Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Həzrəti ƏLİnin (s.ə) hədisləri.

Həzrəti ƏLİnin (s.ə) hədisləri.
+1
Mətndə qrammatik səhv var?
Həzrəti ƏLİnin (s.ə) hədisləri.


Həzrəti ƏLİnin (s.ə.s) hədisləri.

1. Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür.
2. Hər bir insan öz dilinin arxasında gizlənmişdir.
3. Dili şirin olan kimsənin qardaşları çox olar.
4. Yaxşılıqla azad adamları da qul etmək olar.
5. Danışanın üzünə yox, sözünə daha çox diqqət et.
6. Zülmlə qələbə əldə etmək olmaz.
7.Təkəbbürlü adam heç kəsi tərif etməz.
8. Əxlaqsız adamın şərəfi olmaz.
9. Tamahkar adam haramdan əl çəkməz.
10. Məsləhət etməyən kimsə mətləbinə nail olmaz.
11. Yalançının rəhm və mürvəti olmaz.
12. İslamdan yüksək şərəf yoxdur.
13. Tövbədən artıq şəfaedici yoxdur.
14. Salamatlıq ən gözəl geyimdir.
15. Nadanlıqldan betər dərd yoxdur.
16. Ağlın azlığından betər xəstəlik yoxdur.
17. Öz qədrini bilib həddini aşmayana ALLAH rəhmət eləsin.
18. Üzrü təkrar etmək, günahı təzələməkdir.
19. İnsanlar arasında bir kəsə nəsihət etmək, onun üçün danlaqdır.
20. Ağlı kamil olan kimsə az danışar.
21. Səbirsizliyin məşəqqəti səbr etməyin məşəqqətindən də artıqdır.
22. İnsan öz vədəsinə vəfa edəndə azad olur
23. Məkr və hiyləsi gizlin olan şəxs ən böyük düşməndir.
24. Lazım olmayan şeyi tələb edən şəxs lazım olan şeyi də əldə edə bilmir.
25. Qeybətə qulaq asan kimsə qeybət edənlərdən biridir.
26. Tamahkar adam yaramaz olar.
27. Çox zarafat edən şəxs nifrət qazanar və hörmətsiz olar.
28. Şəhvət qulu olan kəs satılan quldan da alçaq olar.
29. Günahkar adama şəfaət etməyə qabil olan şəxsin qələbə çalmağı kifayət edər.
30. Çox adam öz zərərinə olan şeyə can atır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.