İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Niyyət

Mənəviyyatın, nəfsani fəzilətlərin və ali insani dəyərlərin özülünün islah olunması və möhkəmləndirilməsi islam əxlaqının əsasıdır. Ona görə bütün əməllər-istər mənəvi, istərsə də cismi olsun,məxsusən ibadətlər niyyətə bağlıdır. Niyyət o qədər təsirlidir ki, əslində ibadət olmayan hər hansı bir mübah əmələ ilahi rəng vurub Allaha yaxınlıq niyyətilə yerinə yetirərək onu ibadət dərəcəsinə qaldırıb əcr və savaba yetişdirir. Məsələn, əgər yemək və ya istirahət etmək yenidən qüvvə toplayıb yaxşı ibadət etmək və ya xalqa xidmət göstərmək üçün olarsa, ibadət sayılar. Halbuki belə əməllər əslində ibadət deyildir. Deməli, bu keyfiyyətə görə niyyətə əməlin ruhu və özülü demək olar. Başqa sözlə desək, islamda ən mühüm məsələ hər bir şeyin batini və həqiqi cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma dərəcəsi ona bağlıdır.Bu barədə diqqətinizi bir neçə hədisə cəlb edirik:

1) Peyğəmbər(s) buyurmuşdur:
“Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Kim Allaha və Rəsuluna görə hicrət edərsə, Allah və peyğəmbərlərinə tərəf də gedər. Kim qadına görə evlənərsə və ya sərvət, var-dövlət ələ keçirmək xatirinə hicrət edərsə, hicrəti niyyətində tutduğu şey tərəfə də yönələr.Möminin niyyəti əməlindən yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. Hər kəs niyyətinə görə iş görər.

2) Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: “Heç bir əməl niyyətsiz
qəbul olunmur.”

Peyğəmbər(s) bir hədisdə buyurur:
3) “Qiyamət günü insanlar niyyətinə görə təhrik olunarlar. ”3
4) “Qiyamət günü adamlar niyyətinə görə sorğu-sual olunar. ”4

5) İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur: “Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə sorğu-suala çəkər.”



1 «Sünəni-Termezi»Beyrut çapı: IV c/s-179/16-cı fəsil/hədis № 1647;
«Sünəni-ibn Macə» II c/s-1413/Niyyət fəsli/hədis № 4227;
«Müsnədi-Əhməd Hənbəl» I c/s25,43;
«Səhih Buxari» I c/s-1;
«Munyətil-murid» səh.42;
«Səhih Müslim» II c/s-103;
«Əttərğib və əttərhib»Beyrut çapı: I c/s-56.
1 «Vəsailüş-şiə» İslamiyyə çapı: I c/s-35;
“Biharül-ənvar”:Beyrut çapı: LXVII/s-189;
“Üsuli-kafi” İslamiyyə çapı: II c/s-84/hədis №2;
«Münyətil-mürid» səh.43.
2“Biharül-ənvar” Beyrut çapı: LXVII/s-185,204,207;
«Vəsailüş-şiə» İslamiyyə çapı: I c/s-33/hədis 1,3;
“Üsuli-kafi” İslamiyyə çapı: II c/s-84.
3 «Sünəni-ibn Macə» II c/s-1414/zöhd fəsli/hədis №4229;
“Biharül-ənvar” Beyrut çapı: LXVII/s-249;
«Munyətil-murid» səh.43; «Əttərğib və əttərhib» I c/s-57.
4 «Sünəni-ibn Macə» II c/s-1414.
5 «Vəsailüş-şiə» İslamiyyə çapı: I c/s-34/hədis №5;


(Mənbə : İslamda Əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni
Tərcüməçi: Ceyhun Cəfərov)

Oxşar xəbərlər
Günahlardan uzaqlaşmaq ,Haram əməllərdən çəkinmək
Günahlardan uzaqlaşmaq Haram əməllərdən çəkinmək İlkin mərhələdə atılan addımlardan səkkizincisi haram əməlləri tərk etməkdir, yəni bədən tərbiyəsində bir qisim iş və yeməklərdən çəkinmək zəruri olduğu kimi, nəfsin saflaşdırılmasında da bəzi əməl və

Cümə günü haqqında hədislər
Cümə günü Quran: «And olsun şəhadət verənə və şəhadət verilənə.» (Buruc, ayə 3) Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.» (Biharul-Ənvar, c.89, səh.267, hədis 5) İmam

İslamda evlilik
Evlənməyə həvəsləndirmək «Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir.» (Nur, ayə 32) «…Və Onun (qüdrət) nişanələrindən

Ətir vurmağın savab və faydaları
Ətir necə də gözəldir... Dinimizdə ətirdən istifadə etmək bəyənilən işdir. Amma bu iş kişi və qadında fərq edir. İslam dini qadının naməhrəm içinə ətirlənib çıxmasına icazə vermir. Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Xoş ətir qəlbi (ya

Siğə(Mütə)
Siğə'' nədir? əhli sünnə mənbəsiylə ''Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 1
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---