İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qarğış nədir?


Qarğış qara bulu və tüstü kimi ağızdan çıxıb şar tək yuvarlanaraq, qarğış edənin başı üstə fırlanır. Bir qədərdən sonra iki yerə bölünür. Yarısı qarğış edənin öz başına tökülür, yarısı da havada fırlanır. Beləliklə, qarğış havada o qədər fırlanır, bölünür, qarğış edənin öz başına tökükür ki, havada zərrə qədər qalır. Əgər qarğış olunan şəxsin bu sahədə təqsiri varsa, yalnız o zərrə tökülür onun başına, əgər təqsiri yoxdursa, onda o zərrə də qarğış edənin öz başına tökülür. Çünki qarğışın ilk təsiri onun ilk eşidənə və yaxında olana keçir. Qarğış edən şəxsin nifrin nəfəsi ağzından çıxır, ətrafını dövr edib, öz nəfsinə girir, öz bədəninə hopur. Necə ki, atalar deyiblər:
"Ağzından çıxır, qoynuna tökülür".
Qarğış bədən üzvləri və ruha tə'sir edib, xətər yetirir. Alqış isə şəfa verici tə'sir göstərir. Alqışın da, qarğışında müəyyən tə'siredici qüvvəsi var. İnsan qəzəblənəndə nifrin qarğış yağdırır, fəqət düşünmür ki, qarğışın qüvvəsi gercək gücə malikdir. Elektrik cərəyan (tok) qüvvəsi yandırıcı, amansız qüvvə olduğu kimi, qarğış, yalan, böhtan, qiybət də tə'cili cəza verən amansız qüvvədir. Od parçanı sür'ətlə yandırdığı kimi, bu qüvvələr də insana tə'cili cəza verib yandırır. Məhz buna görə insan danışıq və davranışından o qədər ciddi və diqqətli olmalıdır ki, bu odlardan özünü və balasını qoruya bilsin. Qara bulud havada yayılıb gəzdiyi kimi, qarğış da insan orqanizminin bütün üzvlərini yayılıb, zədələyə-zədələyə gəzir, cürbəcür ağrı-acı iztirablar törədir. Bu acı iztirablar qarğış edənin özünüdə, balasınıda göz yaşı axıdaraq, çətinlik və xəstəliklərə mə'ruz qoyur. Bə'zi insanlar yalan, qarğış, böhtan, qiybətin yandırıcı hikmətindən xəbərsiz olduqları üçün, bu odların hamısını dilinə gətirib danışır, özünü balasını yandırır. İnsanlar bu odların bir-birinə bağlı olduqlarından xəbərsizdirlər. Yalan, böhtan, qarğış, qiybət bir-birilə əlaqədar olduqları üçün bunların hansı birini dilinə gətirsən, hamısını gətirməli olursan. Torpaqda bitkilər, insan orqanizimində uşaq yetişdiyi kimi, bu odlar da insan həyatında hadisələr törədib bəla yetişdirir. Yer kürəsindən böyük yalan, asimandan böyük böhtan, bunlardan da böyük qiybət və qarğış kimi, bu odlu günahları kim üzərinə götürüb ölərsə, o şəxs cəhənnəm əhli olar. Lakin mehriban Allah bəndəsinə rəhm edib, cəhənnəm əzabını bu dünya əzabı ilə dəyişər, ona bu dünyada cəza verir. Bu dünyada çəkdiyi cəzaya görə cəhənnəm odundan xilas olur.

