Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Cəhənnəm əzabı

Cəhənnəm əzabı
+2
  • 24 avqust 2016
  • Bölmə: İslam
  • Baxış: 4 269
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Cəhənnəm əzabı


Rəhmli və mərhəmətli Allahın adı ilə.


Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Uca Allahın insanlara haqq dinlə göndərdiyi müqəddəs peyğemberə Məhəmmədə Allahın salavatı və salamı olsun! Hər bir müsəlman Rəhmli və Mərhəmətli Allaha, kainatı və insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına və yalnız Onun tərifə və ibadətə layiq olduğuna inanmalıdır. Müsəlman Allahın mələklərinə onların nurdan yaradıldığına və onların Yaradanın hər bir əmrini yerinə yetirmələrinə, Onun Kitablarına Zəbura, Tövrata, İncilə və Qurana inanmalı və Allahın müqəddəs Quranda yazılan hökmlərinə tabe olmalıdır. O, Tanrının peyğembərlərinə və elçilərinə inanmalı, peyğembərlərin sonuncusu olan Məhəmmədin (S,e.v.) göstərişlərinə əməl etməli, həmçinin xeyrin və şərin Allahdan olmasına və hər şeyin Onun iradəsi ilə baş vermesinə şübhə etmeməlidir. Həmçinin o, Allahın insanları yenidən dirildəcəyi və öz əməllərinə görə Onun qarşısında cavab verəcəkləri və həqiqətin aşkara çıxacağı Axirət gününə de inanmalıdır. Bu böyük gündə möminlər Cənnətə girəcək, kafirlər isə Cəhənnəm odu üçün yanacaq olacaqlar.

Bu gün insanların çoxu Allaha və Məhəmməd Peyğembərə (s.e.v.) inandıqlarını bildirərək: Lə ilahə illə-llah, Muhəmmədən rəsulullah şəhadətini gətirirlər, amma Axirətə inanmırlar. Onlar həmçinin Cəhənnəmə və Cənnətə də şübhə edirlər və buna görə də tez-tez bələ sözlər işlədirlər: Cəhənnəm də burdadır, Cənnət də.

Ey Allahın qulu! Sən insanların öz əməllərinin bəhrəsini görə bilməsi üçün yaradılmış Cəhənnəmə və Cənnətə inanmayana qədər sənin imanın düzgün olmayacaq. İnsan yerdə nə Cəhənnəmin dəhşətini, nə də Cənnətin nemətlərini görə bilməz, amma onların həqiqiliyini müqəddəs Quranın bir çox ayələri sübut edir. Cəhənnəmə və Cənnətə inanmayan müqəddəs Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, Peyğembərləri də inkar etmiş sayılır.

Cəhənnəmdən qorunma:

Uca Allah deyib: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı ele bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (et-Tehrim,6). Allahın bu sözlərini eşidən hər kəs fikirləşməli və özünü oddan qorumaq üçün yaxşı işlər görüb günahlardan çəkinməlidir.

Ey Allahın qulu! Nə qədər ki, nəfəsin gedib-gəlir, əllərin sözünə baxır və ağzın söz tutur, üzünü Tanrıya çevir və özünü Cəhənnəmin odundan heç olmasa xurma qabığı ilə, bunu da tapmasan, xoş sözlə qoru.

Uca Allah deyib: Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun! (ez-Zumer,16). Həqiqətən, Cəhənnəmin siması dəhşətlidir! İbn Abbas rəvayət edirdi ki, Peyğembər (s.e.v.) bələ deyib: Günəşin tutulması baş verəndə mən od gördüm. Mən, bundan dəhşətli mənzərə görməmişdim! (Müslim). Peyğəmbər, həmçinin deyib: Qiyamət günü yetmiş min səbəbi olan Od gətiriləcək. Hər səbəbi yetmiş min mələk sürükləyəcək (Müslim).

Cəhənnəm hərarəti:

Ebu Hüreyrə rəvayət edirdi ki, o, peyğəmbərin belə dediyini eşidib: Adəm oğullarının yandırdığı od, cəhənnəm Odunun yetmişdə biri qədərdir (Buxarı, Müslim). Bir dəfə Kab, Ömər ibn el-Xettaba deyib: Əgər Cəhənnəmin qapıları bu dünyaya heç olmasa öküzün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdəki adamın beyni qaynayıb tökülərdi.

