

əz-Zəhəbi onun böyük alimlərdən biri olduğunu, İbn Həcər əl-Əsqəlani isə siqa və höccət olduğunu qeyd etmişdirlər.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.212, №138

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.89, №177

3. Şubə b. əl-Həccac

Bu şəxs də Kutubi-Sittənin ravisidir.

İbn Həcər onun siqa, hafiz, mutqin olduğunu və Süfyan əs-Səurinin onu hədisdə əmiril-muminin adlandırmasını, əz-Zəhəbi isə hafiz, sabit, höccət və hədisdə əmiril-muminin olduğunu qeyd etmişdir.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.485, №2278

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.266, №2790

4. Əbu Aun Muhəmməd b. Abdullah

Bu şəxs əl-Buxari, Müslim, Əbu Davud, ət-Tirmizi və ən-Nisainin ravilərindəndir.

İbn Həcər əl-Əsqəlani, İbn Məin, Əbu Zarə, ən-Nisai, İbn Sad, İbn Hibban onu siqa hesab etmişdirlər.

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.494, №6107

İbn Həcər əl-Əsqəlani, Təhzib ət-Təhzib, c.9, s.286, №534

5. Əbdur-Rəhman b. Qeys (Əbu Salih əl-Hənəfi)

Bu şəxs Müslim, Əbu Davud və ən-Nisainin ravilərindəndir.

İbn Həcər əl-Əsqəlani və əz-Zəhəbi onu siqa hesab etmişdirlər.

Şəmsuddin əz-Zəhəbi, əl-Kaşif fi marifə mən ləhu rivayə fi əl-Kutub əs-Sittə, c.1, s.641, №3295

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.349, №3987

vatsap və facebookda paylaşaq bilməyənlərdə bilsin
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.