İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ay ilinin hesablanması


Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər! (Yunis surəsi, 5)

Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. (Yasin surəsi, 39)

Yuxarıdakı ayədə Allah Ayın insanlar üçün ili hesablamaqda bir ölçü olduğunu açıq şəkildə bildirmişdir. Bundan əlavə, Ayın orbitində dövrü əsnasında dayanacaq nöqtələrinə də diqqət çəkilmişdir. Yer-Ay və Yer-Günəş hərəkətləri arasındakı bucaq daima dəyişdiyinə görə, biz Ayı müxtəlif vaxtlarda müxtəlif formalarda görürük. Habelə, Ayı Günəşdən aldığı işığı əks etdirməsi ilə görürük. Ayın Günəşlə aydınlanan üzü Yerdəki müşahidəçiyə görə daima formasını dəyişir. Bu dəyişiklikləri nəzərə alaraq il hesablanır.

Əvvəllər bir ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yer ətrafında dövr etdiyi vaxt kimi hesablanırdı. Bu hesablamaya əsasən, 1 ay 29 gün 12 saat, 44 dəqiqəyə bərabər idi. Buna "qəməri ay" deyilir. 12 qəməri ay isə rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı fırlanmasının 1 il kimi qəbul etdiyimiz miladi təqvim ilə rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. Belə ki, "Kəhf" surəsinin 25-ci ayəsində bu fərqə belə diqqət çəkilmişdir:

Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar. (Kəhf surəsi, 25)

Ayəni belə açıqlamaq olar: 300 il x 11 gün (hər il üçün meydana gələn fərq) = 3.300 gün. 1 Günəş işinin 365 gün 5 saat 48 dəqiqə və 45.5 saniyə olduğu nəzərə alınsa, 3.300 gün/365.24 gün = 9 ildir. Başqa sözlə, miladi təqvimə görə 300 il rum təqviminə görə 300+9 ildir. Göründüyü kimi, ayədə dəqiq hesablamaya əsaslanan 9 illik fərqə diqqət çəkilmişdir (ən doğrusunu Allah bilir). Şübhəsiz, Quranda bu cür məlumata diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir.

Oxşar xəbərlər
Ayın orbiti
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 39-40) Ayın orbiti digər

Dağların funksiyası
Quranda dağların mühüm geoloji funksiyasına diqqət çəkilir: Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq... (Ənbiya surəsi, 31) Ayədə dağların yer üzündəki təkanların qarşısını alan xüsusiyyəti xəbər verilir. Quran nazil edildiyi

Dağların hərəkət etməsi
Bir ayədə dağların göründüyü kimi sabit olmadığı, daima hərəkət halında olduğu belə bildirilir: Sən dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər... (Nəml surəsi, 88) Dağların bu hərəkəti yer qabığının

Günəşin hərəkət istiqaməti
Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin öz orbiti olduğu vurğulanır: Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33) Yuxarıdakı ayədə işlədilən "üzmək" sözü ərəbcə "səbaha"dır və

Göylərlə yer arasındakıların yaradılışı
Quranda göylərin, yerin və ikisinin arasındakıların yaradılışı ilə bağlı bir çox ayə var: Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, Sən gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    

     Saytda olmuş ən son 20 nəfər: