İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Salavat - Mələvan


SALAVATİ - MƏLƏVANIN HƏDİSİ

Bir şəxs Sultan Mahmud Səbuktəkinin yanına gəlib dedi: - Bir neçə müddət idi ki, istəyirdim Allahın Rəsulunu yuxuda görüm və öz qəm-kədərimi ona danışım. Bir gecə bu səadət mənə qismət oldu və Həzrətin mübarək kamil camalını yuxuda gördüm. Ona dedim: - Ya Rəsulallah, min dirhəm borcum var və onu qaytarmağa qadir deyiləm. Qorxuram ki, əcəl yetişər və borc boynumda qalar.

Həzrət (s) dedi: - Get Mahmud Səbuktəkinin yanına və o məbləği ondan istə.
Dedim: - Bəlkə o, mənə inanmadı və bir sübut istədi?

Buyurdu: - Ona de ki, gecənin əvvəlində və axırında mənə 30.000 salavat göndərir.

Sultan Mahmud bu yuxunu eşidən kimi ağlamağa başladı və bunu təsdiqləyərək onun borcunu ödədi. Əlavə olaraq 1000 dirhəm də ona hədiyyə verdi.

Sultanın ətrafındakılar təəccüb edərək dedilər: - Ey Sultan, bu kişinin sözlərini necə təsdiqləyirsən? Axı biz gecənin əvvəlində və axırında səninlə birlikdə olmuşuq. Sənin salavat göndərməklə məşğul olduğunu görməmişik. Əgər bir şəxs gecə-gündüz salavat göndərməklə məşğul olsa, 60.000 salavat göndərə bilməz.

Sultan Mahmud dedi: - Mən alimlərdən eşitmişəm ki, hər kim 1 dəfə salavat göndərsə, 10.000 salavat göndərmiş olur və mən də gecənin əvvəlində 3 dəfə, axırında da 3 dəfə bu salavatı göndərirəm. Həzrət (s) - in xəbərini gətirən bu şəxs düz deyir. Mənim ağlamağın bu sevincdəndir.

Bu salavatda elə bir mənəvi güc var ki, bir dəfə oxuduğum zaman Peyğəmbər (s) - ə 30.000 dəfə salavat gətirmiş kimi savab alırsan. Hər kim Peyğəmbər (s) - in ilahi nurundan faydalanmaq istəyirsə, hər gün bu salavatı səhər axşam 7 dəfə oxunmalıdır.

Salavat - Mələvan


Əlla hummə səlli əla Səyyidina Nəbiyyina Muhəm'mə'din və əla alihi kullə məxtələfəl mələvan və-təa-qə'bəl əsran və kərrə' rəl cədidən vəstəqbələl fər-qədan və bəlliğ ruhəhu və ərvahə əhli-bəytihi minət-təhiyyətə vəs-səlamu. Vərhəm və barik və səlim ələyhi kəsirən kəsirən ila yovmil həşri vəl qərar.

Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005

Oxşar xəbərlər
Qəbiristan duası
Həzrət Əli (ə.s) - dan nəql olunub ki, hər kəs qəbiristana daxil olarkən ölülərə bu duanı oxusa, həmin şəxsin ata-anasına və özünə bütün günahları bağışlanır və nameyi əməlinə ibadət və savablar yazılır. Dua budur: Əlla hümmə səlli əla

Kafirun surəsi
Bismillahir - rəhmanir - rəhim Qül ya əyyü həl kafirunə. La əbü du ma təbü dunə. vəla əntüm abidunə ma əbü du. vəla ənə abidün ma əbədtüm. vəla əntüm abidunə ma əbüdü. Ləküm dinü-küm vəliyə dini. سورة الكافرون (109) ص 603 بِسْمِ اللهِ الرَّحْمنِ

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey

Namazı gündə 3 dəfə qılmaq olarmı ?
Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”. İmam Malik

Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---