İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Qədir-xum hadisəsi belə baş verdi:


Qədir-xum hadisəsi necə baş verdi və o gündə tarixdə nələr baş veribdir?

Qədir-xum bayramı
Hicri təqvmi ilə 10-c il, zi-hiccə ayının 18-ci günü, Həccətül-vidadan(sonuncu Həcc) qayıdarkən qədir-xum hadisəsi həyata keçdi. Yüz iriymi min nəfərdən ibarət hacıların karvanın “Qədir-xum” məntəqəsində duruduğu üç gün ərzində Peyğəmbər (s), özünün ən uca xütbəsində Əli ibn Əbi Talibi (ə) və ondan sonra gələcək on bir İmamın adlarını sayıb onların qiyamətədək İmam olacaqlarını sayıb, orada olan cəmiyyətdən beyət aldı.
Ali-Məhəmmədin (s) böyük bayarmı

Qədir-xum bayramı, Ali-Məhəmmədin (s) bayramı hesab olunur. Ona görə ki, o bayram çox əhəmiyyətli və böyük bir hadisədir. Məhz o zaman ilahi bir əmrlə, birbaşa həzrət Əli ibn Əbu Talibin vəsayəti (vəciliyi) ümumi şəkildə elan olnudu.
O gün, mübarək səmavi bir bayramdır. O gün Allah-taala,
həzrət İbrahimi (ə) oddan xilas etdi,
həzrət Adəmin tövbəsini qəbul etdi,
həzrət Musanı sehrbazlara qalib etdi,
həzrət Musa, Şəm`unül-Səfanı öz canişini təyin etdi,

Həzrət Süleyman (ə), Asəf ibn Bərxiyanı öz canşini təyin edib öz rəiyyətini buna şahit tutdu
Peyğəmbərin (s) əshab arasnda qardaşlıq əhdinin bağladığı gündü.
O gün, peyğəmbərlər öz canişinlərini təyin edirdilər və Əmirəlmöminin ziyarəti o gün varid olub.

Qədir-xum hadisəsi belə baş verdi:


Şənbə günü, zi-hiccə ayını sonuna dörd və ya beş gün qalmış Peyğəmbər (s) qüsul edib müsəlanlardan 120 min nəfərlə Mədinədən xaric oldular.
Həzrət Siddiqeyi-Tahirə (ə.s) Əmirəlmöminin (ə) anası Ümmü-Hani, Fatimə binti Həmzə, Ümmü Sələmə - Peyğəmbərin (s) digər arvadları - o cümlədən Aişə və Həfsə o səfərdə iştirak edirdilər.

Əmirəlmöminin (ə) bir qrup şəxslə Yəməndən Məkkəyə varid oldu.
Qədir mərasimi üçün ihahi əmr

Həcc mərasimdən qayıdan hacılar, zi-hiccənin 18- gününün əvvəllərində Qədir-xum məntəqəsinə çatdılar. Cəbrail nazil oldu, “Maidə sursənin 67-ci ayəsini gətirdi. O ayə, mövlalar-mövlası Əmirəlmömininin (ə) vilayətinin təbliğinə və onun münafiqlərin şərrindən amanda qalacağına aiddir:
“Ey Peyğəmbər! Allah tərəfindən (Əli (ə) haqqında) sənə nazil olanı camaat üçün təbliğ et. Əgər bunu etməsən, risaləti (peyğəmbərliyi) yerinə yetirməmisən və Allah səni camaatın şərrindən qoruyacaq. Allah kafirləri hidayət etməz.”

Peyğəmbər (s) minbrədə
Zöhr zamanı Peyğəmbər (s) camaat namazından sonra, Səlman, Əbuzər, Miqdad və Əmmar tərəfindən iki yaşlı ağac arasında düzəldilmiş minbərə qalxdı, Əmirəlmöminini (ə) minbərdə özündən bir pillə aşağıda qərar verdi. Halbuki münafiqərdən bir qrupu minbərin qarşısında idi. O, özünün gövər saçan sözlərini bəyan edib tohid, Həqq-Taalanın kamal sifətləri və Allah dininin bir qisim halal-haram hökmlərini, ərəblərin keçimişi, onların əqidələri özünün çəkdiyi zəhmətləri bəyan etdikdən sonra buyurdu: “Quran və Əhli-beyt (ə) bir-birindən ayrı deyil və ayrılmazlar, qiyamət günü hövz kövsərini yanında gəlib mənə çatacaqlar.”
Sonra Əmirəlmöminin (ə) fəzilət və mənaqiblərindən bir qismini o həzrətin İmamət, vilaəti və neçə dəfə həzrət Mehdiyədək (əc) övladları haqqında olan məlumatları təkid etdi. Nazil olmuş ayəni bəyan edib buyurdu:
“Ey camaat! Allahın mənə nazil etdyini yerinə yetirməkdə səhlənkarlıq etmədim və mən bu ayənin nazil olma səbəbini bəyan edirəm. Cəbrail yenə nazil olub Allah tərəfindən mənə əmr etdi ki, bu məkanda hər qəbilədən olan ağ-qaraya elan edim ki, Əli bin Əbi Talib (ə) vəsi, canişin və məndən sonra İmamdır. O, Allah və Rəsulundan sonra sizin vəlinin və sahibiniz sizin özünüzdən də daha öncə sizin üzərinizdə haqqı var. Bu barədə Allah-taala mənə ayə nazil edib:.. (Maidə surəsi, 55-ci ayə)

