İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Siğə(Mütə)  Quranda

Cox gozel cavab
Siqe Haqqinda Imam Baqir (e) behs.

Əbdullah ibn Muəmmər lisi İmam Baqirin (ə)hüzuruna gəlib didi : Mən eşitmişəm ki,siz siğənin (müvəqqəti nikahın)icazəli olduğunu buyurmusuz.İmam Baqir (ə)buyurdu:Uca Tanrı müqəddəs kitabında (Quran/Nisa surəsi/ayə/24)bu növ evlənməni halal edib.İslam peyğəmbəri onu öz zamanında həyata keçirib və Peyğəmbərin səhabələri onu Peyğəmbərin sünnəti bilərək ,ona əməl ediblər.Əbdullah ərz etdi :Ömər ibn Xəttab müsəlmanlara bu işi etməyi qadağan etmişdir.

Sən öz dost və sahibinin sözenə əməl et,mən isə Peyğəmbərin(s) verdiyi göstərişə əməl edəcəm.-deyə İmam Baqir(ə)buyurdu.Əbdullah söhbəti belə davam etdirdi:Hər hansı bir şəxsin sizin qohumlarınızdan olan qadınların biri ilə siğə etməsindən xoşunuz gələrmi? Ey axmaq ,burada xoşu gəlmək və ya xoşu gəlməmək siğənin icazəli olub-olmadığını sübuta yetirə bilməz.Quranda siğəni halal edərək ,onu öz bəndələrinə rəva qılan Allah səndən və müsəlmanları bu işdən çəkinməyə məcbur edən şəxsdən daha qeyrətlidir.-deyə İmam Baqir(ə) bildirdi- Səndən soruşuram ,sənin qohumlarından olan qadınların bəzisinin Mədinə toxucularından biri ilə evlənməsindən xoşun gələrmi?Əbdullah xoşum gəlməz deyə cavab verdi.Nə üçün Allahın halal buyurduğunu yalnız öz xoşun gəlmədiyi üçün haram edirsən ?-deyə İmam Baqir(ə)soruşdu.Əbdullah tutulmuş halda,onlar bizə tay deyillər,deyə cavab verdi.İmam Baqir (ə)buyurdu: Uca Tanrı toxucunun bu işini bəyənir.Onun imanına və yaxşı əməllərinə görə ,ona behişt hurisi bəxş edir.Amma sən özündənrazı və təkəbbürlü olduğun üçün, toxucuya nifrətlə baxır və onu, yaxınlarından biri ilə ailə qurması üçün bəyənmirsən.

İmam Baqir(ə)-ın güclü dəlilləri qarşısında aciz qaldığını görən Əbdullah məğlub olduğunu etiraf edərək dedi :“Sizin sinələriniz elm ağaclarının çiçəkləndiyi yerdir. O ağacların meyvələri sizin, yarpaqları isə cəmiyyətindir.

Kəşful – ğummə, c.2, səh : 362.

Oxşar xəbərlər
Siğə(Mütə)
Siğə'' nədir? əhli sünnə mənbəsiylə ''Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə

Əlibağlı namazın qılınması hədislərdə
Eli bagli namaz qilmaq barede 1)Əbu Basir və Məhəmməd ibn Müslim imam Sadiqdən ə.s rəvayət etdi: Emirelmüminin ə.s belə buyurdu: "Müsəlman bir kimsə namazında Allahın hüzurunda dayandığı bir sırada əllərini bağlayaraq küfr əhli olan Atəşpərəstlərə

Əhli-Beytə (ə) məhəbbət haqqında hədislər
1. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14) 2. İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir

Şiəlik
İmam Baqir (ə): «Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmədən Əli ibn Əbutalib (ə) barədə soruşduqda dedi: Allahın Rəsulundan (s) eşitdim ki, Əli və onun şiələri elə nicat tapanlardır». (əl-İrşad, c.1, səh.41).

Şiənin məqamı
1. İmam Əli (ə): «Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: «Ey Əli! Cənnətə daxil olacaq ilk dörd nəfər Mən, Sən,Həsən və Hüseyndir. Bizim arxamızda övladlarımız Cənnətə daxil olacaqlar.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---