İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qardaşlıq əhdnaməsi

Peyğəmbərin (s) Mədinəyə gəldiyi ilk günlərdə atdığı mühüm addımlardan biri də,mühacirlər və ənsar- arasında "qardaşlıq əhd-peymanı" nın bağlanmasına əmr verməsidir. Öz evlərini, yurd-yuvalarını itirmiş, qürbət torpaqlara hicrət etmiş mühacirlərin maddi və ruhi cəhətdən dəstəyə ehtiyacı var idi. Ənsar mühacirləri öz evlərinə dəvət etməklə, mal-mülklərini onlarla bölüşməklə, onların maddi çətinliklərini bir miqdar həll edə bildilər. "Qardaşlıq əhd-peymanı" ilə mənəvi və ruhi cəhətdən yaranan boşluq və çatışmazlıqlar aradan qaldırıldı. Suheyli "ər-Rövzətül- üns" (4\178) kitabında yazır: Mühacirlər və ənsar arasında bağlanan "Qardaşlıq əhd peymanı", mühacirlərin qürbət nisgilini, ailələrindən və tayfalarından ayrı qalmalarıilə yaranan problemləri həll etmə yolunda önəmli bir addım idi. Həmçinin onların bir- birilərinə arxa-dayaq olmasına da səbəb oldu.
Belə çıxır ki, bir mühacir və bir ənsar arasında qardaşlıq əhd-peymanı bağlanmalı idi. (Hər bir mühacir ya ənsar özlərinə bir qardaş seçməli idi. Yəni bu əhdnamə ənsar ilə mühacirlər arasında bağlanmalı idi.) Amma bir neçə nəfər mühacir də qardaşlıq əhd-peymanı bağladı. Əlbəttə, bu əhdnamənin mənşəyi Məkkədəki qardaşlıq əhd- peymanına qayıdır. Çünki, "əl-Muhəbbər" (səh. 70) və "Sübulul-hüda" (3\527)
Kitablarında qeyd olunur ki, qəbilə, tayfa, varlı, yoxsul ayrı seçkiliklərini aradan qaldırmaq məqsədi ilə ilk qardaşlıq əhd-peymanı Məkkədə bağlandı. Bu əhdnamə ikinci dəfə, daha geniş formada, müxtəlif torpaqlardan gələn, fərqli millətlər, tayfalar və qəbilələrdən olan insanlar arasında başlandı. Ərəb əcəmlə(- Ərəb millətinə məxsus olmayan , başqa millətlərdən olan şəxslərə, "əcəm" deyirdilər) ağdərili qaradərili ilə,
varlı kasıbla qardaş oldu. Hələbinin (2\91) yazdığına əsasən, Peyğəmbər (s) məsciddə və yaxud evində ənsar və mühacirə xitabən buyurdu: »تَآخَوا فِی اللّه أَخَوَینِ أَ خَوَینِ« "Allah yolunda iki-iki (cüt-cüt) qardaş olun!"
Ardınca üzünü müsəlmanlara tutub, buyurdu: Filankəs sən filankəs ilə qardaş ol. Sonra Həzrət Əmirəl-mömininin (s) əlini tutub, buyurdu:
»هذا أ ِخی« "Bu mənim qardaşımdır!"
Şeyx Tusi "Əmali" (səh. 587) kitabında qeyd edir ki, bir-birilərinə uyğun və təqribən eyni rütbədə qərarlaşan şəxslər arasında qardaşlıq əhd-peymanı bağlandı. Diqqət edilməli bir məqam budur ki, hər iki qardaşlıq əhd-peymanı (Məkkə və Mədinədə) bağlandığı zaman Allahın elçisi (s) Əlini (ə) özünə qardaş seçdi. Bu çox böyük bir iftixar idi ki, Həzrət Əli (ə), bəşəriyyətin ən əzəmətli şəxsiyyəti və peyğəmbərlərin sonuncusu ilə qardaş olmaq şərəfinə layiq görüldü. Bir sıra tədqiqatçılar və həmçinin
İbn Məğazili (səh. 91) "Mənaqib" kitabında yazır: Peyğəmbər (s) buyurdu:
»مَکتُوبٌ عَلی بَابِ الجَنَّةِ قَبلَ أَن یَخلُقَ اللّهُ السَّماواتِ وُاألَرضَ بِألفَی عامٍ: مُحَمُّدً رَسولُُ اللّهِ وَ عَلِیًّ أخُو رَسُولِ اللّه«
"Yerlər və göylər yaranmamışdan iki min il öncə, behiştin qapısına yazılmışdı: Məhəmməd Allahın elçisi və Əli Allahın elçisinin qardaşıdır."

"Ər-Riyazün-nəzrə" (1\23) kitabında yazılır ki, Peyğəmbər (s) bəzi qadınların arasında "Bacılıq əhd-peymanı" da bağlatdırdı.Mühacirlərin sayı haqda olan bölümdə olduğu kimi, qardaşlıq əhd-peymanı bağlayan mühacir və ənsarın sayı haqda müxtəlif fikirlər mövcuddur. Onların sayının doxsan, yüz səksən altı və üç yüz nəfər olması (yəni; yüz əlli nəfər mühacir, yüz əlli nəfər ənsar) qeyd edilmişdir.


(Mənbə: "İslam tarixi ilə tanışlıq" Seyid Əli Mir Şərifi,
Mütərcim: Dr. Əfzələddin Rəhimov)

Oxşar xəbərlər
Qədir Xum bayramının əməlləri
Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər: Qədir-Xumun orucu Qədir-Xumun əməllərinə nəzər saldıqda, insan bu günün necəliyinə valeh olur. Nə qədər

Hacətini üç nəfərdən qeyrisinə söyləmə
Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlr ki, ondan maddi yardım istəsin. (Erfan) İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır və şəxsiyyətini qoru. İstəyini bir məktubda yaz ki, mən də Allahın istəyi ilə sənin sevincinə səbəb

ATEİZM, DEİZM VƏ TEİZM. 11-ci mövzu
SUAL: HƏR ŞEYİN YARADICISI ALLAHDIR. BƏS ALLAHIN ÖZÜ KİM TƏRƏFİNDƏN VƏ NECƏ YARADILIB? CAVAB: Bu sual daima nəinki İslam, hətda normal ateizm təfəkküründən belə xəbəri olmayanlar tərəfindən dəfələrlə İslam mütəfəkkirlərinə ünvanlanmış və

“ARİFLƏR” yoxsa “MƏSULİYYƏTSİZLƏR”
İslam bəşəriyyətə göndərilmiş ən kamil dindir. Eyni zamanda digər səmavi dinlərdə təhrif olunmuş əqidə, əxlaq qaydaları islam vasitəsilə yenidən bərpa olunmuşdur. Təhrif edilən ən mühüm məsələlərdən biri də “ariflik” dir. Islamdan öncə

Nə qədər yatarlar?
Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi. Bir gün kiçik qardaş ağacın altında oturur. Çox yorulduğu



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---