İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Yuxuda İmam Əli(ə.s) qulağına Bəsmələ oxudu

Bismillah.

'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.'

"Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir:
İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və Şeyxin dərslərində iştirak etməyə başladım.
İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim.
Nə qədər çalışsamda faydası olmurdu.
Nəhayət bir gün Həzrət İmam Əlinin (ə) ziyarətinə getdim və çoxlu dua edib dedim Ağacan (ə) Allahdan istəyinki zehnim yaxşı olsun.
Axşam yuxuda gördüm ki, Həzrət İmam Əlinin (ə) hüzurundayam.
Həzrət Əli (ə) mənim qulağıma 'Bismillahir rəhmanir rəhim' dedi.
Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm.
Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı.
Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim.
Bir gün dərsdə Şeyx Ənsari ağa ilə çoxlu bəhs edib ona iradlar tutdum.
Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim.
O, mənə baxıb təbəssüm edərək yavaşca qulağıma pıçıldayıb dedi Sənin qulağına 'Bismillah' oxuyan mənim qulağıma Vəladdallinə (Fatihə surəsi ) kimi oxuyub.
Ağa bunu deyib getdi.
Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki,Şeyx Ənsari Ağa kəramət sahibidir,çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım."

Oxşar xəbərlər
Yuxuda İmam Əli(ə.s) qulağına Bəsmələ oxudu
Bismillah. 'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.' "Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və

Qurani-Kərim oxumaq haqqında 20 hədis
1 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.” 2 - İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran

Salavat - Mələvan
SALAVATİ - MƏLƏVANIN HƏDİSİ Bir şəxs Sultan Mahmud Səbuktəkinin yanına gəlib dedi: - Bir neçə müddət idi ki, istəyirdim Allahın Rəsulunu yuxuda görüm və öz qəm-kədərimi ona danışım. Bir gecə bu səadət mənə qismət oldu və Həzrətin mübarək kamil

"Ey qılınclar doğrayın məni" yanlış sözdür
Bismilləh. Bir suala cavab. İmam Hüseyn ( ə ) Ey qılınclar doğrayın məni hədisini demişdirmi? Həqiqətdə hədis kitablarında belə bir hədis mövcud deyil. Bu kəlmə böyük alimlərin də qeyd etdiyi kimi , bir şairin qələmə aldığı beytdir. Bu Beyt ilə

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---