İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

Haram yeməklər


1. İmam Baqir (ə) buyurur:

«Heç bir ibadət, qarını haram yeməkdən qorumaq və iffətli olmaq kimi fəzilətli deyil».

2. İmam Səccad (ə) buyurur:

«Qarnının sənin boynunda olan haqqı budur ki, onu haram yeməklərə qab etməyəsən».

3. O həzrət başqa bir hədisdə buyurur:

«Allaha iman gətirdikdən sonra, heç bir ibadət Allah dərgahında qarını haramdan qorumaq və iffətli olmaq qədər xoşa gələn deyil».

4. İslam Peyğəmbəri buyurur: «Özümdən sonra ümmətim haqqında üç şeydən qorxuram:

«Allaha iman gətirdikdən sonra dindən çıxmaq, çaxnaşmalarda yolunu azmaq və qarnın və cinsi istəklərin qeyri-qanuni (haram) yolla doydurulması.»

5. O həzrət başqa bir hədisdə buyurur:

«Haram mal qazanan şəxsin həcci və ümrəsi (Allah dərgahında) qəbul deyil. Eləcə də yaxın qohum-əqrəba ilə əlaqəsi olsa belə onun bu işinə heç bir savab yazılmaz». (Çünki islam dinində yaxın qohum-əqrəba ilə əlaqə saxlamaq savab bir işdir).

6. Rəvayət olunub ki, Musa peyğəmbər ağlayaraq Allaha dua edib yalvaran bir şəxsi gördü. Allah tərəfindən Musaya xəbər gəldi ki, o nə qədər dua etsə də, onun duası qəbul olmayacaq.»

«Çünki onun qarnında, belində və evində haram vardır».

7 Bir şəxs Peyğəmbərin hüzuruna gəlib ərz etdi: «İstəyirəm etdiyim dualar qəbul olsun».

Peyğəmbər buyurdu:

«Yeməyini təmizlə və qarnını haram yeməkdən qoru!»

Sonra buyurdu:

«Duasının qəbul olmasını istəyən şəxs yeməyini və qazancını haramdan təmizləməlidir.»

Həmçinin rəvayət olub ki, bir tikə haram yeməkdən çəkinmək, Allah dərgahında vacib olmayan (müstəhəb) iki min rəkət namazdan yaxşıdır. Və bir dinək (dirhəmin altıda biri) pulu sahibinə qaytarmaq 70 qəbul olmuş həccdən fəzilətlidir.

Oxşar xəbərlər
Ətir vurmağın savab və faydaları
Ətir necə də gözəldir... Dinimizdə ətirdən istifadə etmək bəyənilən işdir. Amma bu iş kişi və qadında fərq edir. İslam dini qadının naməhrəm içinə ətirlənib çıxmasına icazə vermir. Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Xoş ətir qəlbi (ya

Siğə(Mütə) Quranda
Cox gozel cavab Siqe Haqqinda Imam Baqir (e) behs. Əbdullah ibn Muəmmər lisi İmam Baqirin (ə)hüzuruna gəlib didi : Mən eşitmişəm ki,siz siğənin (müvəqqəti nikahın)icazəli olduğunu buyurmusuz.İmam Baqir (ə)buyurdu:Uca Tanrı müqəddəs kitabında

Əhli-Beytə (ə) məhəbbət haqqında hədislər
1. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14) 2. İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir

Dua etməkdə israrlı olaq
İmam Sadiq (ə) buyurur: "İnsan duadan başqa heç bir şeylə Allaha yaxınlaşmaz. Hər bir kiçik məsələyə görə onu cüzi hesab edib, dua etməyi boş buraxmayın. Çünki kiçik hacətlər də o Kəsin əlindədir ki, böyük hacətlər Onun əlindədir”. Həzrət

Saleh əməllər haqqında hədislər
♥Bismillahir Rəhmanir Rəhim...♥ Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə... 133. Rəsuli-Əkrəm (s.a.a.)



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 10
    Qonaqlar: 10

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---