Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İslamda ilklər

İslamda ilklər
+1
  • 18 dekabr 2016
  • Bölmə: İslam
  • Baxış: 4 625
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
İslamda ilklər

İslamda maraqlı məlumatlar

Qiyamət günü soruşulacaq ilk əməl namazdır.

İlk bütpərəst tayfa Həzrət İdrisin (ə) ümməti olmuşdur.

İlk məsumə qadın Həzrət Məryəmdir (s).

İmam Hüseyn (ə) türbəti ilə namaz qılan ilk şəxs İmam Zeynəl-Abidindir (ə).

Həzrət Adəmin (ə) dilinə gətirdiyi ilk cümlə "Həmd olsun aləmlərin Rəbbinə” cümləsidir.

Allahın əmri ilə yenidən diriləcək ilk şəxs İsrafil mələkdir. O isə Allahın əmri ilə suru çalacaq və digərləri də diriləcəkdir.

İlk yazı yazan şəxs Həzrət İdris (ə) olmuşdur.

Məhəmməd (s) peyğəmbərin hicrətindən sonra ona tərəf hicrət edən ilk xanım Fatimə binti Əsəd, Həzrət Əlinin (ə) anasıdır.

Allahın ilk yaratdığı şey ağıldır.

Allahın Rəbb olmasına iman gətirən ilk şəxs Həzrət Məhəmməddir. (s)

Musa peyğəmbərə (ə) iman gətirən ilk qadın, Fironun xanımı Asiyə olmuşdur.

İlk tövbə edən şəxs Həzrət Adəmdir (ə). Allah onun tövbəsini "Ali-Əba”ya and verəndən sonra qəbul etdi.

Təsbeh düzəldən ilk şəxs Həzrət Zəhradır (s). Həmin təsbehin torpağı "Şəhidlər ağası”, Həzrət Həmzənin qəbrindən idi.

İlk şer deyən şəxs Həzrət Adəmdir (ə).

İlk müsəlman qadın Həzrət Xədicədir (s).

İmam Hüseyn (ə) qoşununa tərəf ox atan ilk şəxs Ömər ibni Səddir. (Allahın lənəti ona olsun)

Əkiz uşaq dünyaya gətirən ilk qadın Həzrət Həvva olmuşdur.

İlk qatil Qabil olmuşdur. O, öz qardaşı Həzrət Habili (ə) qətlə yetirmişdir.

Həzrət Mehdi (ə.c.) zühürdan sonra mübarək dilinə gətirəcəyi ilk cümlə "Bəqiyyətəllahi xeyrun ləkum in kuntum muminin” ayəsidir.

Yaranandan sonra Adəmin (ə) ilk gördüyü əməl asqırmaq olmuşdur.

İslamda ilk şəhid qadın Əmmar Yasirin anası Süməyyə xanımdır.

İmam Hüseynin (ə) qəbrini ilk ziyarət edən şəxs Cabir ibni Abdullah olmuşdur.

Həzrət Adəmin (ə) saçını ilk dəfə Cəbrayıl (ə) cənnətdən gətirdiyi yaqut ilə qırxmışdır.

Cənnətə daxil olacaq ilk şəxs Həzrət Zəhradır (s).

Bəni İsraildən seçilən ilk peyğəmbər Həzrət Musa (ə) olmuşdur.

Yer üzündə tikilən ilk məscid "Məscid-ül-Həram”dır.

Həzrət Məhəmmədə (s) vacib olan ilk namaz, zöhr namazıdır.

Həzrət Mehdiyə (ə.c.) ilk beyət edən şəxs Cəbrayıldır (ə).

Məkkədə Quranı aşkar şəkildə ilk qiraət edən şəxs Abdullah ibni Məsuddur.

"Allahu Əkbər” deyən ilk şəxs İbrahim peyğəmbərdir (ə).

Dərzilik edən ilk şəxs İdris peyğəmbər (ə) olmuşdur.

Quranı toplayan ilk şəxs Həzrət Əlidir (ə)

Quranın ilk şərhçisi Həzrət Əlidir (ə).


Cənnətdə ilk ərzaq balıqdır.

İslamda ilk tabut Həzrət Zəhra (s) üçün düzəldilmişdir.

İmam Hüseynə (ə) ilk növhə deyən Allah olmuşdur.

Qeydlər:

1- "Üsuli-Kafı” Mərhum Kuleyni

2- "Quran qissələri” Mərhum Mustafa Zamani

3- "Müntəhil-Amal” Mərhum Mühəddis Qumi

4- "Nəsihətlər” Mərhum Ayətullah Meşkini

5- "Quran dastanları” Seyid Mehdi Şəmsəddin

6- "14 Məsumun həyatı” İmadzadə

7- "1000 sual” Şəhid Dəstğeyb

8- "Xisal” Şeyx Səduq

9- "176 müəmma” Mühəmməd Hüseyn Qasimi
vatsap və facebookda paylaş dostlarında oxusun və məlumatlansın
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.