İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri.


Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri

Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.
Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir.



1. Dua.

Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”.


Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, hər kim Ramazan ayında namazdan sonra bu duanı oxuyarsa, Allah günahlarını bağışlayar. “Allahummədxil əla əhlil quburis- surur”.

2. Quran qiraət etmək.

Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır.


3. Zikr və istiğfar.

Bu ayda zikr etmək və istiğfar etmək çox bəyənilən əməllərdəndir. Həmçinin “Lə iləhə illəllah” zikrini demək çox savaba malikdir. Hədislərdə oxuyuruq ki, o zaman ki, mübarək Ramazan ayı gələrdi, İmam Səccad (ə) dua, təsbih və istiğfardan başqa bir söz deməzdi.



4. Namaz.

Ramazan ayının hər gecəsində iki rükətli namaz qılmaq müstəhəbdir. Hər rükətdə “Həmd"dən sonra “Tövhid” (“İxlas”) surəsini 3 dəfə oxumaq lazımdır. Salamdan sonra isə 10 dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılarsa, Allah günahlarını bağışlayar.


İmam Sadiqdən (ə) nəql edilir ki, hər kim Ramazan ayının hər gecəsində müstəhəb namazda “Fəth” surəsini oxuyarsa, həmin il bəladan hifz olunar.


Hədislərdə oxuyuruq ki, iftar zamanı sədəqə verin. Oruc tutanlara iftar verin. Əgər gücünüz çatmırsa, bir xurma və su ilə də olsa, iftar verin. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, hər kim bu ayda oruc tutan möminə iftar verərsə, qul azad etməyin savabına malik olar. Həmçinin günahlarının bağışlanmasına səbəb olar. Səhabələri soruşur ki, əgər bu işi görməyə gücümüz çatmırsa, nə edək. Buyurur: “O kəsin ki, gücü çatmır, bir qədər süd, bir qədər su və bir qədər də xurma versin”.

Oxşar xəbərlər
Bu ayın qədrini bilək.
Bu ayın qədrini bilək. Yenidən mübarək Ramazan ayı gəlib çatdı. Amma bilmirik ki, bü mübarək ayın orucunu tutmaq üçün Allah bizə ömür verəcək, ya yox? Görəsən, “Qədr” gecələrinə qədər yaşayacağıq, ya yox? Amma mühüm olan budur ki, bu əzəmətli və

Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqında.
Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqında Xurma bir çox vitamin və mineralları özündə cəmləşdirir. Bu meyvədə yağ, kalsium, dəmir, potasium, fosfor, maqnezium və s. tərkibləri özündə birləşdirir. Mütəxəssislərin fikrincə, gündə ən az bir

Azərbaycanda Ramazan ayının başlayacağı vaxt açıqlanıb.
Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i may ayının 17-ə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub. Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə

Ramazan ayı haqqında hədislər
Mübarək Ramazan ayının fəzilətlərini Məsumların (ə) dilindən eşidək. Hərət Peyğəmbər (s) buyurur: “Ramazan ayı Allahın ayıdır və o elə aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o, bərəkət ayıdır”. İmam Sadiq (ə) buyurur: “Hər

Şaban ayının əməlləri
Şaban ayında yerinə yetirilməsi rəvayət edilən əməlləri iki qisimə ayırmaq olar. Birinci qism bu ayın bütün günlərində edilən əməllər, ikinci qism isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir. Şaban ayının bütün günlərində edilən



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 6
    Qonaqlar: 6

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---