Sonra buyurdu: “Mən Cəbraildən istədik ki, Allahdan mənim bu əmri təbliğ etməkdə üzrülü ulduğu istəsin. Çünki möminlərin azlığı və islama istehza edənləri çoxluğundan xəbərim var. O zaman buyurdu: “ Odur ki, Haqqa hidayət edir və onu yerinə yetirən, ona fəzilət verən. Allah ona fəzilət verib, onu qəbul edin ki, onu Allah (canişinliyə) təyin edib. Ey camaat! O, Allah tərəfindən sizin İmamınızdır. Onun vilayətini inkar edən bağışlanmayacaq, tövbəsi qəbul olunmayacaq.”

Əli ibn Əbi Talibin (ə) tanıdılması

Bu zaman Peyğəmbər (s) buyurdu: “ Mən sizə sizin özünüdən haqlı deyiləm?” Hamı dedi: “ Bəli” Buyurdu: “ Bu Əli, qardaşım və mənim vəsimdir. Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır və o Əli ibn Əbi Talibdir.” Ey Allah, hər onunla dosltuq edən hər kəs dost bil, ona düşmən olana düşmən ol.” Digər sözlər də Allah fərmanını təkid etmək və camaatın iqrar etməsi üçün bəyan etdi. Sonra buyurdu: “ Qədirin xəbərini burada hazır olanlar, burada olmayanlara, atalar övladlarına qiyamətədək çatdırsınlar.”

Göstəriş verdi ki, Əmirəlmömimin (ə) üçün ayrıca çadır vursunlar. Sonra həzrət buyurdu: “Hamı gedib o həzrətə salam deyib desinlər; Əs-salamu ələykə, ya Əmirəlmöminin (ə).” ” Ömər gəlib salam verib dedi: Bəx bəx, ey Əli ibn Əbi Talib, bütün mömin və möminələrin mövlası oldun.” Əbu Bəkr də bu təbrikdə Ömərlə şərik oldu. (Feyzül-üllam: s. 123)

Beyət üç gün çəkdi. Bu müddət ərzində “zöhr” və “əsr” namazlarını birlikdə qılırdılar. Namazdan sonra beyət, qürubadək davam etdi, “məğrib” və “iyşa” namazlarını da birlikdə qıldılar. Qadınların beyət etməsin üçün su qabı gətirib pərdə arxasında qoydular. Qabın bir yarısı pərədənin bir tərəfində, digər yarısı digər tərəfdə yerləşmişdi. Əmirəlmöminin (ə) qabın bir tərəfində əlini suya salmışdı. Qabın digər tərəfində qadınlar əlini suya salıb “Əs-salamu ələyk, ya Əmirəlmöminin” deyərək həzrəti təbrik edirdilər. Həzrət Siddiqeyi-Tahirənin (ə.s) də orada iştirak etməsi mərasimi zinətləndirmişdi. (Əvalim: c. 3/15, s. 309 – Biharül-ənvar: c. 21, s. 38)

Qədirdə vilayətin elan olunmasından sonra Cəbrail nazil oldu və bu ayənin gətirdi: “ Bu gün, sizin dininizi kamil, nemətimi sizin üçün tamamladım və islam dininin, sizin dininiz olması üçün razı oldum.” (“Maidə” surəsi, 3-cü ayə)

Oxşar xəbərlər
Qədir Xum bayramının əməlləri
Sizi bu gözəl gün - MÜQƏDDƏS QƏDİM XUM bayramı münasibəti ilə təbrik edirəm. Allah bizləri Əhlibeytin (ə) vilayətindən ayrı salmasın. Qədir Xum gününn müstəhəb əməlləri isə bunlardır: Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki,

Siğə(Mütə) Quranda
Cox gozel cavab Siqe Haqqinda Imam Baqir (e) behs. Əbdullah ibn Muəmmər lisi İmam Baqirin (ə)hüzuruna gəlib didi : Mən eşitmişəm ki,siz siğənin (müvəqqəti nikahın)icazəli olduğunu buyurmusuz.İmam Baqir (ə)buyurdu:Uca Tanrı müqəddəs kitabında

Dua etməkdə israrlı olaq
İmam Sadiq (ə) buyurur: "İnsan duadan başqa heç bir şeylə Allaha yaxınlaşmaz. Hər bir kiçik məsələyə görə onu cüzi hesab edib, dua etməyi boş buraxmayın. Çünki kiçik hacətlər də o Kəsin əlindədir ki, böyük hacətlər Onun əlindədir”. Həzrət

Namazı gündə 3 dəfə qılmaq olarmı ?
Namazin 3 vaxt qilinmasi ehli sunne menbelerinde İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”. İmam Malik

İlk Gündən İslam var
Geniş yayılmış təsəvvürün əksinə olaraq, İslam miladi VII əsrdə Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən təbliğ edilmiş tamamilə yeni təlim deyil. Bəşəriyyətin yarandığı gündən mövcud olmuş, Həzrət Adəm, Nuh, İbrahim, Musa və İsa (ə) kimi



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---