İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

İMAM CƏFƏR SADİQDƏN (ə) HƏYAT DƏRSİ

İmam Sadiq (ə) buyurub:

***
“Cənnəti axtardım, onu səxavətdə tapdım.
***
Rahatlıq (sağlamlıq) axtardım, onu tənhalığa çəkilməkdə tapdım. (Burada mənasız ünsiyyətlərdən və əyləncə məclislərindən uzaq gəzmək tövsiyə edilir. Çünki bu məclislərdə günah, qeybət ehtimalı çox olur).
***
(Qiyamət günündə) əməl tərəzimin ağır gəlməsi üçün yol axtardım, onu Allahın vahidliyinə və Mühəmmədin (s) Onun elçisi olmasına şəhadət gətirməkdə tapdım.
***
Cənnətə tez girməyin yolunu axtardım, onu (xalis niyyətlə) Allah yolunda savab iş görməkdə tapdım.
***
Ölümü sevməyin (yəni ölümü razılıqla qarşılamağın) yolunu axtardım, onu, Allah yolunda mal-dövləti özümdən qabaq göndərməkdə tapdım. (Həyatda ikən öz sərvətini fəqirlərə paylamaq və bu yolla özünə axirət azuqəsi toplamaq nəzərdə tutulur).
***
İbadətin şirinliyini axtardım, onu günahdan uzaqlaşmaqda tapdım. (Günah insanın qəlbində ləkə yaradar, onu ibadətdən soyudar, ürəyində haram ləzzətlərə meyil yaratmaqla onu ibadətin ləzzətindən məhrum edər).
***
Qəlb yumşaqlığına nail olmağın yolunu axtardım, onu aclıqda və susuzluqda tapdım. (Ac və susuz adam məhrumların, ehtiyaclıların halını daha yaxşı anlayar, qəlbi yumşalar, riqqətə gələr və ehsan etməyə can atar).
***
Qəlbi nurlandırmağın yolunu axtardım, onu təfəkkürdə və ağlamaqda tapdım. (Burada məsumların çox təkid etdikləri təfəkkür, yəni Allahın sifətləri və qüdrəti barədə düşünmək, yaxud öz əməllərin barədə düşünüb özünə hesabat vermək nəzərdə tutulur. Ağlamaq isə günahlardan narahat olmaq və tövbə etmək mənasını verir).
***
Sırat körpüsünün üzərindən keçmək üçün vəsiqə (zəmanət) axtardım, onu sədəqə verməkdə tapdım.
***
Üzün nurlanmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.
***
Cihadın fəzilətini qazanmağın yolunu axtardım, onu ailəni saxlamaq üçün işləyib-çalışmaqda tapdım. (Cihadın ümumi mənası çalışmaq, zəhmət çəkməkdir. Nəfs üzərində qələbə də, halal ruzi naminə tər töküb işləmək də, döyüş meydanında düşmənlərlə savaşmaq da cihadın müxtəlif mərtəbələrindəndir).
***
İzzət və cəlal sahibi olan Allahı sevməyin yolunu axtardım, onu günah əhlinə kin bəsləməkdə tapdım. (Fürui-dinin də iki maddəsi Allahın dostlarını sevmək, Allahın düşmənləri ilə düşmənçilik etməkdir. Qəlbini günahdan və günah əhlinin sevgisindən təmizləyən şəxsin qəlbinə Allah özünün və öz dostlarının məhəbbətini daxil edər).
***
Hakimiyyətin (insanların qəlbinə hökm etməyin) yolunu axtardım, onu Allahın bəndələrinə nəsihət etməkdə tapdım. (Başqalarına faydalı məsləhətlər verən adam xeyirxah kimi tanınar və sevilər).
***
Qəlb aramlığı axtardım, onu sərvəti azaltmaqda tapdım. (Sərvəti çox olan adam həm onu artırmağın, həm də qorumağın qayğısını çəkər).
***
Ən keçərli işin nə olduğunu axtardım, onu səbirdə tapdım. (Bütün ağır çətinliklər səbir etmək yolu ilə insana asan gələr).
***
Şərəf axtardım, onu elmdə tapdım.
***
İbadət axtardım, onu vərədə (dünya nemətlərinə qarşı ehtiyatlı davranmaqda) tapdım.
***
Rahatlıq axtardım, onu zöhddə (dünya ləzzətlərindən uzaqlaşıb, axirət dəyərlərinə meyillənməkdə) tapdım.
***
Ucalıq axtardım, onu təvazökarlıqda tapdım. (Təvazökar insan ətrafdakıların sevgisini qazanar).
***
İzzət (dəyər) axtardım, onu doğruculluqda tapdım. (Çünki doğrucul insan başqalarının gözündə dəyərli və etibarlı olar, yalançı və xəyanətkar adam isə gözdən düşər).
***
Öz nəfsimi əskiltməyin yolunu axtardım, onu oruc tutmaqda yapdım. (Dünyanın halal nemətləri yanında ikən onlardan uzaq durmaq ali bir qüvvənin hökmünə tabe olmağın və bütün istəkləri həmin qüvvənin istəyinə qurban verməyin əlamətidir).
***
Ehtiyacsızlıq (varlılıq) axtardım, onu qənaətdə tapdım. (Burada qənaət deyərkən, həm aza qane olmaq, həm də israf etməmək nəzərdə tutula bilər).
***
Ünsiyyət axtardım, onu Quran oxumaqda tapdım. (Quran oxuyan şəxs ən gözəl ünsiyyətə nail olar, Allahla mənəvi rabitə qurar və mələklər onun qiraətinə qulaq asarlar).
***
İnsanlarla münasibət qurmağın yolunu axtardım, onu mülayimlikdə, gözəl davranışda tapdım.
***
Allahın razılığını qazanmağın yolunu axtardım, onu valideynlərə yaxşılıq etməkdə tapdım”.
***
(“Müstədrəkül-Vəsail”, XII cild, səh. 173-174, hədis 13810-19).

Oxşar xəbərlər
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
İnsan daima öz Pərvərdigarı ilə rabitədədir. Allah ilə rabitə yaratmaq elə də çətin bir iş deyildir. Allah Peyğəmbərinə (s) belə buyurur: “Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da

Cinin yanması
İmami-Qazali, imami Kuteybədən o da Bəni-Kə'əbdən bir şəxsdən hekayət edir. Xurma satmaq üçün Bəsrə şəhərinə bir məhəlləyə gəldim. Kirayə qalmaq üçün bir ev tapdım. İçərisində hörümçəklər yuva qurmuşdu. Bu evi sahibindən kirayə qalmaq üçün istədim.

Həzrət Əli (ə.s) hədislər.
Həzrət Əli (ə.s) hədislər. Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.” * * * Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.” * * * Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda

Günahın insana 12 ağır təsiri
"Mənayi-əxbar” kitabında İmam Səccad (e) bizlərə bəzi günahları və onların xeyir əməllərinə qoyduğu təsirləri tanıtdırmışdır. (Təbyan) 1. Bəzi günahlar insanın peşman olmasına səbəb olar. İmam Səccad (ə) insanı peşman edən günahları sayaraq

Qəbrin 4 hədiyyəsi
Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”. Həzrət (s) buyurur: “Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 3

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---