Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Nimeyi-şaban gecəsinin əməlləri

Nimeyi-şaban gecəsinin əməlləri
0
  • 30 aprel 2018
  • Bölmə: İslam
  • Baxış: 3 865
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Nimeyi-şaban gecəsinin əməlləri

“Şabanın ortası” mənasına gələn “nimeyi-şəban” yaxud “nisfuş-şəban”  Qədr gecələrindən sonra ən fəzilətli gecədir. “Leylətül-bərat”, yəni “təmizlənmə gecəsi” də adlanan  bu gecə Allahla raz-niyaz etmək, hacətləri diləmək, mənən təmizlənmək üçün ən münasib fürsətlərdəndir. Peyğəmbərimiz (s) və imamlarımızın (ə) buyurduqlarına əsasən, bu gecə Allah sonsuz rəhmətini bəndələrinin üzünə açması ilə yanaşı, həm də onlar üçün bəzi hadisələri təqdir edir. Hesab olunur ki, bəndəyə Həcc ziyarətinin nəsib olub-olmayacağı bu gecə müəyyən olunur.

 

Şaban ayının 15-ci günü bəşəriyyətin xilaskarı həzrət Mehdi Sahibəzzamanın (ə) mövlududur.  İmam Mehdi (ə) h.q. 225- ci  (miladi 840-cı) ildə Samirə şəhərində imam Həsən Əsgəri (ə) ilə Nərgiz xatunun (s) ailəsində dünyaya gəlib.

 

Bu gecə əhya saxlamaq (məğrib azanından sübh azanına qədər ayıq qalmaq), qüsl almaq, mümkün qədər ibadət və dua etmək tövsiyə olunur. İmam Hüseynin (ə), İmam Mehdinin (ə)ziyarətnamələrini, Kumeyl duasını və Şabaniyyə münacatını oxumaq, 100 dəfə təsbihati-ərbəə (“sübhanəllahi, vəlhəmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər” - tər. "Allah nöqsansızdır, bütün təriflər Allaha aiddir, Allahdan başqa məbud yoxdur, ən böyük Allahdır") və istiğfar (“əstəğfirullah” - tər. "Allahdan bağışlanma istəyirəm") söyləmək nimeyi-şaban gecəsinin bəyənilən əməllərindəndir.

 

İmam Hüseyni (ə) bu gecəyə məxsus tərzdə ziyarət etmək istəyən hündür və üstü açıq bir yerə çıxmalı və üzü qibləyə durmalıdır. Daha sonra sağa və sola baxmalı, üzünü göyə qaldırıb imama belə xitab etməlidir: “Əssəlamu əleykə, ya Əba Əbdillah! Əssəlamu əleykə və rəhmətullahi və bərəkətuh” (tər. Salam olsun sənə, ey Əba Əbdillah! Allahın salam, rəhmət və bərəkəti üzərinə olsun).


Allah bütün ibadətlərinizi qəbul etsin

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.