Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Hz.İmam Rzanın (ə.s) Qısa Ziyarətnaməsi.

Hz.İmam Rzanın (ə.s) Qısa Ziyarətnaməsi.
+1
Mətndə qrammatik səhv var?
Hz.İmam Rzanın (ə.s) Qısa Ziyarətnaməsi.

Hz.İmam Rzanın (a.s) Qısa Ziyarətnamısi__Şeyx Mufid"Moqneə" kitabında nəql etmişdir.
Ziyarət quslunu etdikdən və öz təmiz paltarını geyindikdən sonra sonra deyəsən
"Salam olsun sənə, ey Allahın dostu və Allah dostunun oğlu!
Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!
Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi!
Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla getmisən.
Allahın salavatı olsun onlara. Zəlalət qaranlığına hidayət nuru saçmısan. Heç vaxt haqqdan batilə əyilməmisən.Sən həqiqətən də, Allah və onun Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirmisən. Allah səni islam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın.
Atam-anam sənə fəda olsun, mən sənin ziyarətinə, sənin imamət haqqına agah olaraq və dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilərək gəlmişəm.Mənə Allah dərgahında şəfaətçi ol.
Salam olsun sənə, ey mənim mövlam, ey Rəsulallahın oğlu! Allahın rəhmət və bərəkəti olsun sənə.
Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi imam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınıram və sənin vilayətinə görə Allah dərgahına sığınıram.
Allahın salavatı, rəhməti və bərəkəti olsun.

Allah cəmi arzusunda olanlara tezdiyle qərib Ağa Rauf Ağa İmam Rza (S)nin ziyarətin nəsib eləsin insəAllah.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.