Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İtin duasl

İtin duasl
+1
Mətndə qrammatik səhv var?
İtin duasl

Dua – möminin silahdır və mömin gərək heç bir zaman dua etməkdən yorulmasın və Allahdan istək və arzularını istəsin. Bəs Allah heyvanların da duasını qəbul edirmi?
Əgər tatixə və hədislərə nəzər salsaq, görərik ki, Allah bir çox heyvanların duasını yerinə yetirmişdir. O cümlədən:
İtin duası.
12-ci əsrin rəbbani alimlərdən olan Hüccətil-İslam Şəfəti öz həyat hekayələrini bölüşən zaman belə nəql edir: “Nəcəfdə və İsfahanda təhsil alan zaman o qədər yoxsul idim ki, paltarım çoxlu yamamağa görə müxtəlif rənglərə çalırdı. Bəzən aclığın şiddətindən özümdən gedirdim. Ancaq bu sirri heç kəsə demir və gizli saxlayırdım.
Bir gün İsfahan elmi mədrəsəsində vəhşət namazının pulunu tələbələr arasında bölürdülər. Bu puldan bir qədəri mənə də çatdı. Bir müddət idi ki, ət yemirdim və bazara gedib bu pulla heyvan ciyəri aldım. Mədrəsəyə qayıdan yolda gözüm bir itə dəydi ki, balaları üstünə çıxıb süd yeyirdilər. Ancaq bu itdən sür-sümükdən başqa bir şey qalmamışdı. Zəifliyindən hərəkət belə edə bilmirdi.
Öz-özümə dedim: “Əgər insafla düşünsəm, bu it həmin əti yeməyə məndən daha layiqlidir. Çünki həm özü və həm də balaları acdırlar”. Ona görə də ciyəri doğradım və həmin itin qabağına atdım.
O zaman ki, ciyəri itin qabağına atdım, başını səmaya qaldırdı və sanki nə isə dedi. Mən başa düşdüm ki, o, mənə görə dua etdi. Bu hadisədən bir müddət keçəndən sonra Şəfət zadəganlarından biri mənə 200 tümən göndərdi və dedi ki, mən razı deyiləm ki, bu pulu xərcləyəsən. Onu bir tacirin yanında qoy və onun ticarətindən mənfəət götür. Mən də onun sözünə əməl etdim və maddi cəhətdən vəziyyətim düzəldi. Mən həmin ticarətdən o qədər mənfəət götürdüm ki, onun pulu ilə min dənə dükan və karvansaray satın aldım. Bir kənd tikdim və onun torpağını əkin üçün kirayə verdim. Həmin torpaq hər il mənə 900 xərval (ölçü vahididir) düyü verirdi. Ailəm və övladlarım oldu və təxminən yüz nəfər evimdə yemək yeyirdi. Bütün bu mal-dövlət həmin itin duasının sayəsində idi”.
Qarışqanın duası.
Süleymanın (ə) zamanında şiddətli qəhətlik olmuşdu və insanlar onun yanına gəlib xahış edirlər ki, yağışın yağması üçün onlarla birlikdə namaz qılsın. Süleyman (ə) da əmr edir ki, sabah sübh namazından sonra hamı səhraya yollansın və orada namaz qılacağıq.
Səhər sübh namazından sonra Süleyman (ə) səhraya tərəf yollanır və yolda bir qarışqanı görür ki, ayaqları yerdə və əllərini göyə qaldırıb belə dua edir: “Allahım, biz sənin məxluqlarından biriyik. Sənin ruzindən ehtiyacsız deyilik. Bizləri insanların günahlarına görə həlakətə salma”.
Həzrət Süleyman (ə) üzünü insanlara çevirib deyir: “Evinizə qayıdın, Allah sizi qarışqaya xatir sirab edəcəkdir”.
Uca Allah əgər heyvanların duasını qəbul edirsə, aləmin ən ali məxluqu olan biz insanların da duasını mütləq qəbul edəcəkdir. Ona görə də dua etməkdən ümidsiz olmayaq və Allahın dualarımızı gec və ya tez həyata keçirəcəyinə inanaq.
/Deyerler.org/
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.