İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Zəm-Zəm suyunun möcüzəsi və sirri

Zəm-zəm Məkkənin mərkəz nöqtəsində yerləşən müqəddəs bir quyudur. 1971-ci ildə həmin bu quyunun dəniz səviyyəsindən aşağı olduğunu nəzərə alaraq, suyunun yararsız olduğunu iddia etməyə başladılar. Səudiyyə ərəbistanının keçmiş başçısı kral Feysəlin əmri ilə quyu araşdırılmağa başladı. Araşdırma nəticəsində məlum oldu ki, Zəm-zəm suyu digər sulara nisbətən daha az kükürdə malikdir. Digər sulara nisbətən daha çox qidalandırıcı və daha çox minerallara sahibdir. Aclığını yatırtmaq üçün içən adamın aclığını, susamış adamın isə susuzluğunu tez bir zamanda aradan götürür. Dünyada tərkibində mikroorqanizmlər və bakteriyalar olmayan tək su Zəm-zəm suyudur. Zəm-zəm quyusunun dərinliyi 18, eni 14 metrdir. İbrahim peyğəmbərin zamanından etibarən indiyədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyonlarla ton su verməkdədir. Quyu bol suludur, amma dərin deyil. Araşdırmalar zamanı Zəm-zəm quyusunun mənbəyi tapılmadı. Mənbənin tapılması üçün yalnız bir yol vardı - quyu suyunu güclü su nasosları ilə tam çıxarmaq. Çox qəribədir ki, nasosların fasiləsiz işləməsinə baxmayaraq, quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Lakin güclü nasoslar vasitəsilə suyu qismən də olsa azaltmaq mümkün oldu. Quyunun dibinə enildi, amma yenə də mənbə sirli olaraq qalırdı. Bu zaman araşdırmaçılar qəribə bir şeyin şahidi oldular. Quyunun dibinə ayaq qoyduqda qumun tərpəndiyi hiss edilirdi. Daha sonra isə analiz məqsədilə quyudan götürülən nümunə Avropa laboratoriyasına göndərildi. Məlum oldu ki, Zəm-zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bundan əlavə, su mikrobları məhv edən xlorla da zəngindir. Zəm-zəm quyusu indiyədək heç vaxt susuzluq yaşamayıb. Quyunun suyu nə quruyub, nə də azalıb. Zəm-zəm suyu insana ruh və dözümlülük gətirir. Suyun tərkibi qədimdən indiyədək dəyişməmişdir. Zəm-zəm suyu həcc mövsümü boyunca milyonlarla hacının su ehtiyaclarını ödəyir. Ən möcüzəli tərəfi isə, bu su heç bir zaman beldən aşağı enmir, yəni ancaq tər vasitəsilə bədəndən xaric olunur.

məqaləni facebook və vatsapda dostlarınıza bölüşün

Oxşar xəbərlər
Həyat yoldaşını son anda anladı
Ayətullah Taha Nəcəf, Nəcəfi-əşrəfin yaşı keçmiş qoca ariflərindən idi. O ömrü boyu şəxsi işlərindən ötəri bir dəfə də olsun qəzəblənməmişdi. Ömrünün axırlarında dostları onun heç olmasa bir dəfə qəzəblənməsini görmək üçün onu imtahan etmək qərarına

Dağların funksiyası
Quranda dağların mühüm geoloji funksiyasına diqqət çəkilir: Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq... (Ənbiya surəsi, 31) Ayədə dağların yer üzündəki təkanların qarşısını alan xüsusiyyəti xəbər verilir. Quran nazil edildiyi

Yer kürəsinin yaranmasını İmam Cəfəri Sadiq(ə.s) belə cavablandırır
“Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və Yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer

Muzaf su ilə dəstəmaz almaq olarmı? Muzaf su nədir?
Məsələ 132: Muzaf suyla, yaxud nəcis suyla, yaxud dəstəmaz üzvündə maneə olan halda dəstəmaz alınarsa, bu dəstəmazın batil olmasında heç bir fərq yoxdur, istər dəstəmaz alan bunları bildiyi halda alsın, istər qəsdən alsın, istər bilməyərəkdən alsın.

ATEİZM, DEİZM VƏ TEİZM. 4-cü mövzu.
ALLAHIN VARLIĞINI İSBAT ETMƏK MÜMKÜNDÜRMÜ? Son sərlərdə, dünyada, xüsusəndə Avropada belə bir fikir yaranmışdır ki, Allah mövzusu bəşərin həll edə bilməyəcəyi mövzudur. Bu fikri irəli sürənlər Allahın varlığını inkar etmirlər, əksinə



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---