Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

27 Zilhiccə Mühüm hadisələr

27 Zilhiccə Mühüm hadisələr
0
Mətndə qrammatik səhv var?
27 Zilhiccə Mühüm hadisələr

1. Mərvanın l.ə ölümü.
Hicri 133 cü ildə bu gün Mərvan bin Həkəm ( Mərvan Himar - eşşək Mərvan kimi tanınıb ) bəni üməyyə sülaləsinin sonuncu xəlifəsi öldürüldü və bu zalımların 100 aylıq hakimiyyəti başa çatdı.
Səffahın rəhbərliyi ilə Bəni Abbasın qiyamından sonra Abdullah bin Əli öz əmisini Mərvanla döyüşə göndərdi. Mərvan Misirə qaçdı. Yol boyu onlar Bəni üməyyadan kimi tutsalar öldürürdülər. Ərdən çayı kənarında çox camaatı qırdılar və üzərlərinə süfrə salıb yemək yedilər.
Səffah əmisi Abdullaha dedi: nə etsək də Hüseyn bin Əlinin ə.s şəhadət gününü əvəzləməyəcək. Ordan bir dəstəni Amir bin İsmayil ilə Mərvanın üstünə göndərdi. Mərvanın başını kilsədə kəsdilər. Arvad uşağını da əsir edib Səffahın yanına göndərdilər.
Tətimmətul Muntəha səh 146.
Zadul Məad səh 304.
Feyzul Əlam səh 131.
Qaləidun Nəhvər zilhiccə cildi, səh 413.


2. Hərra hadisəsi.
Hicrətin 63 cü ili bu gün Hərra vaqiəsi baş verdi. Bu gün Yezidin l.ə əli ilə Mədinə camaatı qətlə yetirildi, qarət edildi. 4000 nəfərdən çox öldürüldükdən sonra Yezidin l.ə sərkərdəsi Musrif bin Əqəbə Mədinə qadınlarını və mallarını 3 gün ordusuna mübah etdi. Tarixçilər qeyd edir ki , bundan sonra minlərlə zinadan uşaqlar doğuldu. Bu hadisə Yezidin l.ə ölümündən 2 ay öncə oldu və tarixə Hərra adı ilə yazıldı.
Biharul Ənvar c 18, səh 125-126.
Qaləidun Nəhvər zilhiccə cildi, səh 448.
Feyzul Əlam səh 132


3. Əli bin Cəfərin ə.s vəfatı.
Hicri 210 cu il bu gün Əli bin Cəfər ə.s vəfat etdi. Əli imam oğlu, seyyid , çoxlu fəzilət sahibi olan alim , etibarlı şəxs idi. O , İmam Sadiqi ə.s, İmam Kazımı ə.s, İmam Rzanı ə.s, İmam Cavadı ə.s sağlığında görüb.
Əli qardaşlarından kiçiyi idi. Atası ə.s şəhid olduqdan sonra qardaşı İmam Musa bin Cəfərin ə.s yanında qalıb maariflənib. Məsailu Əli bin Cəfər, Məsailul həlal və həram, Mənasik kitabları Ona məxsusdur. Muhəmməd bin Həsən Əmmar deyir ki 10 il Mədinədə yanında oldum. Qardaşı İmam Kazımdan ə.s nəql etdiyi hədisləri eşidib yazırdım. Bir gün yenə yanında idim. İmam Cavad ə.s məscidə daxil oldu. Əli bin Cəfər İmamı ə.s görən kimi ayağa qalxıb ayaqqabısız və əbasız yanına tələsdi və əlini öpüb təzim etdi. İmam Cavad ə.s buyurdu ki, əmi əyləş. Allah sənə rəhmət etsin. O dedi : Mənim ağam, siz ayaq üstəsiniz mən necə əyləşim? İmam ə.s icazə verdikdən sonra əyləşdi. Səhabələr də onu danladı ki sən Onun ə.s atasının əmisisən. niyə belə edirsən? Cənab Əli dedi: sakit olun. Allah mənə imamət vermədi. Amma bu cavana verdi. Bu halda onun fəzilətini necə inkar edim? Necə ehtiram etməyim? Bir halda ki mən onun bəndəsiyəm.
Evi Mədinədən 4 mil məsafədə olan məkanda idi. 4 oğlu olub: Muhəmməd, Əhməd , Həsən , Cəfər.
Kufə əhlinin dəvəti ilə Mədinədən Kufəyə köçdü və orada dini tədris ilə məşğul oldu. Daha sonra Qum camaatı onu dəvət etdi. Bu dəvəti də qəbul edərək Quma köçdü və orada da dünyasını dəyişdi. Qumdan kənarda cənub darvazasına yazın yerdə dəfn edildi. Mədinədə Ureyz adlı məntəqədə və Səmnan şəhəri yaxınlığında bu Seyyidə mənsub edilən iki qəbir də var. Rəvayətə əsasən vəfat edərkən 72 yaşı olub.
Qaləidun Nəhvər zilhiccə cildi səh 448.
Səblurraşəd ilə əshabul İmam Cavad ə.s , səh 175-179.
Biharul Ənvar c 47, səh 266.
Muntəxəbut Təvarix səh 226.
Murəvvicuz Zəhəb c 4 , səh 127.
Allah bizləri Əhli Beytin ə.s vilayətindən, şəfaətindən ayrı salmasın. Düşmənlərinə hər iki dünyada lənət etsin.
Bəşir Badkubei.
Vəlhəmdulilləh.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.