İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

İmam Məhdi (ə.f) hədislərdə

Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir. Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər. (Məhdi (ə)) hökumətin iş görənlərini pis əməllərinə görə cəzalandıracaqdır. Haqq hökumətindəki aydın ədaləti sizə göstərəcəkdir”. (Erfan)

Həzrət Əli (ə) buyurur: “Bilin ki, bizlərdən o kəs ki, (Məhdi (ə)) gələcəkdəki fitnələri dərk edər, aydın çıraqla ona (tərəf) addım atar və salehlərin həmin yolu ilə rəftar edər. Düyünləri açar, qulları və əsir millətləri azad edər, yolunu azmış və zalım cəmiyyəti dağıdar, haqq axtaranları cəm edər”.

Həzrət (ə) buyurur: “Məhdinin (ə) dövlətinin bərqərar olduğu zamanda sular artacaqdır və çaylar daşacaqdır. Yerin bərəkəti çoxalacaqdır və xəzinələr çıxardılacaqdır”.

Həzrət Məhdinin (ə) getdiyi yol – salehlərin yoludur
İmam Əli (ə) buyurur: “Allahım, sən bilirsn ki, o şey ki, bizim tərəfimizdən (Əhli-Beytin (ə)) həyata keçir, dünya sərvətini, hökumətini və qüdrətini əldə etmək üçün deyildir. Əslində istəyirik ki, Sənin haqq və dininin nişanələrini öz yerinə qaytaraq. Sənin diyarında islahatlar edək ki, zülm görmüş bəndələrin məhrumluqdan nicat tapsın, sülh içində yaşasın. Unudulmuş qanunların yenidən icra olunsun”.

İmam Əli (ə) zühur əsrindəki nemətlər barəsində buyurur: “Həzrət Məhdinin (ə.f) zühuru zamanı torpaq qəlbinin meyvələrini onun üçün bayıra tökəcəkdir və açarlarını da ona tapşıracaqdır”.

Bəli, Əmirəl-mömininin (ə) buyurduğu kimi, İmam Məhdinin (ə) yolu öz ata və babalarının, salehlərin yoludur. O, ədaləti yer üzündə bərqərar edəcək və zalımların cəzasını verəcəkdir. Allah Təala, Ağanın (ə.f) zühurunu tezləşdirsin və zühurun bərəkətlərini öz gözümüzlə görməyi bizə də nəsib etsin. Amin.

vatsap və facebookda paylaş dostlarında oxusun

Oxşar xəbərlər
Hacətini üç nəfərdən qeyrisinə söyləmə
Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlr ki, ondan maddi yardım istəsin. (Erfan) İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır və şəxsiyyətini qoru. İstəyini bir məktubda yaz ki, mən də Allahın istəyi ilə sənin sevincinə səbəb

İmam Zaman ağa (ə.f) nə vaxt zühur edəcəkdir?
Məhdəviyyət mövzusunda ən mühüm məsələ - zühurun vaxtıdır. Məsumlar (ə) zühurun zamanını İlahi sirr adlandırmış və vaxt təyin etməyi inkar etmişdilər.Kİ, İNSAN ÖZÜNÜ Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki:- Zühurun dəqiq

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin

Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
İnsan daima öz Pərvərdigarı ilə rabitədədir. Allah ilə rabitə yaratmaq elə də çətin bir iş deyildir. Allah Peyğəmbərinə (s) belə buyurur: “Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da

Həzrət Əli (ə.s) hədislər.
Həzrət Əli (ə.s) hədislər. Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.” * * * Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.” * * * Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---