Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Peyğəmbərdən Həzrət Əli haqqında hədis.

Peyğəmbərdən Həzrət Əli haqqında hədis.
0
Mətndə qrammatik səhv var?
Peyğəmbərdən Həzrət Əli haqqında hədis.

On birinci bölmə.
On bir tərkibli nəsihətlər.

Peyğəmbərdən (s) bir hədis: "Bilin! Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin), hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə bağışlanmış halda dünyadan gedər, hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə tövbəkar kimi dünyadan gedər, hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə kamil imanlı mömin kimi dünyadan gedər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə ölüm mələyi, Nəkir-Münkər ona cənnət müjdəsi verər, hər kəs Ali-Məhəmməd məhəbbəti ilə dünyadan getsə Allah onun qəbrinə behiştdən bir qapı açar, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə dünyadan getsə qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə sünnədən və (yəni, İslam ümmətindən) ayrılmamış halda dünyadan getmiş hesab olunar, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə Qiyamət günü alnına belə yazılar: "Allahın rəhmətindən naümiddir”, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə kafir olaraq dünyadan gedib, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz.

Əmirəl-mömininin (ə) on üç fəziləti
Cabir ibn Əbdüllah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Əlidə (ə) bir sıra fəzilətlər var ki, əgər onların biri sair insanlarda olsa onlara bəs edər. Bunlar aşağıdakılardır:
1. Hər kəsin rəhbəri mənəmsə Əli də onun rəhbəridir.
2. Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir.
3. Əli məndəndir, Mən də Əlidən.
4. Şəxsən mənim öz yerimdədir–ona itaət mənə itaətdir, ona itaətsizlik mənə itaətsizlikdir.
5. Əli ilə müharibə Allahla müharibə, onunla sülh Allahla sülh deməkdir.
6. Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir.
7. Əli Allahın hüccəti və bəndələri arasında Onun canişinidir.
8. Əli ilə dostluq iman, düşmənçilik isə küfr əlamətidir.
9. Əlinin dəstəsi Allahın dəstəsi, düşmənlərinin dəstəsi isə Şeytanın dəstəsidir.
10. Əli haqq ilədir, haqq da Əli ilə. Kövsər hovuzuna qədər bir-birindən ayrılmazlar.
11. Əli Cənnət və Cəhənnəmi ayırandır.
12. Əlidən ayrılan məndən ayrılıb, məndən ayrılan isə Allahdan ayrılıb.
13. Qiyamət gününün nicat tapanları Əlinin şiələridir.

Kitab: Nəsihətlər(ON DÖRD MƏSUM (Ə) BUYURDUQLARI VƏ MİN BİR HİKMƏTLİ SÖZ)
Müəllif: AYƏTULLAH MEŞKİNİ.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.