İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Hz. İmam Mehdi (ə.s.)


Aşağıdakı hədislər İmam Mehdinin (ə.s.) qeybət dövründə seçilmiş tərəfdarlarına göndərdiyi tövqilərdən (məktublardan) götürülüb.

"Hər kimin Allahdan istəyi olsa, cümə gecəsinin yarısı keçəndən sonra qüsl alsın, sonra namazgaha keçsin (yəni namaz qılsın)” (Müstədrəkül-Vəsail, II, 517).

"Əgər sizlərin bir-biriniz üçün istiğfarınız (günahların bağışlanması üçün duanız) olmasaydı, yalnız sözü ilə əməli bir olan seçilmiş tərəfdarlarımızdan savayı yer üzündəki hər kəs həlak olardı” (Müstədrəkül-Vəsail, V, 247).

"Şükr səcdəsi sünnələr (müstəhəb əməllər) içində ən lazımlı və vaciblərindəndir”(Biharül-ənvar, 53-cü cild, səh. 161).

"Namaz qədər heç bir əməl şeytanı xar etməz” (yux. mənbə, səh. 182).

"Fərz (vacib) namazın nafilə (müstəhəb) namazdan üstünlüyü nə qədərdirsə, fərz namazdan sonra oxunan dua və təqibatın savabı da nafilə namazından sonra oxunan dua və təqibatın savabından o qədər artıqdır” (yux. mənbə, səh. 161).

"Qeybətim zamanı məndən (yəni mənim elmimdən) istifadə etməyin qaydası buludlar arxasında gözlərdən gizlənmiş Günəşdən istifadə etmək kimidir” (yux. mənbə, səh. 181).

"Zühurun vaxtı Allahın öhdəsindədir (Allaha məlumdur), vaxt təyin edənlər yalan söyləyirlər” (yux. mənbə, səh. 181).

"Zühurun tezləşməsi üçün duaları çoxaldın; çünki sizin xilasınız da bundadır” (yux. mənbə, səh. 181).

"Bizə (Əhli-beytə) doğru yönəlməyinizi açıq-aşkar izah olunmuş sünnəyə sevgi üzərində qurun. Mən sizə nəsihət etdim. Allah mənə də, sizə də şahiddir” (yux. mənbə, səh. 179). (Burada sünnə - Peyğəmbərin və Əhli-beytn səhih göstərişləri əsasında bəyan edilmiş dini qaydalar mənasındadır).

"Qarşıya çıxan hadisələr zamanı bizim hədislərimizi rəvayət edənlərə üz tutun. Onlar mənim sizə hüccətimdir (sübutum, dəlilimdir), mən isə Allahın onlara hüccətiyəm” (yux. mənbə, səh. 181).

"Heç kimin haqqı yoxdur ki, başqasının icazəsi olmadan onun əmlakına dəxalət etsin” (yux. mənbə, səh. 183).

"Sünnət olunmamış adamın sidiyindən yer üzü qırx gün şikayət edər” (bu hədis sünnətin əhəmiyyətini göstərmək üçündür) (Vəsailüş-şiə, XXI, 442)

Oxşar xəbərlər
Ətir vurmağın savab və faydaları
Ətir necə də gözəldir... Dinimizdə ətirdən istifadə etmək bəyənilən işdir. Amma bu iş kişi və qadında fərq edir. İslam dini qadının naməhrəm içinə ətirlənib çıxmasına icazə vermir. Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Xoş ətir qəlbi (ya

Şiələr həqiqi rafizidir
Vahabilər biz şiələrə"rafizi" deyir.özləridə bilmədən bizi tərif edirlər))) oxuyun, paylaşın və yadda saxlayın. RAFİZİLƏR KİMDİR? İmam Cə’fər Sadiq ´-a dedilər: Bu gün Əmmar Dəhni, Kufənin qazisi ibni Əbi Leylanın yanında şəhadət verdi və qazi ona

Namazda müstəhəb əməllər
* Rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt deyilən zikr * Səmiəllahu limən həmidəh *İki səcdə arasında oxunan zikr* Əstəğfirullahə rabbi və ətubu iləyh *Səcdələri bitirdikdən sonra qalxan halda oxunan zikr*

Əhli-Beytə (ə) məhəbbət haqqında hədislər
1. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14) 2. İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir

Saleh əməllər haqqında hədislər
♥Bismillahir Rəhmanir Rəhim...♥ Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə... 133. Rəsuli-Əkrəm (s.a.a.)



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---