İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ətir  
Ətir

Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.» (əl-Kafi, c.6, səh.510, hədis 3)

3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.» (Muhəctul-Beyza, c.8, hədis 105)

3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.» (Sunəni-Nəsai, c.8, hədis 189)

3853. İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.» (Nəhcül-Bəlağə, hikmət 400)

3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindəndir.» (əl-Kafi, c.6, səh.510, hədis2)

3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.» (əl-Kafi, c.6, səh.512, hədis18)

3856. İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.» (əl-Kafi, c.6, səh.510hədis7)

3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.» (əl-Kafi, c.6, səh.510, hədis4)

3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.» (əl-Kafi, c.6, səh.510, hədis1)

1182. Qadınların ətri.

3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.» (əl-Kafi, c.6, səh.512, hədis17)

3860. Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.» (Sunəni-Nəsai, c.8, səh.153)

Oxşar xəbərlər
Zina haqqında
Zinanın qadağan olması Quran: «inaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!.» (İsra, ayə 32) Hədis: Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona

Qurani-Kərim oxumaq haqqında 20 hədis
1 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.” 2 - İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran

Tənbəllik və işləməmək haqqında.
Rəsuli-Əkrəm (s.ə.ə.v.) buyurur: İbadət yetmiş qisimdir ən üstünü halal qazancdır. İmam Sadiq (ə.s) buyurur: İşin düşməni tənbəllikdir. Kafi, c 5, səh 85, hədis 1. İmam Sadiq (ə.s) övladlarından birinə buyurur : Tənbəllikdən və hövsələsizlikdən

Ətir vurmağın savab və faydaları
Ətir necə də gözəldir... Dinimizdə ətirdən istifadə etmək bəyənilən işdir. Amma bu iş kişi və qadında fərq edir. İslam dini qadının naməhrəm içinə ətirlənib çıxmasına icazə vermir. Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Xoş ətir qəlbi (ya

Cümə gününüz mübarək
Cümə günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. Bu günün əhəmiyyətli olmasını Peyğəmbər Əkrəm (s)-ın hədisində daha aydın hiss etmək olar. Peyğəmbər (s) buyururlar: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfli günlərdəndir".



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 5

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---