İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

İMAM HÜSEYNİN (ə) İNTİQAMI

1991-ci ilin martında Kərbəlada Səddam rejiminə qarşı qiyam başladı. Qısa müddət ərzində şəhər hökumət qüvvələrindən təmizləndi. Hamı ümid edirdi ki, hökumət həm körfəz müharibəsində zəiflədiyinə görə, həm də koalisiya qüvvələrinin nəzarəti altında olan aviasiyadan istifadə etmək imkanından məhrum olduğuna görə qiyamı yatıra bilməz. Lakin Səddam Hüseyn özünəməxsus qəddarlıqla bu hərəkatı da qan içində boğmağa nail oldu. Artilleriya atəşinə tutulan şəhər böyük tələfatlar verdi. Hərbi qüvvələr Kərbəla əhalisinin müqavimətini qıraraq şəhərə soxuldu. Kərbəlada 15 yaşından yuxarı kişi əhalinin demək olar ki hamısı ya öldürüldü, ya da təcrid zonalarına göndərildi. Hərəmin yaxınlığında yerləşən xəstəxana, müalicə olunan yüzlərlə yaralı ilə birlikdə buldozerlərin vasitəsilə yerlə yeksan edildi. İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) mübarək hərəmlərinə sığınan dinc əhali amansızlıqla güllə-baran olundu.
Hərbi əməliyyatlara Səddam Hüseynin kürəkəni Hüseyn Kamil Məcid rəhbərlik edirdi. O, mindiyi tankı düz İmam Hüseyn (ə) məscidinin qarşısına sürdürdü. Tankın lüləsini hərəmə sarı tuşladı. Sonra tankın rezervuarından başını çıxarıb üzünü İmam Hüseynin (ə) hərəminə tutdu və bağırdı: “Sən də Hüseynsən, mən də Hüseynəm. İndi görək, hansı birimiz daha güclüdür”. Bunu deyib hərəmə sarı atəş əmri verdi...
Bu hadisənin üstündən üç il ötüb-keçdi. 1994-cü ildə Hüseyn Kamil Məcid yenə Kərbəlaya gəldi. Amma bu dəfə tankın içində İmam Hüseynin (ə) hərəmini uçurmaq, şiələri qırmaq üçün gəlməmişdi. Bu dəfə onu, beynində yaranmış xərçəng şişindən sağalmaq ümidi ilə ambulans avtomobilində İmamın hərəminə gətirmişdilər. Hüseyn Kamil Məcid İordaniyada beyin xərçəngi əməliyyatı keçirmiş, ölkəyə qayıdandan sonra isə həyasızcasına İmam Hüseynin (ə) hərəminə “təşəkkür” üçün gəlmişdi...
O elə bilirdi ki, müqəddəs hərəmi təhqir etməsinə görə ona heç bir cəza verilməyəcək. Özlüyündə hətta ağır xəstəlikdən şəfa tapdığına görə sevinirdi. Amma heç kimin ağlına da gəlməzdi ki, İmam Hüseynin (ə) intiqamı onu nə zaman və harada haqlayacaq.
Daha bir il də ötüb-keçdi. 1995-ci ildə Hüseyn Kamil Məcid gözlənilmədən öz qardaşı (Səddamın o biri kürəkəni) ilə birlikdə İraqdan qaçıb İordaniya ərazisinə keçdi. Dünənə kimi Səddamın ən yaxın köməkçisi, vuran qolu olan iki qardaş indi İraq hökumətinin əleyhinə bəyanatlar verir, hərbi sirləri yayırdılar. Deyilənlərə görə, onların qaçış səbəbi küllı miqdarda pulu mənimsəmələri olmuşdu. Heç bir ölkə onlara sığınacaq vermədi. Bir müddətdən sonra Səddam öz kürəkənlərini bağışladığını elan edib onları İraqa qayıtmağa dəvət etdi. Yenə heç kimin gözləmədiyi halda, Hüseyn Kamil Məcid və qardaşı bu vədəyə inanıb geri döndülər. Və cəmi bir neçə gündən sonra hər ikisinin ölüm xəbəri dünyaya yayıldı. 1991-ci ildə Kərbəlada törətdiyi qırğına görə Səddam Hüseyndən mükafatlar alan insan düz 5 ildən sonra (1996-cı ilin fevralında) onun gizli əmri ilə qətlə yetirildi. Beləliklə, İmam Hüseynin (ə) intiqamı həyata keçdi.
Allah bir zalımın əli ilə o biri zalımı məhv etdi...

Oxşar xəbərlər
İmam Hüseynin günbəzinin yanlış forması
Bir yanlış məlumat barədə açıqlama... İnternetdə onlarla, bəlkə yüzlərlə səhifədə bir şəkil paylaşılır. Demək olar ki, yalnız bircə günbəz və onun təməlində duran xırda binadan ibarət olan bu şəklin İmam Hüseyn (ə) hərəminin qədim fotosu olduğu

Aşura qatillərinin aqibəti
“Allahım, yer üzünün bərəkətini onlara haram et, onları dəstə-dəstə parçalayıb dağıt, ...onları zillətlə öldür, birini də sağ buraxma!”. (Aşura günü Imam Hüseynin (ə) öz düşmənləri üçün etdiyi bəd-dua). Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı

At nalı xeyir-bərəkət gətirirmi ?
At nalının evlərin qapısına vurulmasının tarixi haradandır İmam Hüseyn (əleyhissəlam) şəhid edildikdən sonra ibni Ziyad (lənətullah) əmr verdi ki, süvarilər Hüseynin cəsədini tapdalasalar böyük ənam alacaqlar. Ömər Səd bu əmri icra edib hədiyyə

İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT
İmam Əli ibn Hüseyn - İmam Səccad (ə), üçüncü İmam Hüseyn ibn Əlinin (ə) oğludur. Həzrətin anası Şəhrəbanu1 xanım idi. İmam Əli ibn Hüseynin (ə) ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində2 dünyaya

Tarix ən böyük ibrət meydanıdır...
İmam Huseyn (ə) və onun əzadarlığı ilə mübarizə aparmış nəhəng sistemlər indi hanı? Hanı SSRİ? Hanı Əməvilər? Hanı Abbasilər? Hanı Pəhləvilər? Hanı Səddam? Hanı Məhəmməd Rza şah? Tarix kitablarından başqa adlarını hara yaza bildi onlar? 1350 illik



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---