İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Həzrət Əli(ə.s) haqqında qeyri-müsəlmanların nəzəri

Bismillahir Rahmanir Rahim
(İslami saytlara istinadən)

Həzrət Əli (ə) barədə xristian mütəfəkkiri Corc Cordaq demişdir: "Bu böyük insanı tanısan da, tanımasan da tarix şəhadət verir ki, o, fəzilətlər dənizi, insanlıq nidası və cavidan bir şəxsiyyət idi.
Ey dünya, nə olardı ki, bütün güclərini toplayardın və hər bir dövrdə Əli (ə) kimi ağla, qəlbə, dilə və qılınca sahib olan bir şəxsiyyəti insanlar üçün nümunə edərdin. Əlinin (ə) İslamı - başqa müsəlmanların İslamı kimi deyildi. Onun İslamı qaynayan bulaq kimi qəlbindən axırdı. Əgər müsəlmanlar əvvəllər Qureyşin bütlərinə pərəstiş edirdilərsə, Əli (ə) Muhəmmədin (s) Allahına pərəstiş edirdi. Bəli, bu İslamın istədiyi şəxsiyyət idi ki, onu Peyğəmbər (s) böyütmüşdü. O, ədalət istəyənlərin rəhbəri idi.

Bəşər tarixi boyunca Adəmlə Həvva övladlarından Əli (ə) ilə Sokrat kimi heç kim haqq yolunda bu cür addımlamamışdır. Onlar yeni bir cəmiyyət qurmaq istəyirdilər. Köhnə qanunları aradan qaldırıb, yeniləri ilə əvəz etmək istəyirdilər. Ancaq insanlar onlarla düşmən oldular. Lakin onlar da haqq yolunda dağ kimi mətanət göstərdilər. Bu iki insandan hər biri pak zata, güclü ağla malik idilər və xeyir və yaxşı işlərə bəslədikləri aydın fikirləri ilə fasid hökumətlərin zülmləri ilə mübarizə aparırdılar”. (Yaddan çıxartmaq lazım deyildır ki, bu sözləri deyən bir xristiandır. Ona görə onun Sokratla Həzrət Əlini (ə) müqayisə etməsinə tənqidlə yanaşmaq laızm deyildir).

Bəli, İslam tarixində Əlinin (ə) adı hər zülm görmüş insan üçün stimuldur. Hər bir məzlumun çıxartdığı fəryaddır. Bu Əli (ə) idi ki, müharibədə başqa bir insan olurdu. Fəsadla mübarizə aparanda qorxulu vulkan kimi olardı. Əgər məntiqli nəticə çıxartmaq lazım olardısa, bəşərin idrak və hisslərini nəzərə alardı. Öz məntiq və bürhanının əzəmətini göstərərdi. Əgər insanı təfəkkür etməyə dəvət edərdisə, insanın hisslərini və ağlını elə səfərbər edərdi ki, insan varlıq aləminə qovuşardı. İnsanlıq gücünü elə vəhdət halına gətirərdi ki, həqiqəti kəşf edərdi. Əgər nəsihət verərdisə, ata nəvazişini, insanlıq vəfasını hiss edərdin. O zaman ki, xilqətin gözəlliyindən və varlığın dəyərindən söhbət edərdi, onları ulduzların nurundan olan qələm ilə qəlbinə yazardı. Bəlağəti Quran bəlağəti idi. Onun indiyə qədər dedikləri Allah sözündən aşağı və xəlq olmuşların sözündən yuxarı olmuşdur. Deməli, Əli (ə) - Quran bəlağətindən sonra ən gözəl bəlağət nümunəsidir. Əlinin (ə) ədəbi bəlağəti həmişə bəşəriyyətin xidmətində olmuş və olacaqdır.

Həqiqətən çox yaxşı olardı ki, bu gün müharibə qızışdıranlar və millətlərin bədbəxtliyinə səbəb olanlar böyük şəxsiyyət olan Əli ibni Əbu Talibin (ə) kəlamlarına qulaq assınlar və onun qarşısında baş əysinlər.

Digər bir xristian mütəfəkkir Pol Selam Həzrət Əli (ə) haqqında demişdir: "Bəli, mən bir xristianam. Ancaq baxışlarım genişdir, dar deyildir. Mən bir xristianam ki, böyük bir şəxsiyyət haqqında danışıram. Müsəlmanlar onun haqqında deyirlər: "Allah ondan razıdır”. Xristianlar da bir yerə toplaşanda onun kəlamlarından söyləyirlər. Təlimlərindən nümunə götürürlər.

O, yetimlərin və yoxsulların vəziyyətindən çox qəmgin olurdu. Ey Əli! Sənin şəxsiyyətin ulduzlardan da ucadır. Bu nurun xasiyyətindəndir ki, pakdır, ucadır və heç bir çirk və ləkə götürmür. O kəs ki, şəxsiyyət baxımından sərvət sahibidir, heç bir zaman yoxsul ola bilməz. Onun nəcabəti və şərafəti başqalarının qəm-qüssəsi ilə ucalmışdır. Şəhid dindarlıq və iman yolunu gülərüzlə, məhəbbətlə qəbul edər.

Ey ədəbiyyat natiqi, sənin kəlamlarının üslubu okean kimidir. Orada ruhlar bir-birinə qovuşarlar.

Mixayil Noimi də xtistiandır və o, Həzrət Əli (ə) haqqında demişdir: "Əlbəttə, Əlinin (ə) qəhrəmanlığı döyüş meydanı ilə bitmir. O, aydın düşüncəsi, natiqlik qabiliyyəti, insanlıq kamalı, imanın gücü, fikirlərinin ucalığı, məzlumları himayəsi ilə də qəhrəman idi.

Tarixçi nə qədər təcrübəli olsa da, Əlini (ə) olduğu kimi təsəvvür edib, bizə çatdıra bilməz. Bu tarixçi ancaq olan döyüşləri və müharibə meydanlarını bizə təsvir edə bilər. Bəs Əlinin (ə) fikirlərini, onun Allahla etdiyi söhbətləri və duaları – bunları heç kim təsvir etmir”.

Qabriyel Dangir adlı digər bir xristian İmam Əlinin (ə) şəxsiyyəti haqda demişdir: "Əlinin (ə) şəxsiyyətində iki üstün xüsusiyyət vardır. Onu heç bir qəhrəmanda tapmaq olmaz. Əli (ə) eyni vaxtda həm qəhrəman, həm də İmam idi.
O, məğlubedilməz bir döyüşçü idi. Əlinin (ə) ikinci xüsusiyyəti o idi ki, bütün İslam məktəbləri ona hörmət və ehtiram edirlər. Bütün məzhəb və firqələr onu özlərinə rəhbər hesab edirlər. Əli (ə) gözəl natiq, güclü yazıçı və təcrübəli hakim idi. Onun təsis etdiyi məktəblərin məntiqi güclü və meylləri inkişafa doğrudur. Əlinin (ə) bəlağəti o qədər ucadır ki, sanki sözləri almaz kimi yonur”.


Tomas Karlayl İmam Əli (ə) haqqında demişdir: "İslam Peyğəmbəri (s) uzun illər öz risalətini aləmə elan etmişdir. Qureyş qəbiləsi, hətta qohumları belə onunla müxalifətlik edirlər. Bir gün nəhayət deyir: "Kimsə haqq sözü uğrunda qiyam edərmi?”. Onun dəvətini qəbul edən tək insan - 16 yaşında olan Əli (ə) idi. Bütün Məkkə əhalisi və Qureyş qəbiləsi bu dəvəti qəbul etmir, ancaq onlar bilmirdilər ki, bu inkarları yersizdir.
Əlini (ə) mədh etməyə bilmərəm. O, şərafətli bir insan, lütf və rəhmət mənbəyi, ədalətli bir şəxsiyyət idi. O, deyirdi ki, əgər mənə vurulan zərbəyə görə qisas almaq istəsəniz, ona ancaq bir zərbə vurun. Amma onu bağışlasanız, əməli-salehliyə və xeyrixahlığa daha yaxın olarsınız”.