Ey insalar, bu odlu günahlardan uzaq olun, başqalarına da yalan, böhtan, qiybət, qarğış etdirməyə səbəb olmayın. Çünki bu günahları edənə də, etdirənə də günah payı düşür, hər ikisi də cavab verəcəkdir. Hər bir ana balasının dinc və təhlükəsiz yaşaması üçün bu odlardan kənar olmalı, din qanunlarını öyrənməli və riayət etməli, Allaha ibadət edib, xeyir-dua diləməlidir. Atalar haqlı deyiblər ki, "Edər analar, çəkər balalar". Allahın sizdən razı qalması üçün heç vaxt bir-birinizlə küsülü və qəzəbli olmayın. İnsanlar bir-birilə küsülü və qəzəbli olandan şeytan ləin sevinir və qüvvələnir, xoş rəftar və dost olanda şeytan ləin mə'yus olub, beli bükülür. Məhz buna görə bir-birinizlə mehriban olun, bildiyiniz yaxşı və xeyrli şeyləri bir-birinizə öyrədin, yaxşılıqlara doğru yol göstərin, elmi gizlədib özünüzlə torpağa aparmayın. Elmi gənclərə öyrədin ki, elm dünyada qalsın, gələcək nəsillər istifadə edib xeyir götürsünlər. Yaxşılıq edin ki, yaxşılığa rast gələsiniz. Həzrət peyğəmbər (s.ə) belə buyurmuşdur ki, "Yaxşılıq etmək, yaxşılığa yol göstərmək əkiz qardaşıdır". Həzrət Peyğəmbərin bu hədisinə əsasən bəzən insanlara doğru yol göstərib yaxşılıq məqsədilə, yalan, böhtan, qarğış, cadu, qiybət etməyin balanızdan, canınızdan çəkərsiniz deyəndə, bə'zi insanlar belə hesab edirlər ki, onlara qarğış edilir. Belə şəxslərdən sual olunur ki, Həzrət Peyğəmbər (s.ə) ümmətlərə günah etməyin, cəhənnəm əzabı sizi gözləyir deyəndə qarğış edirdi?
Allah tanıyıb inanan kamil insan Allahın xatirinə, Allahın məxluquna pislik diləməz, çünki düşüncəli şəxslər bilir ki, bəndə Allaha necə əzizdir. Kim Allahın bəndəsinə pislik diləyərsə, Allaha diləmiş olur. Ananın gözünün qabağında balasına qəsd edilib, zülm edəndə ana necə iztirab keçirib, sızıldayırsa, Allah-təala da bəndəsinə o cür sızıldayır.
İnsanlar bir-birini qarğış, böhtan, cadu və sairə vasitələrlə incidib qəsd edəndə, əvvəlcə düşünsünlər ki, kimin yaratdığını incidirlər.
Kimdir insana surət verib yaradan, kimdir öz ruhundan üfləyib insana can verən, kimdir yaratdığı bəndəsinin qayğısını çəkən, kimdir bəndələri üçün göydən danə-danə su səpələyən, rəngbərəng, cürbəcür dadlı bitki və meyvələr yetişdirib ruzu verən.

Oxşar xəbərlər
Qarğışın cəzası
Allah-təalanın xoşlamadığı, bəyənmədiyi əməllərdən biri də qarğışdır. Qarğış Allaha gör nə dərəcədə xoş gəlmir ki, hətta öz Mürsəl peyğəmbərini qarğışa görə cəzalandırıb. İbn Qüteybə yazır ki, Yunus (ə) Mosul vilayətinin Ninavə şəhərində yaşamış,

ATEİZM, DEİZM VƏ TEİZM. 9-cu mövzu
SUAL: Allah niyə bəlalara yol verir? Siz müsəlmanlar iddia edirsiz ki, Allah mərhəmətlidir, rəhimdir, mehribandır. Əgər Allah mehribandırsa o zaman niyə xəstəlikləri, bəlaları, zəlzələləri yaradıb? Bu qədər bəlanın yaranış səbəbini necə izah

Yalan
Yalan sahibini zəlil edən, üzünün suyunu tökən, etibarını itirən, xəcalət verən, dünya və axirətdə üzü qaraldan xəbis sifətdir. Bu sifətin xəbis olduğu haqda çolu sayda ayə nazil olmuş və rəvayətlər nəql olunmuşdur. Rəsulullahdan (s) nəql

Dua etməkdə israrlı olaq
İmam Sadiq (ə) buyurur: "İnsan duadan başqa heç bir şeylə Allaha yaxınlaşmaz. Hər bir kiçik məsələyə görə onu cüzi hesab edib, dua etməyi boş buraxmayın. Çünki kiçik hacətlər də o Kəsin əlindədir ki, böyük hacətlər Onun əlindədir”. Həzrət

Ruhun paltarı candır
Ruhun paltarı-bədəndir. İnsanın etdiyi günahlar və şər qüvvələr bədənə hopur, həkk olunur, ruhun bədən paltarını çirkləndirir. Bu zaman çirkli bədənin içərisindəki "pak ruh" bərqəran olmur, əziyyət çəkib, iztirablar keçirir. Günahlar və şər qüvvələr



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 3

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---