Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT

İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT
+3
Mətndə qrammatik səhv var?
İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT

İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası Həzrət Əlinin (ə) xilafət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) imamət dövründə daşamışdır. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri xilafət başında durmuşdur. Hicrətin əllinci ili imam Həsənin (ə) şəhadətindən sonra lənətlik Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin Məhərrəm ayında inqilab və atasının şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə lənətlik Yezid istibdadının əsaslarını sarsıtmışdır. Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili xilafəti qəsb etmiş Vəlid ibn Əbdülməlikin əmrilə zəhərləndirilərək, şəhadətə qovuşmuşdur. Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) məzarının kənarında dəfn olunmuşdur.

İmam Səccad (ə) ilə müasir olmuş xəlifələr

İmam Səccad (ə) öz imamət dövründə aşağıdakı xəlifələrlə müasir olmuşdur:
1-lənətlik Yezid ibn Müaviyə (61-64 hicri qəməri) 3
2-Abdullah ibn Zübeyr (61-73 h.q) 4
3-Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı)
4-Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı)
5-Əbdülməlik ibn Mərvan (65-86 h.q)
6-Vəlid ibn Əbdülməlik (86-96 h.q)

İMAM SƏCCADIN KƏRBƏLADA XƏSTƏLİYİ - İLAHİ BİR MƏSLƏHƏT İDİ

Təəssüflə qeyd etməliyik ki, xəbərsiz camaatın əksəriyyəti dördüncü imamı həmişə xəstə kimi yad edir və bununla da camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş bir şəxs kimi canlanır. Halbuki əslində heç də belə olmamışdır. Çünki dördüncü imam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il sağlam durumda fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (ə) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, (5) müqəddəs vücudu Yezidin mənfur nökərləri tərəfindən qətlə yetirilmək təhlükəsindən amanda qalaraq, imamət xətti davam etmişdir. Əgər İmam Səccad (ə) Allahın məsləhəti ilə Kərbəla vaqeəsi zamanı xəstələnib çox zəifləmiş duruma düşməsəydi, cihadda iştirak edəcəkdi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də imamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn əl-Cuzi yazır: “Əli ibn Hüseyn(ə) (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.”6

Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də döyüşdə iştirak edə bilməmişdir.”7 Məhəmməd ibn Səd həmçinin qeyd edir ki, lənətlik Şimr İmam Hüseyni (ə) qətlə yetirdikdən sonra imam Səccadın (ə) üstünə gəldi. O, xəstələnib yataqda yatmış idi. Şimr dedi: “Bunu öldürün.” Onun yanındakılardan biri dedi: “Subhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: “Bu xəstədir, onunla işiniz olmasın.”

Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Subhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir gəncdir, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları onu öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırdılar. O, öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın

Qeyd olunduğu kimi dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Təbii ki, Həzrətin düşmən qarşısında heç bir ruhiyyə zəifliyi və gücsüzlüyündən söhbət belə gedə bilməz.
İmam Səccad (ə) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət edirdi. İmamın (ə) Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki, əsirləri Kufəyə gətirdikdən sonra lənətlik Übeydullah ibn Ziyadın məclisində onunla imam Səccad (ə) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən imam Səccad (ə) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?

KƏRBƏLA İNQİLABININ CARÇISI

Qeyd etdiyimiz kimi İmam Səccad (ə) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseynin (ə) qanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə lənətlik Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və ümmətin fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi istibdadının Müaviyyənin dövründən etibarən Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccadın (ə) və eləcə də digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat İmam Hüseynin (ə), Peyğəmbər (s) və Əhli-beytin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.