İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qurani-Kərimdən seçilmiş dualar (1-ci hissə)

1."Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin"
"Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq" (əl-Əraf,23) ;

2. "Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ( Hud, 47)

3. "Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra"
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır" (Nuh,28).

4. "Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim "
"Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən" (əl-Bəqərə , 127).

5. "Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim"
"Tövbəmizi qəbul et! Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən" (əl-Bəqərə,128).

6. "Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!" (İbrahim,40).

7. "Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb"
"Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla" (İbrahim, 41).

8. "Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim"
"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin varislərindən et!" (əş-Şuəra,83-85).

9. "Rabbi həb li minə- s- salihin"
"Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (əs-Saffat, 100).

10. "Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir".
"Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır" (əl-Mumtəhinə, 4).

facebook və vatsapda paylaşaq dostlarımızda faydalansın

Oxşar xəbərlər
MƏHƏRRƏM AYININ BİRİNCİ GÜNÜNÜN ƏMƏLLƏRİ
“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi. O həzrət daim matəm və hüzn içində olardı. Məhərrəm ayının 1-ci günü hicri-qəməri

Qur'anda dua
Qur'anda adı çəkilən bə'zi peyğəmbərlərin və övliyaların təvazökarlıqda etdikləri dualar: 1. Ey bizim Pərvərdigarımız, hansısa bir əmrini yerinə yetirməyi yaddan çıxarmışıqsa, ya bir işdə bizdən xəta baş veribsə, onu bizim üçün günah yazma. Ey

Namazda müstəhəb əməllər
* Rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt deyilən zikr * Səmiəllahu limən həmidəh *İki səcdə arasında oxunan zikr* Əstəğfirullahə rabbi və ətubu iləyh *Səcdələri bitirdikdən sonra qalxan halda oxunan zikr*

Qurani-Kərimdən seçilmiş dualar
Bismillahir Rəhmanir Rəhim... 1. "Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin" "Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq"

Qunut duaları
1. Rəbbəna atina fid dunya həsənəh və fil axirəti həsənəh və qina əzabən nar. Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru. 2. Rəbbənəğ fir ləna vəli validəyyə və lil mumininə yəvmə yəqumul hisab. Ey



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 7
    Qonaqlar: 7

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---