Peyğəmbər (S,e.v.) həmçinin deyib: Cəhənnəmin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il və sonra qara olana kimi daha min il yandırmışlar. O zülmət gecə kimi qaradır (et-Tirmizi, İbn Mace).

Uca Allah deyib: Onları zillət basar. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar! (Yunus,27).

Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə bilmir, amma ona, hər şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayət edər. Buna görə də mömin əcdadlarımız, ona baxdıqda, Allahdan qorxu hissi keçiriblər.

Uca Allah deyib: Bes (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz Onun ağacını yaradan sizsiniz, yoxsa Biz! Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və sehrada olan müsfirlərin faydalanması üçün yaratdıq El-Vaqie,71-73). Allah, bu dünyanın odunu, cəhənnəm Odu haqqında xəbərdarlıq etdi, o Od ki, qaradır, istidir.

Cəhənnəmin dərinliyi:

Ebu Hüreyre danışırdı: Bir defe biz, Peyğemberin yanında oturanda düşen daşın küyünü eşitdik. Peyğember soruşdu: Siz bilirsiniz bu nedir. Biz cavab verdik: Allah ve Resulu daha yaxşı biler O dedi: Bu Cehennemde yetmiş il evvel atılan daşdır ve yalnız indi o, onun dibine çatdı (Müslim).

Allahın Resulu (s.e.v.) həmçinin deyib: Həqiqətən, insan heç özü də bilmədən dediyi bircə sözə görə yetmiş il Oda düşlə bilər (Ehməd).

Nə qədər də ciddi xəbərdarlıqdır! Cəhənnəm nə qədər də qorxuludur! Və Allahın vədinə soyuq yanaşmaq nə qədər də yanlışdır! Allaha həqiqətən inanan özünün borcunu və vəd olunan mükafatı və cəzanı yaddan çıxara bilməz. El-Heccac, imam Səid ibn Cubeyrə dəyende ki: Mənə deyiblər ki, sən heç vaxt gülmürsən, – o belə cavab verir: Mən necə gülə bilərəm ki, Cəhənəmin odu artıq qalanıb, zəncirləri qurulub, əsgərləri isə hazır vəziyyətdədirlər

Cəhənnəmin qapıları:

Uca Allah deyib: Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir! (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər! (el-Hicr, 43-44). İbn Ömər Peyğəmbərin belə dediyini danışırdı: Cəhənnəmin yeddi qapısı var və onlardan biri mənim ümmətimə əl qaldıranlar üçündür (Ehməd). İbn Cüreyx deyib ki, birinci qapı Cəhənnəm adlanır, ikinci Leza (od), üçüncü Hutame (odlanmış), dördüncü es Sehr (cəhənnəm), beşinci Saqar (alov), altıncı Cahim (cəhənnəm), yeddinci əl Haviya (uçurum). Qapılar nə qədər aşağıdırsa onların hərarətinin dəhşəti çoxalır. Muqatil rəvayət edirdi ki, Cəhənnəmin qapıları ora keçənlərin arxasınca bağlanacaq və onlar demir bizlərlə oda doğru qovulacaqlar.

Cəhənnəm əhlinin yeməyi:

Uca Allah deyib: Onların yəməyi (zəhərdən də acı) zəridən başqa bir şey olmayacaqdır. (o yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar (el-Faşiye,6-7). Bu zərilər nə qədər də iyrəncdir! Onların dadı zəqqumdan acı, qoxusu isə gildən gələndən də pisdir. Onları kimsə yesə, onlar nə məədəyə düşər, nə də ağıza qayıdar, iksinin arasında ilişib qalar. Bir dəfə Abdur-Rəhman bin Auf iftar etmək istəyirdi və ona şam yeməyi gətirəndə o, bunu oxudu: Dərgahımızda qandallar və Cəhənnəm; Boğaza tıxılıb qalan yemək (zəqqum) və şüddətli əzab vardır! (el-Muzzemmil, 12-13). Sonra o ağlamağa başladı və iftarını da heç açmadı.

