İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Oruc tutan bu 7 nemətə çatacaqdır.


İmam Baqir (ə) buyurur: “İslam beş dayağın üzərində inşa olunmuşdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucu, Beytul-haramın həcci, biz Əhli-Beytin (ə) vilayəti”.

Quran-Kərim oruc barəsində buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən)çəkinəsiniz”. (”Bəqərə” 183).

Bu ayədən də göründüyü kimi, oruc ancaq İslam dininə aid ibadət deyildir, bəlkə əvvəlki dinlərdə də oruc vacib buyurulmuşdur. İnsan o zaman ki, bir çətinliyi üstünə götürür və bilir ki, bu çətinliyi ancaq o çəkmir, bəlkə ondan əvvəl də çəkənlər olmuşdur – bu zaman həmin çətin əməl onun üçün daha asan olur.

Hədislərimiz buyurur ki, behiştdə bir qapı vardır ki, adı Rəyyandır və ancaq oruc tutanlar ondan daxil ola biləcəklər. (Beytutə saytı)

İmam Həsən Müctəba (ə) nəql edir: “Bir dəstə yəhudi Peyğəmbərin (s) yanına gəlmişdi. Həzrətə (s) sual verirdilər və suallarından biri bu idi: “Nə üçün Allah Təala 30 gün oruc tutmağı ümmətinə vacib buyurmuşdur? Ancaq keçmiş ümmətlərə bundan çoxunu vacib buyurmuşdur?”.

Peyğəmbər (s) buyurdu: “O zaman ki, Adəm (ə) o meyvədən yedi, onun təsiri mədəsində 30 gün qaldı. Ona görə də Allah Təala 30 gün aclıq və susuzluğu onun nəslinə vacib etdi. Ona görə də Allah onu mənim ümmətimə də vacib buyurmuşdur”.

Sonra yuxarıdakı ayəni (“Bəqərə” 183) tilavət edir. Və yəhudi deyir: “Ey Muhəmməd! Düz deyirsən. Bəs bu əyyamda oruc tutanın muzdu nədir?”.

Buyurdu: “Elə bir mömin yoxdur ki, Ramazan ayını qürbət qəsdi ilə oruc tutar, məgər o halda ki, Allah Təala onda yeddi sifəti vacib edər:

1. Haramı bədənindən əridər.

2. Onu Allah Təalanın rəhmətinə və Allaha yaxınlaşdırar.

3. Atası Adəmin (ə) xatasını aradan qaldırar.

4. Can verməyin təzyiqlərini onun üçün asan edər.

5. Qiyamət gününün susuzluq və aclığından onu amanda saxlayar.

6. Cəhənnəm atəşindən bəraəti ona əta edər.

7. Allah Təala onu behiştin pakizə yeməkləri ilə yedizdirər”.

Oxşar xəbərlər
Oruc tutan insan, rəftarlarına xüsusi diqqət etməlidir.
Hər bir oruc tutanın duası iftar zamanı yerinə yetər. “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə(ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183). Mübarək

Oruc tutmağın alıcısı Uca Allahın Özüdür.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Adəm övladının gördüyü hər bir iş onun özündəndir, məgər oruc ki, Məndəndir. Onun savabını da Mən verərəm”. Yəni, oruc tutmağın alıcısı Uca Allahın Özüdür. Hər kim bu hədisi dərk edər, orucun

Nəfsin orucu, həqiqi oruc, ən üstün oruc və naqis oruc.
Orucla bağlı mühüm mətləblərə diqqət edək. İslamın sütunları. İmam Baqir (ə) buyurur: “İslam beş şey üzərində möhkəmdir: namaz, zəkat, həcc, oruc və vilayət”. Orucun fəlsəfəsi. İmam Sadiq (ə) buyurur: “Allah orucu vacib etmişdir ki, bu yolla varlı

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?
Bu barədə sünni və şiə məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, aşura günündə oruc tutmaq sünnətdir. Özü də bu zaman yalnız aşura günü deyil, ya mühərrəm ayının 9-u və 10-u, ya 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u,

Aşura günü oruc tutmaq
Əziz qardaşlar və bacılar xahiş və təkid edirik oxuyun və bölüşün bu vacib Əhli beytin ə.s. göstərişini Şiə məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə budur ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 3

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---