Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ramazan ayının 7 qızıl fürsəti.

Ramazan ayının 7 qızıl fürsəti.
0
Mətndə qrammatik səhv var?
Ramazan ayının 7 qızıl fürsəti.


Ramazan ayının 7 qızıl fürsəti.

Əgər bir cümlədə Ramazan ayına tərif vermək istəsək, gərək deyək ki, bu, fürsətlər ayıdır. Çünki bu ayda insanların qarşısında çoxlu fürsətlər qoyulur və əgər bu fürsətlərdən düzgün istifadə etsək, böyük bir xəzinə ixtiyarımıza qoyula bilər. Bu fürsətləri tanımağa çalışaq.

1. İradəni gücləndirmək fürsəti. Bu gün cəmiyyətdə ən böyük problem – insanların iradəsinin zəif olmasıdır. Bir çoxları deyir ki, pis əxlaqa malik olduğumu bilirəm, ancaq onunla mübarizə aparmağa iradəm yoxdur.



Ramazan ayı iradəni gücləndirmək üçün bizə fürsətlər verir. Biz yemək yeməyə çox meyilliyik, ancaq yemirik. Su içmək istəyirik, ancaq içmirik. 15 saat dözürük və bu əməl bizim iradəmizi gücləndirir. Ona görə də iradənin güclənməsi – ixtiyarımıza qoyulan ilk qızıl fürsətdir. (Tebyan)



2. Allahla barışmaq fürsəti. Həzrət İsa ibni Məryəm (ə) bir yerdən keçirmiş və görür ki, ağlayırlar. Soruşur ki, niyə ağlayırsınız?

Deyirlər: “Cəhənnəm atəşindən qorxuruq”. Buyurur: “Bilin ki, hər kim Allah qorxusundan bu cür göz yaşı tökər, Allah onu atəşdən xilas edər. Ümidiniz olsun”.

kinci dəstəni görür ki, nalə çəkirlər. Səbəbini soruşur və deyirlər ki, bizim behiştə eşqimiz vardır. Elə yer ki, orada yalan və günah yoxdur. O yer ki, mələklər və peyğəmbərlər oradadır. Buyurur: “Ümidiniz olsun, Allah sizə behişti verər”.

Üçüncü dəstə də ağlayırdı və onlardan da səbəbini soruşur və deyirlər ki, biz Allahı sevirik. Buyurur: “Siz müqərrəbsiniz. (Daha yaxın olanlarsınız). O iki dəstə də yaxşı idi, ancaq siz üstünsünüz və bu da Allah sevgisinin nəticəsidir”. Bu ay Allaha yaxınlaşmaq fürsətini verir.

3. Nəzmli olmaq fürsəti. Ramazan ayı bizlərə proqram və nəzmə malik olmağı öyrədir. Necə Ramazan ayına daxil olaq və ondan necə çıxaq.

Ramazan ayına daxil olanda obaşdan yeməyi üçün və iftar üçün proqram qurursan, sona çatanda isə əvvəlki adətlərini tərk etməyə çalışırsan. Yəni, gündüzləri yemək yeməkdən çəkinmirsən və əvvəlki rejiminə qayıdırsan.


4. Kini aradan aparmaq fürsəti. Bu ayda qəlbimizdə olan kini dəf etməyə çalışaq və Allaha yaxınlaşaq. Kin – namaz və ibadətlərimizin qəbul olmasına mane olan amildir.

5. Səbir fürsəti. Ramazan ayı – səbir ayıdır və insan obaşdandan tutmuş, axşam azanına qədər yemək və içməkdən çəkinməyə səbir edir.



6. Qənaət fürsəti. Ramazan ayı müsəlmana qənaət etməyi öyrədir.



7. Vilayətə qovuşmaq fürsəti. Möminlər əhya gecələrində Məsum İmamların (ə) adını dillərinə gətirir, məclislərdə əyləşir və göz yaşı tökürlər. Bu əməl möminə Məsumlara (ə) yaxınlaşmaq üçün qızıl fürsətlər verir.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.