Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

“ARİFLƏR” yoxsa “MƏSULİYYƏTSİZLƏR”

“ARİFLƏR” yoxsa “MƏSULİYYƏTSİZLƏR”
0
  • 01 sentyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 2 493
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
“ARİFLƏR” yoxsa “MƏSULİYYƏTSİZLƏR”

İslam bəşəriyyətə göndərilmiş ən kamil dindir. Eyni zamanda digər səmavi dinlərdə təhrif olunmuş əqidə, əxlaq qaydaları islam vasitəsilə yenidən bərpa olunmuşdur.

Təhrif edilən ən mühüm məsələlərdən biri də “ariflik” dir.
Islamdan öncə “ariflik” (Allahı tanıma) tərki-dünyalıqla müşayiət edilib. Dünya nemətlərindən , həmçinin cinsi istəkdən imtina etmək, gecələri “ibadətlə” məşğul olmaq və sair kimi davranışlar qabarıq şəkildə özünü biruzə verib.

İslam gəlişi ilə bu davranışları ( tərkidünyalığı) rədd etmiş və fərdi məsələlər ilə ictimai məsələləri balanslaşdırmışdır.

Hətta namaz, oruc, həcc və digər fərdi əmrlərin fonunda ictimai məsələlərin durduğunu desək yanılmarıq. Örnəyin, Həcc ziyarəti fərdi əmr olunduğu halda eyni zamanda müsəlmanların fərqli ölkələrdən bir araya gələrək dostluq qardaşlıq əlaqələrinin qurulmasına xidmət edir.

Bir sözlə İslam ictimai dindir və insanlar arasında sağlam əlaqələrin qrurulmasını dəstəkləyir.
Lakin Peyğəmbərin (s.a.s) vəfatından sonra İslam məzhəb və firqələrə parçalanmağa başladı.

Həzrət Əli (ə)-ın “Nə çox “Zahidlər” vardır ki, cəhənnəm əhlidirlər” cümləsi lap yerinə düşər.

İnsanlar bir çox məsələləri yalnış anladıqları kimi , bir çoxları zahidlik və arifliyi də yalnış anlamışdır.

Məlum yolda, insanı ən çox aldadan həmin yolda olan “mənəvi haldır”. Eyni zamanda “bəsirəti açıq” insanlar başqalarında da yola rəğbət yaradıb.

İlk öncə onu qeyd edim ki, Allahın bir adı “Səttarul uyub”dur (eybləri örtən). İnsanların rəğbət bəslədiyi “bəsirət” Allahın məlum adına ziddir və İslam bu davranışı qəbul etmir. Eyni zamanda “bəsirəti” açıq olmaq Allaha yaxın olmağın nişanəsi deyil. Çünki bu bir insan halıdır. Yəni insan bir müddət gecələri oyaq qalsa (ibadət etməsə belə ) və gündüzləri ac qalsa (oruc tutmasa belə ), az danışıb digər dünyaya bağlı hissləri öldürürsə onda bu xüsusiyyətlər yaranacaq . Bunun üçün “mömin” olmağa ehtiyac yoxdur. Uzaq Şərqdəki buddistlər buna ən gözəl nümunədir.

Gözəl Mənəvi hala” gəlincə . İnsanın cəmiyyətdəki vəzifələrindən yaranan öhdəçilikləri onu daim gərgin saxlayır.

“İrfan” yolu gedən insanlar məsuliyyətlərdən boyun qaçırtmağın rahatlığını, “mənəvi rahatlıq” hesab edirlər. Həmin “mənəvi rahatlıq” müsəlmanın ailə münasibətlərinin korlanmasına, cəmiyyətdə ikinci dərəcəli , yaxud önəmsiz bir insan olmasına səbəb olur. Halbuki tarix kitablarında , “İslam Peyğəmbəri ilə çiyin-çiyinə vuruşub şəhid olan biri, məhz ailədə vəzifəsini doğur icra etmədiyi üçün qəbr əzabı yaşadığı” kimi faktları dəfələrlə mütaliə eymişik.

Halbuki Allah müsəlmanlara cəmiyyətdə önəmli insan olmağı əmr edir. Müsəlmanın ailəsində əlaqələr də (eyni zamanda intim əlaqə) yüksək səviyyədə və hər iki tərəfin məmnunluğu ilə olmalıdır. Təəssüf ki, bəzi “ariflər” ailədə qadının məişət sıxıntılarının həllini və güzəranın rifah içində omasını “şeytani istək” adlandıraraq boyun qaçırdır və öz aləmində “Allaha yönəlir”. Amma həqiqətdə o adam sadəcə gücsüz, iradəsi zəif və məsuliyyətsiz biridir. O insanlara sadəcə Kərbəla hadisəsindən nümunə gətirmək istəyirəm ki, əgər Həzrəti Hüseyn (ə) ibadətə qapanıb cəmiyyətdə kasıb və önəmsiz biri olsaydı onun “hə” və yaxud “yox” sözü də heç kim üçün önəmli olmazdı.

Allah müsəlmanları dünyada gözəl yaşayaraq, öhdəçiliklərini layiqli şəkildə yerinə yetirərək məsuliyyətli olmağı əmr edir. “Hər bir çətinlikdə bir rahatlıq var”.

Müəllif : Araşdırmaçı-yazar Zaur TAHİRSOY
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.