Uca Allah deyib: (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa zəqqum ağacı Biz onu zalimler üçün bir bəla etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (Cəhənnəm odunun içindən) çıxır. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar (es-Saffat,62-66). Allah kafirlər üçün ezablı cəza hazırlayıb. Bu cəza onlar üçün daha da ağır olacaq, ona göre ki, onlar bunu heç ağıllarına belə gətirə bilməzdiler. Cəhənnəmdə odlu dəryadan zəqqum ağacı bitir. Tanrının bu sözlərini eşidən azğınların inamsızlığı daha da artır, ona görə ki, fani dünyada alov ağacları yandırır. Amma zəqqum ağacını yox! Buna görə də Allah onu, günahkarları yoldan çıxaran adlandırıb. Eybəcərliyinə göre Allah bu ağacın meyvələrini şeytanların başlarına bənzətmişdir və Od əhli hər dəfə onları dişləmək istəyəndə onlar qayıdıb yemək istəyənləri dişləyəcəklər.

Uca Allah, həmçinin deyib: İrindən başqa bir yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər (el-Haqqe,36-37).

Od əhlinin içkisi:

Uca Allah deyib: (Məgər Cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi! (Məhəmməd,15). Həqiqətdə bu sadəcə qaynar su deyil, bu yanar sudur. Bir dəfə Abdullah ibn Ömər sərin su içir və ucadan ağlamağa başlayır. Ondan soruşurlar: Sən nəyə görə ağlayırsan o deyib: Allahın Kitabındakı ayə yadıma düşdü: Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl töredilmişdir (Seba,54). Axı Cəhənnəmin sakinləri sərin suyun həsrətinde olacaqlar.

Uca Allah, deyib: Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar; qaynar sudan və irindən başqa (en-Nebe,24-25). Uca Allah, həmçinin deyib: Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı (sedid) sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz (İbrahim,16-17). Peyğəmbər (s.e.v.) sedid suyu haqqında deyib: O, ağıza yaxınlaşdırılacaq və o (Cəhənnəmde əzab çəkən) onu, heyvan su içdiyi kimi içəcək. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq, o, suyu içənde isə onun bağırsaqları parça-parça olub arxa dəlikden çıxacaq (Ehməd).

Uca Allah deyib: Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis bir məskəndir! (el-Kehf,29). Bu içki qaynar yağdır. Bir dəfə İbn Məsud gümüşü əridib: Kim sedid görmək istəyirsə buna baxsın – deyərək adamları məscidə göndərir. Ebu Səid el-Xudri danışırdı ki, bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üstünə düşür.

Od əhlinin geyimi:

Uca Allah deyib: Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir; başlarına da qaynar su töküləcəkdir (el-Hecc,19) O, həmçinin deyib: O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir! (İbrahim,49-50). Günahkarların geyimi alovdan və qətrandan ibarət olacaq və bundan pis geyim ola bilməz! Qətran nəinki əzab çəkənləri oddan qorumayacaq, əksinə onu daha da artıracaq, ona görə ki, o, alovu daha da çoxaldır və iyrənc rəngə və qoxuya malik olur.

Günahkarların döşəkləri və örtükləri də, həmçinin atəşdən olacaq və Cəhənnəm onlar üçün həbsxanaya çevriləcək. Ey Allahın qulu, kaş ki, biləydin Cəhənnəm çoxları üçün əbədi zindan olacaq!

Onların yedikləri, içdikləri, geydikləri, döşəkləri alovdandır.

Uca Alah deyib: Əməl dəftəri sol əlinə verilən isə deyecəkdir: Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç bir fayda vermədi (el-Haqqe,25-29). Bəs onların xəzləri və ipəkləri hanı! Onların sarayları, qulluqçuları! Bəs o tekebbür və özündənrazılıq! Allahın onlara bəxş etdiyi her şey bu dünyada qaldı və yalnız öz əməlləri onları axıra qədər müşayiət edirdi. Və onların axırı acınacaqlı oldu!

Əzab çəkənlərin naleləri:

Cəhənnəm əhli dəfələrlə Allahdan bağşılanma, möhlət və ölüm istəyəcək.

Uca Allah deyib: Onlar deyecəklər: Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır (Onlara belə cavab veriləcəkdir): Bu ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı zaman inkar edir. Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır! (el-Mumin,11-12).

Uca Allah, həmçinin deyib: İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalimlər: Ey Rəbbimiz bizə bir az möhlət ver. Biz sənin dəvətini qebul edər və peyğembərlərə tabe olarıq! – deyerlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barəde and içməmişdiniz! (İbrahim,44). O, həmçinin deyib: Onlar orada fəryad edib deyəcəklər: Ey Rəbbimiz bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirik! (Onlara belə deyecəyik): əgər orada sizə öyüd-nəsihət qəbul edecək kimsənin öyüd-nəsihət qəbul edecəyi qədər ömür vermədikmi! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm ezabını) ! Zalimlərin imdadına çatan olmaz! (Fatir,37).

