İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Bəlanı geri qaytarmaq, qəzanı dəyişmək üçün əməl.


Bəlanı geri qaytarmaq, qəzanı dəyişmək üçün əməl.

Hədislərin nəzərində duanın dəyərinə diqqət edək.

1. Dua – Allah yanında ən sevimli əməldir. Əmirəl-möminin (ə) buyurur: “Sübhan Allahın yanında yer üzərindəki ən sevimli əməl – dua və ən üstün ibadət – iffətdir”.

2. Dua – dinin sütunu, səmanın və yerin nurudur. Həzrət Peyğəmbər (s) buyurur: “Dua – möminlərin silahı, dinin sütunu, yerin və göyün nurudur”. (Həvzəh)

3. Dua – insanı düşmənlərin şərindən qoruyar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizə elə bir silah nişan verimmi ki, sizə düşmənlərdən nicat versin və yağışın sizə nazil olmasına səbəb olsun?”. Deyirlər: “Bəli”. Buyurur: “Allahı gecə-gündüz çağırın ki, dua – möminlərin silahıdır”.

4. Bu ayədəki məqsəd – duadır: “Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur”. (“Fatir” 2). İmam Sadiq (ə) buyurur ki, bu ayədə adı çəkilən rəhmət – duadır.

5. Dua – hər bir dərdin şəfasıdır. Muhəmməd ibni Müslim nəql edir: “İmam Baqir (ə) mənə buyurdu: “İstəyirsənmi ki, sənə elə şey öyrədim ki, ölümə də şəfa verər?”. Dedim ki, bəli. Buyurdu: “Dua”.

6. Dua təqdiri dəyişdirər. İmam Sadiq (ə) buyurur: “Dua, qəti qəzanı geri qaytarar. Ona görə də çoxlu dua edin ki, dua – hər rəhmətin açarıdır. Duadır ki, hər hacəti yerinə yetirər”.

7. Dua, bəlanı geri qaytarar. İmam Sadiq (ə) buyurur: “Hər kim qorxarsa ki, ona bəla dəyər – o zaman dua etsin. Allah da onu bəlaya giriftar etməz”.

8. Dua, Qiyamətə qədər bəlanın qarşısını alar. İmam Rza (ə) buyurur: “Atamdan eşitmişəm ki, buyurub: “Dua bəlanı qarşılamağa gedər və Qiyamət gününə qədər bir-biri ilə razılığa gələrlər””.

9. Dua edənin əli boş qayıtmaz. İmam Sadiq (ə) buyurur: “O bəndə ki, əlini Əziz, Cəbbar olan Allaha tərəf yuxarı qaldırar, Allah əlini boş qaytarmaq üçün həya edər və onu Öz rəhməti ilə doldurar”.

Oxşar xəbərlər
Namaz qılmağın 29 mükafatı.
Namaz qılmağın 29 mükafatı. Namaz dinin sütunudur. 1. Namaz dinin vacib əməllərindəndir. 2. Allahın razılıqına səbəb olur. 3. Peyğəmbərlərin yoludur. 4. Mələklərin məhəbbətini cəlb edir. 5. Hidayət və imandır. 6. Mə'rifət nurudur. 7. Ruzinin

İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri.
Şəfa verən, qorxudan saxlayan, malı qoruyan – İmam Hüseyn (ə) türbətinin xüsusiyyətləri. İmam Sadiq (ə) buyurur: “Hüseynin (ə) qəbrinin torpağında hər dərdin şəfası vardır və o, böyük dərmandır”. İmam Rza (ə) buyurur: “Hər bir torpaq - murdar, qan

Salavatı duanın harasında demək lazımdır?
Salavatı duanın harasında demək lazımdır? Heç bir dua səmaya qalxmaz, məgər o halda ki, salavatla birlikdə olar. Salavat – axirətdə ən yaxşı əməllərdəndir və duanın həyata keçməsi şərtlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Axirətdə ən yaxşı

Hansı günahlar duanın qəbul olmasına mane olur?
İmam Səccad (ə) buyurur: “O günahlar ki, duanı geri qaytarar, duanın qəbul olmasına mane olar, bunlardır: 1. Möminlərə və onların işlərinə sui-zənn etmək. 2. Daxilinin napak olması. 3. İman qardaş və bacıları ilə nifaqda olmaq. 4. Duanın qəbul

Namaz qılmağın 29 mükafatı
Zəmir ibni həbib nəql edir ki, Islam Peyğəmbərindən (s) namaz barəsində soruşurlar, buyurdu: 1). Namaz dinin vacib əməllərindəndir. 2). Allahın razılıqına səbəb olur. 3). Peyğəmbərlərin yoludur. 4). Mələklərin məhəbbətini cəlb edir. 5). Hidayət



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---