İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Oruc tutmaq barədə 7 yanlış stereotip

Oruc tutmaq barədə 7 yanlış stereotip

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.

Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.

Ətraflı məlumat Risalədə də baxa bilərsiz.

Oxşar xəbərlər
Orucun hokümləri
ORUCUN HÖKÜMLƏRİ Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanına qədər, sonradan izah olunacağı kimi, səkkiz şeydən çəkinməsidir. NİYYƏT Məsələ 1530: İnsanın orucun niyyətini

Nəfsin orucu, həqiqi oruc, ən üstün oruc və naqis oruc.
Orucla bağlı mühüm mətləblərə diqqət edək. İslamın sütunları. İmam Baqir (ə) buyurur: “İslam beş şey üzərində möhkəmdir: namaz, zəkat, həcc, oruc və vilayət”. Orucun fəlsəfəsi. İmam Sadiq (ə) buyurur: “Allah orucu vacib etmişdir ki, bu yolla varlı

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?
Bu barədə sünni və şiə məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, aşura günündə oruc tutmaq sünnətdir. Özü də bu zaman yalnız aşura günü deyil, ya mühərrəm ayının 9-u və 10-u, ya 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u,

Başı suya batırmaq orucu pozurmu?
Başı suya batırmaq 1. Əgər oruc tutmuş şəxs bilərəkdən başını tam suya batırsa vacib ehtiyata əsasən orucu batildir və bu orucun qəzasını yerinə yetirməlidir. 2. Başı suya batıran zaman bədənin suda olub-olmamasının məsələyə təsiri yoxdur, təkcə

Aşura günü oruc tutmaq
Əziz qardaşlar və bacılar xahiş və təkid edirik oxuyun və bölüşün bu vacib Əhli beytin ə.s. göstərişini Şiə məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə budur ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---