Uca Allah yalvarış nalelərinə bir neçə dəfə cavab verəcək, amma onlar yenə də imdad diləyəcəklər. Amma bu əzabların arasında günahkarları heç təsəvvürlərinə belə gətirə bilmədiyi ən böyük iflas gözləyir.

Uca Allah deyib: Onlar deyərlər: Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz bizi oradan (cəhənnəm odundan) çıxart! Əgər bir də (pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalim olarıq (el-Muminun,106-108). Onlara Allahla danışmaq qadağan ediləcək və bu, əzabların ən böyüyü olacaq.

Cəhənnəm əzabının növləri:

Uca Allah deyib: Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasında, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar (el-Muminun,104). Peyğember (s.e.v.) deyib: İkiüzlünün qiyamət günü iki yanar başı olacaq (et-Teberani). Ebu Davuddan gələn revayətdə isə iki yanar dil deyilir. Allahın Cehenneme sürüdükleri adamların boyu 60 dirsek olacaq ki, cezaları daha ezablı olsun. Uca Alah deyib: Onların dəriləri yanıb bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edecəyik! (enNisa,56).

O, həmçinin deyib: (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis töküləcək) və siz bir-birinizə kömək edə bilməyəcəksiniz (er-Rehman,35). Alov onların ürəklərini yandıracaq, başlarına isə ərinmiş mis töküləcək

Uca Allah deyib: Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm! (el-Muddessir,17). Bu məşəqqət necə də ezablıdır! Mələklər günahkarı barmaqları ilə vuracaq, onu Cəhənnəmin yüksəkliklərinə qaldırıb dibinə atacaqlar və onların bədənlərində ətdən əlamət qalmayacaq Bu cəza əbədi davam edəcək.

Es-Sehih də Usamənin rəvayet etdiyi hədisdə göstərilir: bir adamı gətirib Oda atacaqlar. Onun tabutu od tutub yanacaq. Orada o, eşşək dəyirmanın ətrafına fırlanan kimi hərlənəcək. Cəhənnəm əhli onun ətrafına toplaşıb soruşacaq: Ey filankəs, sənə nə olub Məgər bizi günahlardan çəkinməyə və xeyirxah olmağa çağıran sən deyildin. O deyəcək: Bəli. Mən xeyirxahlığa çağırırdım, amma özüm buna əməl etmirdim; günahlardan çəkindirirdim, amma özüm pis işlər görürdüm.

Bəs Cəhənnəmdə ən yüngül cəza nə olacaq Allahın Resulu (s.e.v.) deyib: Qiyamet günü insanlar üçün ən yüngül cəza pəncənin orta hissəsində olan iki yanar köz olacaq ki, onların istisindən adamın beyni qazan kimi qaynayacaq.

En ağır cəza isə, insanların Allahı göre bilməməsi olacaq.

Uca Allah bu barede deyib: Xeyir, o gün Rəbbindən məhrüm olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar (el-Muteffifin,15-16). Kafirlər Allahın gözəl camalını görə bilməyəcəklər və O Ona həmd olsun! onlara baxmayacaq belə ki, Qüdrətli Allahın bircə baxışı belə böyük mərhəmətdir, amma Onun qədirbilməz bəndələri bundan məhrum olacaqlar. Əgər Allah Cəhənnəmdə əzab çəkənlərə baxmış olsaydı, onlar bağışlanılardı, amma O, vəd edib ki, bunu etməyəcək.

Ey Allahın qulu! Öz taleyin barədə artıq bu gün fikirləş. Həqiqətən, Allaha inanan hər kəs Ona üz tutmalı və xeyirxah işlər görməlidir. İmanı hələ zəif olanlar isə, Allahın bütün bəşəriyyətə göndərdiyi müqəddəs Quranı öyrənməlidir. Bu, hər bir insanın həyatı üçün vacibdir və insan öz vaxtını itirməməlidir. Buna görə İbn Xəyan deyib: Oddan qurtulub Cənnət arzulayanın yatması məni heyrətə gətirir.

Allah bizim əməllərimizi islah etsin və bizi Cənnətə düşənlərden etsin! Amin!!!
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.