İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Mömini sevindirmək

Mömin bir şəxsi sevindirən Əhli-beyti sevindirir, Əhli-beyti sevindirən isə Allahın Rəsulunu şad edir.
Mötəbər dini mənbələrdə bildirilir ki, mömini sevindirmək böyük ibadətdir. Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir.
İmam Baqir (ə) buyurur: «Allah yanında ən sevimli ibadət möminin qəlbini sevindirməkdir». («Üsuli-Kafi», cild 2, səh. 188.)
Əhli-beytdən nəql olunmuş hədislərdə buyurulur ki, mömin bir şəxsi sevindirən Əhli-beyti sevindirir, Əhli-beyti sevindirən isə Allahın Rəsulunu şad edir. («Biharul-ənvar», cild 74.)
Bu sayaq təşviqedici rəvayətlər çoxdur və onlardan birində imam Sadiq (ə) belə buyurur: «And olsun Allaha ki, bir mömin qardaşını sevindirən kəs bizi sevindirmiş, Allah rəsulunun qəlbini şad etmişdir». («Üsuli-Kafi», cild 2, səh. 182.)

Həmin mənbədə nəql olunmuş digər bir hədisdə həzrət Peyğəmbər (s) buyurur: «Mömini sevindirən bizi şad edir, bizi şad edən isə Allahı sevindirir.»

Mömini sevindirməyin kifayət qədər bəyənilmiş bir iş olduğuna heç bir şübhə qalmır. Amma yenə də suallar doğur. Əgər insan istənilən bir şəxsi istənilən bir yolla sevindirsə bu onun üçün ibadət hesab oluna bilərmi? İslam maarifi ilə tanış olanlar üçün bu sualın cavabı aydındır. Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə hətta mənasız işlərlə, zarafatla, məsxərəbazlıqla mömini sevindirmək bəyənlilməyən işdir. Əlbəttə ki, istisnalar da ola bilər. Əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək olar. Bir daha qeyd edək ki, bu istisna xəstənin müalicəsi üçün nəzərdə tutulur. Adi hallarda «Möminun» surəsində buyurulduğu kimi mömin mənasız işlərdən çəkinməlidir.
İkinci bir tərəfdən hər insanı yox, yalnız mömini sevindirmək ibadətdir. Zalım və kafir insanla münasibətlərdə isə məhdudiyyətlər vardır.

Oxşar xəbərlər
Qədir Xum bayramının əməlləri
Sizi bu gözəl gün - MÜQƏDDƏS QƏDİM XUM bayramı münasibəti ilə təbrik edirəm. Allah bizləri Əhlibeytin (ə) vilayətindən ayrı salmasın. Qədir Xum gününn müstəhəb əməlləri isə bunlardır: Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki,

Zina haqqında
Zinanın qadağan olması Quran: «inaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!.» (İsra, ayə 32) Hədis: Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona

İmam Əlinin (s) ağlaması
Bir gün Əli (s) ağlayırdı. Səbəini soruşanda buyurdu:"Yeddi gündür ki, evimizə qonaq gəlmir". Peyğəmbər (s) buyurub: "Birinci, ikinci və üçüncü gün qonaqa qulluq etmək onun haqqıdır. Amma üç gündən sonra ev sahibi qonağa sədəqə verir. Heç kəs o

Əhli-Beytə (ə) məhəbbət haqqında hədislər
1. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14) 2. İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir

Saleh əməllər haqqında hədislər
♥Bismillahir Rəhmanir Rəhim...♥ Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə... 133. Rəsuli-Əkrəm (s.a.a.)



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 20
    Qonaqlar: 20

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---