İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qəbirləri ziyarət etməyin əqli və nəqli dəlilləri

Qəbirləri ziyarət etməyin əqli və nəqli dəlilləri – ayətullah Sübhani cavablandırır

Ayətullahul-üzma Sübhani vəhhabilərin qəbirləri ziyarət etməklə bağlı şübhələrinə həm əqlidəlillərlə və həm də hədislərə istinad edərək, cavablar vermişdir.Alim buyurur: “Pak insanların qəbirlərini ziyarət etmək mövzusunda vəhhabilər səhvə düçar olublar. Baxmayaraq ki, qəbirləri ziyarət etməyin əslini qəbul edirlər, ancaq ziyarət məqsədi ilə səfərə çıxmağı haram bilirlər.

İnsanların ziyarət etdiyi qəbirlər bir neçə dəstədirlər:

1. Əzizlərin qəbirləri.

2. Dünya müsəlmanlarının qəbirləri.

3. İslam alimlərinin və fəqihlərinin qəbri.

4. Şəhidlərin və Allah yolunda can verənlərin qəbri.

5. Həzərt Peyğəmbər (s) və Məsum İmamların (ə) qəbri.

İslam dininin nəzərinə görə bütün bu qəbirləri ziyarət etməyin savabları vardır və qurucu təsirlər qoyur.

Əzizlərin qəbirlərini ziyarət etmək

Fərz edin ki, bir ana cavan yaşında bir övladını itirmişdir və özünə təskinlik vermək üçün qəbrin üstünə gəlib bir “Fatihə” oxumaq istəyir. Göz yaşı töküb qəlbini rahatlatmaq istəyir. Göz yaşı tökən zaman Allaha qarşı bir kəlmə belə işlətmir. Məgər bu əməlin hansısa eybi vardır? İslam dini heç bir zaman bir fitri məsələ ilə müxalifətlik etməmişdir. “(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (”Rum” 30).

Dünya müsəlmanlarının qəbrini ziyarət etmək

Bütün İslami ölkələrdə insanlar qəbiristana gedir və ölüləri üçün bağışlanma istəyirlər. Həzərt Peyğəmbər (s) bu cür ziyarət barəsində buyurmuşdur: “Müsəlmanların qəbirlərini ziyarət edin, çünki bu cür ziyarət ibrət dərsidir”. Bu cür ziyarət səbəb olar ki, insan dünyaya ürək bağlamasın və ibrət dərsi alsın.

Alimlərin və fəqihlərin qəbrini ziyarət etmək

Keçmiş zamanlardan indiyə qədər böyük və dahi insanlar olmuşdur ki, İslam ümməti üçün yanar çıraq olub, onları doğru yola istiqamətləndirmişdir. Onların qəbirlərini ziyarət etmək – bir növ onlara təşəkkür etməkdir. Həmçinin gələcək nəslə ibrət verir ki, alimləri və onların qəbirlərini necə əziz tutmaq lazımdır.

Şəhidlərin qəbirlərini ziyarət etmək

Şəhidlər əziz canlarından keçərək, İslam ağacını öz qanları ilə sulamışdılar. Əgər bu cür fədakarlıqlar olmasaydı, İslamın təyyibə şəcərəsi meyvə verməzdi. Onların qəbirlərini ziyarət etmək – fədakarlıq məktəbini təbliğ etməkdir. Həzrət Peyğəmbərin (s) əziz qızı hər həftə Həmzəni ziyarət etməyə gedərdi.

Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbirlərini ziyarət etmək

Bu əziz insanların qəbirlərini ziyarət etmək – bir növ onlarla əhd-peymanı təzələməkdir. O deməkdir ki, onların yolunu davam etdirmək istəyirik. Allah evinin zəvvarları əllərini Həcərul-əsvədə qoyub deyərlər: “Ey Həcər! Agah ol ki, mənim boynumda əmanət vardı və onu əda etdim. İbrahim Xəlil ilə əhdimi təzələdim ki, sən bu əhdin təzələnməsinə görə şəhadət verərsən”.

Məsumların (ə) qəbrini ziyarət etmək bir növ onlarla beyəti təzələməkdir ki, bizi doğru yola hidayət etsinlər. “Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi”. (“Fəth” 18). (Həvzəh)

Oxşar xəbərlər
Cəsədi ətir iyi verən alim
"Şeyx Əhməd Nəraqi ağa zahid,təqvalı bir şəxs kimi şöhrət qazanmış və gözəl əxlaqı dillər əzbəri olmuşdur. Onun üçün fəzilət olaraq sadəcə bunu qeyd etmək kifayətdir ki, Şeyx Mürtəza Ənsarinin ustadı olmuşdur. Şeyx Ənsari haqqında da nə fəzilət

Bunları bilirdinizmi ?
İmam Hüseynin(ə.s) elə bir xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər qalan heç bir Mə'sumda yoxdur: —Yeganə İmamdır ki, döyüş meydanında şəhid olmuşdur. —Yeganə İmamdır ki, təvəssül duasında ona "Ya Şəhid" deyərək xitab edilir; halbuki, bütün

İmam Hüseyn (ə) haqqında hədislər
İmam Hüseyn (ə) haqqında Peyğəmbərin (s) buyurduqlarından İmam Hüseyn (ə) buyurub: Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və

İmam Rza(ə.s) mövlud günüdür
Bismilləh. 14 Avqust - 11 Zilqədə. Rasulullahın (səlləllahu əleyhi və alihi və səlləm) 8-ci xəlifəsi İmam Əli ər-Rzanın (əleyhissalam) mövlud günüdür. Başda Vəliyyi əmr Kulli Muslimin İmam Məhdi ə.f olmaqla cəmi möminləri təbrik edirəm. Dualarda

MirMövüm ağa ziyarəti
Haranısa ziyarəti edən zaman, məsələn Mir Mövsüm ağanı ziyarət edərkən Kəbə evindəki kimi 7-defe niyyət edib fırlanmaq bidetdir(sonradan əlavə olunmuşdur) . olmaz amma sadəcə say saymadan,sadəcə qəbri ziyarət üçün,dua etmək üçün fırlanmağın eybi



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 34
    Qonaqlar: 34

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---