Rudolf Canger (alman) Həzrət Əli (ə) haqqında deyir: "İslamın əvvəllərində Əli ibni Əbu Talib (ə) İslamın böyük alimlərindən hesab edilirdi. Onu ölkəsindən xaricdə çox yaxşı tanıyırdılar. O zamanlar çox az olurdu ki, cavan olasan və ölkədən xaricdə səni tanıyalar”.

Beyrutun ədəbiyyat müəllimi xristian Fəvad Əfram "Əli ibni Əbutalib” kitabında yazmışdır: "Əli ibni Əbutalibin (ə) cəzbedici şəxsiyyəti vardır. Filosoflar onun şəxsiyyətini dərk etmək üçün çox çalışmışlar. Zahidlər onun hidayət yolu ilə getmişdilər. Bir çox ədiblər onun bayrağı altında bellərini büküblər. Əlinin (ə) böyük ruhu və güclü imanı olmuşdur.
Əli (ə) o zaman üçün yeni olan İslam dininin qurulmasına çalışırdı və Peyğəmbəri (ə) razı salmağa çalışırdı. Peyğəmbər (s) Məkkədən getməyə məcbur olanda isə heç bir qorxu hiss etmədən onun yerində qaldı. Əli (ə) ömrünün yarısını müşriklərlə mübarizəyə sərf edir, qalanını isə etiraz və ehtiyac içərisində yaşayır.
Əli (ə) böyük alim idi. Bütün xütbə və moizələrdən görünür ki, o, böyük filosof idi”.


Livanın böyük xristian şairi və filosofu Cobran Xəlil Həzrət Əli (ə) haqqında deyir: "Əbu Talibin oğlu öz yolunun böyük şəhididir. Namazı dilində deyən zaman dünyasını dəyişir. Qəlbi Allah eşqi ilə dolub daşırdı. Ərəblər onun həqiqi məqamını tanımadılar”.
Materialist bünyagörüşündə olan doktor Şabali Şamil deyir: "Əli - dahi bir insan idi. Keşmişdə və indi nə Qərbdə, nə də Şərqdə dünya onun kimi nümunə görməmişdir”.
Fəvad Cərdaq (xristian) yazır: "O zaman ki, həyatın çətinliyini hiss edirəm, Əliyə (ə) pənah aparıram. Çünki o, hər bir matəmin pənah yeridir”.

Oxşar xəbərlər
İmam Əlini (ə) sevmək və sevməmək
Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.» Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.» Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində

Nuhun (ə) gəmisi, Adəmin (ə) tövbəsi, Həzrət İsanın (ə) mövludu məhərrəm ay ...
Deyerler.org: “Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və Yer kürəsi

Peyğəmbərimiz (s) Həzrət Zəhraya (s.ə) gizlində hansı xəbəri verdi?
Siddiqeyi-Kubradan (ə) öyrənməli olduğumuz dərslərdən biri də onun sirr saxlamağı bacarması idi. (Tebyan) Şeyx Səduq “Əmali” kitabında yazır ki, Peyğəmbərin (s) zövcələrindən biri demişdir: “Fatimə (s.ə) gəldi və Peyğəmbər (s) buyurdu: “Qızım xoş

Dua etməkdə israrlı olaq
İmam Sadiq (ə) buyurur: "İnsan duadan başqa heç bir şeylə Allaha yaxınlaşmaz. Hər bir kiçik məsələyə görə onu cüzi hesab edib, dua etməyi boş buraxmayın. Çünki kiçik hacətlər də o Kəsin əlindədir ki, böyük hacətlər Onun əlindədir”. Həzrət

ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.
ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu. Tarix boyunca ateistlərin buraxdığı ən böyük səhvlərdən biri də bu idi ki, onlar Allahın varlığını öz məhdud ağılları, sərhədli düşüncələri ilə tam mənada dərk edib, təsəvvür edə bilmək istəyirdilər. Yəni onlar



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 3

    Online İstifadəçilər: 
    

     Saytda olmuş ən son 20 nəfər: