İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

tək və ya cüt səbr

Tək ya cüt asqırmağın dini baxımdan izahı

Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı?
İslaminSesi – El arasında belə fikir formalaşıb ki, bir dəfə asqırsan bu tək səbir deməkdir. Belə fikir formalaşıb ki bu zaman qəsd etdiyin işdə səbr etməlisən çünki tək səbir nəhs əlamətidir. Amma cüt səbrin güya xoş məramlı olduğu deyilir. Bəzi ictimaiyyətlərdə də ümumiyyətlə asqırmaq nəhslik əlamətidir və bu zaman qəsd etdiyin işi səbr edib bir yolla təxirə salmalısan.
Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı?

Cavab: Birinci növbədə demək lazımdir ki, yuxarıda qeyd edilən və formalaşan bu fikirlərin heç birinin dini və nə də elmi əsası yoxdur. Tam əsasssız bir fikirlərdir.

İkinci növbədə vurğulamaq lazımdır ki, asqırmaq nə inki nəhslik əksinə yaxşı və hikmətli əməllərdən xəbər verir.

Hədislərin birində gəlib ki asqırmağ bədəni rahatlaşdırar və sağlam edər və asqırmaq olan gündə fizioloji baxımdan insanda ölüm gətirən səbəblər ortaya çıxmaz. (Mustafa Hüseyni Dəşti, Məaref və Məariif, cild-7, səh-389)

Həzrət Peyğəmbər buyurub:
“Xəstənin asqırması onun şəfa tapacağının və bədəninin rahatlığının əlamətidir”(Abdullah Şübbər, Əxlaq,)

İmam Sadiq buyurub: Asqıran adam cüzam, baş ağrısı, burunun tutulması, gözün içində tükün bitməsi, göz yaşının çoxlu axması kimi xəstəliklərdən uzaq olar”

Hədislərdə buyurulur ki, asqırmaq 3 dəfədən keçərsə artıq bu insanın xəstə olmasını göstərir.

İmam Rza asqırmağın hikməti haqda maraqlı bir hədis buyurur:

“Allah insana nemət verir və insan ona görə şükr etmir. Bəzən Alah bu insanın bədəninə bir yel salar. Bu yel bədəndə fırlanar və gəlib, burundan və ağızdan çıxar. (həmin bədən üzvləri ki neməti burunla iyini görüb ağzıyla dadandan sonra ağız açıb şükr etməli idi amma etməmişdi.) Bu zaman asqırmaq gələr." İmam Rza belə davam edir: Buna görədir ki asqran adam dərhal “Əl-Həmdu-lillah” (Allaha şükür) desin! Allah bu asqırmağı vaxtında etmədiyin şükrün əvəzində səndən alar.

Hədislərə görə asqıran adama “Yərhəmukəllah” demək lazımdır. Amma 3 dəfədən artıq asqırsa ona “Şəfakəllah” demək lazımdır.

Asqıran adam isə ona du edən insanlara “Ğəfərəkumullah”, “Yəhdikumullah və yuslih baləkum” və sair dualar etməlidir.

Oxşar xəbərlər
Peyğəmbərin(s.ə.a.s) şeytanla söhbəti
Bir gün Həzrət Peyğəmbər (s) Məcsidul-Həramda şeytanı görür. Onun yanına gedir və ona deyir: "Ey məlun! Niyə narahatsan?” Şeytan deyir: “Səndən və ümmətindən narahatam” Həzrət (s) buyurur: “Niyə narahatsan?” Şeytan deyir: “Mən insanları yolundan

Kəbin kəsdirmək üçün uğurlu və uğursuz sayılan günlər varmı?
Hər şeydən əvvəl bunu qeyd edək ki, dinimiz bu kimi məsələlərdə çox dərinə getməməyi, baş verən hadisələri əlamətlərə görə dəyərləndirməməyi tövsiyə edir. Kəbinin uğurlu ya uğursuz olması onun hansı gündə, hansı bürc altında kəsilməsindən asılı

Yalan
Yalan sahibini zəlil edən, üzünün suyunu tökən, etibarını itirən, xəcalət verən, dünya və axirətdə üzü qaraldan xəbis sifətdir. Bu sifətin xəbis olduğu haqda çolu sayda ayə nazil olmuş və rəvayətlər nəql olunmuşdur. Rəsulullahdan (s) nəql

Səbr etmək
Səbr bəla və müsibətlər zamanı iztirab çəkməməkdir. Bunun əksi qəmginlik və məyus olmaqdır. Bunlar bəla yetişdikdə ah demək, dərindən ağlamaq, paltarı yırtmaq, üzü cırmaqlamaq, saçları yolmaq, üz=gözü turşutmaq və bu kimi nəfsin zəifliyindən irəli

Ruhun paltarı candır
Ruhun paltarı-bədəndir. İnsanın etdiyi günahlar və şər qüvvələr bədənə hopur, həkk olunur, ruhun bədən paltarını çirkləndirir. Bu zaman çirkli bədənin içərisindəki "pak ruh" bərqəran olmur, əziyyət çəkib, iztirablar keçirir. Günahlar və şər qüvvələr



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---