İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

İmam Zaman(ə.f) Qurani Kərimdə

Həzrət Peğəmbər (s) buyurur: “Quranın zahiri və batini vardır”

Quranda elə ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) işarə edir, baxmayaraq ki, İmamın (ə.f) adını birbaşa çəkməsə belə. Bu ayələr ilə tanış olaq:
1. “Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək”. (“Qəsəs” 5).

Bu ayədə buyurulur ki, Allahın əzəli iradəsi belədir ki, insanlara hegemonluq edənlərin kökü kəsilməlidir və zəif salınmışlar, saleh bəndələr gərək Yer üzündə imam və varis olsunlar. Baxmayaraq ki, bu ayə Həzrət Musa (ə) və Bəni-İsrayil üçün nazil olmuşdur, ancaq bütün zamanlara aid edilir. Çünki hər bir əsrdə Allahın əzəli iradəsi zalımları məhv edib, zəifləri müdafiə etmək olmuşdur. Bu İlahi iradə istər Həzrət Musanın (ə) zamanında olsun, istərsə də Peyğəmbərin (s) – hər bir zamanda həyata keçmişdir və hər bir dövrə aid edilir. İndiki zamanda isə bu iradə ancaq İmam Zaman ağanın (ə.f) mübarək varlığı ilə həyata keçə bilər.

İmam Əli (ə) buyurur: “Bu dünya ki, indi bizdən üz döndərmişdir, bir gün bizə üz çevirəcəkdir, necə ki, ana dəvə əlaqəsinə görə övladına tərəf üz çevirər”(Ana dəvə başqa erkək dəvə ilə əlaqədə olanda balasına arxa çevirir,sonra yenidən ona tərəf gəlir.bu dünyanın etibarsız olmağına nümunədir). Sonra Həzrət (ə) bu ayəni tilavət edir (“Qəsəs” 5).

İbni Əbi Hədid bu xütbənin şərhində yazır: “Bu ayə mütləq Həzrət Zəhranın (s.ə) övladlarının biri tərəfindən həyata keçəcəkdir. Bütün Yer üzünə şamil olacaqdır. Bütün zalımları məhv edəcəkdir və salehlər yerin varisləri olacaqlar”.

2. Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənibya” 105)

Bu ayə buyurur ki, Zəburda Davud (ə) bu mövzunu yazmışdır, yenə də əvvəlki ayəyə işarə edir və Allahın əzəli iradəsinin həyata keçəcəyini bəyan edir. Buyurur ki, hər bir halda yerin varisləri Allahın saleh bəndələri olacaqlar. Bəs bu zaman nə vaxt olacaqdır? Davudun (ə) bəyan etdiyi ayə belədir: “Allahın yanında sakit ol və Onu gözlə. Ancaq müti insanlar yer üzündə varis olacaqlar”.

3. “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55).

İbni Həcər Hisəmi bu ayənin təfsirində yazır ki, İmam Zaman ağanın (ə.f) haqqında nazil olmuşdur.
vatsap və facebookda paylaşaq dostlarımızda oxusun

Deyerler.org/

Oxşar xəbərlər
İmam Məhdi (ə.f) hədislərdə
Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir. Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər.

Әhli-beytlə heç kəs müqayisə oluna bilməz
Әhli-beytin (ə) barəsində daha bir neçə hədisi nəzərininzə çatdırırıq. Peyğəmbər (s) belə buyurmuşdur: «Biz Әhli-beytlə heç kəs müqayisə oluna bilməz.» Göründüyü kimi bu şərəfli hədisdə Peyğəmbər (s) Әhli-beytinin (ə) ülvü məqamını və nəhayətsiz

İmam Zaman ağa (ə.f) nə vaxt zühur edəcəkdir?
Məhdəviyyət mövzusunda ən mühüm məsələ - zühurun vaxtıdır. Məsumlar (ə) zühurun zamanını İlahi sirr adlandırmış və vaxt təyin etməyi inkar etmişdilər.Kİ, İNSAN ÖZÜNÜ Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki:- Zühurun dəqiq

Nuhun (ə) gəmisi, Adəmin (ə) tövbəsi, Həzrət İsanın (ə) mövludu məhərrəm ay ...
Deyerler.org: “Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və Yer kürəsi

Təvəssül
Dünya müsəlmanlarının ən aktual məsələlərindən biri də təvəssül məsələsidir. Təvəssül sözü ərəb dilindəki “vəsilə” sözündən götürülmüşdür. “Vəsilə” sözü bir şeyi vasitə qərar verməklə hədəfə yetişmək deməkdir. Allahın razılığını qazanmaq istəyən



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---