Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Şərab və içkidən tövbə.

Şərab və içkidən tövbə.
0
Mətndə qrammatik səhv var?
Şərab və içkidən tövbə.


Şərab və içkidən tövbə.
Hər bir insan öz həyatında müxtəlif günahlara və ən azı, kiçik xətalara yol verir. Elə buna görə də, Allah-təala həmişə tövbə qapısını bəndələrinin üzünə açıq qoyub. Allah tövbə edən bəndələrini çox sevir. Necə ki, Qurani-Kərimdə buyurur:
إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ
"Həqiqətən, Allah, tövbə edənləri və pakları dost tutur." ("Meracus səadət" səh. 618)


"Tövbə”, yəni, peşmançılıq, günahın ziddi, qayıtmaq, düz yola dönmək. Onu da qeyd edək ki, Qurani-Kərimin dediyinə görə günahlardan tövbə etmək vacibdir. Allah-təala buyurur:
أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً
"Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!” ("Mühiccətul-Bəyza" c.7, səh. 20)


"Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!” ("Mühiccətul-Bəyza" c.7, səh. 20)
Tövbə edən şəxs üç şeyi özündə yaratmalıdır:
Birinci: İmanını qüvvətləndirib, Allaha yəqinliyini artırmalıdır.
İkinci: Etdiyi işdən həqiqətdən peşiman olmalıdır.
Üçüncü: Etdiyi işi birdəfəlik tərk etməlidir("Cihad ba nəfs" səh. 187).

İnsan ölüm məqamına çatanda, bəzən tövbə etməyə macal tapmır. Nəql edirlər ki, insanın ölüm vaxtı çatanda, Cənabi Əzrail (ələyhis-salam) onun başının üstünü alar və elan edər ki, sənin ölümündən bir saatdan da az vaxt qalıb. O vaxt o şəxsə elə təəssüf və hüzn üz verər ki, hətta məğribdən məşriqə kimi dünyanın hamısını Cənabi Əzrail (ələyhissalam)-a verməyə hazır olar, təki ona yalnız, bir neçə saat möhlət versin, amma mümkün olmaz("Çeracus səadət"səh. 687).

Başqa rəvayətdə nəql olunur. Bəndənin dünyadan köçmək vaxtı çatanda, gözləri önündən dünyanın pərdəsi götürülər, öz ölümünə yəqinlik tapar. Cənabi Əzrail (ələyhissəlam)-ın yanında zar-zar ağlayar ki, heç olmasa mənə bir gün möhlət ver. Peşiman əllərimi Allah dərgahına qaldırım, bəlkə günahlarımdan keçə, tövbəmi qəbul edə! Cənabi Əzrail buyurar: "Heç vaxt! Heç vaxt! Sənin ömrünün vaxtı qurtarıb, vaxtın qalmayıb getməlisən! Bir saat da olsa, vaxtın yoxdur”. Bu vaxt insanın tövbə qapısı bağlanır, ruhu bədənində titrəyir və qüssə boğazını tutur. Ömrünü zay etməsinin acı həsrətini çəkir("Furqan" 12-14).
Gəlin, tövbə edək! Gəlin, nə qədər ki, gec deyil, Allahın haram və murdar buyurduğu şeylərdən çəkinək! İnsan, ömrünün axırına qədər şeytanın əlindən tövbə etməyə macal tapmır, gəlin, tövbəni ölüm ayağına saxlamayaq.
Allah-təala Quranda buyurur ki, Mən "şirk”dən başqa bütün günahları bağışlayacağam. Bəs, belə isə onda şərab içənlər düşünməsinlər ki, mən tövbə etsəm, qəbul olunmaz. Əgər xalis niyyətlə tövbə edilsə, qəbul olunar.
Tarixdən Hürr ibni Riyahinin əhvalatı məlumdur. Onun əhvalatından məlum olur ki, günah nə qədər böyük olsa belə, Allahın rəhməti ondan daha böyükdür. Hürr ibni Riyahi özü deyir:
"Hüseyn can! Mən birinci şəxsəm ki, Həzrəti Zeynəb (salamullahi ələyhan)-ı narahat etdim. Sənin yolunu kəsdim”.
Hürr o şəxs idi ki, həzrəti imam Hüseyn (ələyhisəlam)-ın Mədinəyə qayıtmasının qarşısını alaraq o Həzrəti mühasirədə saxladı. Bu müddətdə qoşunlar gəlib çatdı və İmam Hüseyn (əleyhissalam)-ı şəhadətə yetirdilər. Bu günah çox böyükdür, amma onun tövbəsi ondan da böyükdür. Bu günahdan tövbə etməyə gərək fürsət tapasan. Allah bu fürsəti Hürrə qismət etdi. Allahın rəhməti hər şeydən böyükdür.
Ravi nəql edir: Aşura günü gördüm ki, Hürrün vəziyyəti dəyişərək bədəni titrəməyə başladı. Dedim: "Nəyə görə titrəyirsən? Hələ ki, döyüş başlamayıb, nə xəbərdir?” Cavab verdi: "Xeyr! And ola Allaha, özümü Behiştlə Cəhənnəm arasında görü-rəm! Nə pis iş gördüm? İndi nə edim?” O, Həzrəti imam Hüseyn (ələyhis-səlam)-ın xidmətinə gəlir. İmam onun günahından keçərək ona ehtiramla salam verir.
Sözsüz ki, İmam bağışladığı şəxsi Allah da bağışlayar.


Şərabxorun tövbəsi.
Nəql edirlər ki, Abdullah adlı bir şəxs çox pis şəkildə yolunu azmışdı. İşi-gücü ancaq şərab içib müxtəlif havalara (musiqilərə) qulaq asmaq idi. Lakin birdən-birə qəflət yuxusundan oyanaraq tövbə etməklə günahlardan əl çəkir. Allah yolunda hərəkətə gəlir.
Bir şəxs ondan soruşur: "Sən ki, dinsiz, əxlaqsız şərabxor və əqidəsiz adam idin, necə oldu ki, birdən-birə belə dəyişdin və Allah yoluna gədin?” Abdullah cavabında deyir: "Mən həddən artıq içki içən və musiqi dəlisi idim. Gecələrin birində özüm kimi dostlarımla birlikdə istirahət bağlarının birində kef məclisi qurmuşduq. Yaxşıca yeyib-içib və çalıb oynadıqdan sonra tar-kamanımızı və musiqi alətlərimizi ağaclardan birinin budağından asıb ağacın altında yatdıq. Bir müddətdən sonra birdən yuxudan ayıldım və ağacın yanından qəribə bir səs eşitdim. (Ola bilsin vicdanının səsi idi). Səs bu ayəni oxuyurdu:
أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ
”Məgər vaxt çatmamışdır ki: O kəslər ki, Allaha inanırlar, qəlbləri qorxub təvazökar olaraq Allahı yadlarına salsınlar?”(Hədid surəsi 16)

Bu ayə mənə elə təsir etdi ki, o gündən belə qərara aldım ki, Allahın dəvətinə baş əyib qəlbimi Onu yad etməklə təmizləyəm və Allah yolunda çalışam!”
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.