İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Allah heç kimə qaldıra bilməyəcəyi yükü yükləməz

Cahiliyyə cəmiyyətindəki insanların bir hissəsi dini praktikada yaşamağın onlara çətin gəldiyini və elə bu səbəbdən dindən uzaq həyat sürdüklərini deyirlər. Beləcə, Allaha qarşı olan nankorluqlarını öz aləmlərində qanuniləşdirdiklərinə, günahlarını isə yüngülləşdirdiklərinə ümid edirlər. Halbuki yalnız özlərini aldadırlar. Çünki Allah heç kimə gücünün çatdığından ağır məsuliyyət yükləməz. Allah Bəqərə surəsində belə buyurur:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir … (Bəqərə surəsi, 286)

Bir başqa ayədə isə Allahın bizə seçib-bəyəndiyi dinin Hz. İbrahimin dini kimi asan olduğu ifadə edilir:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc surəsi, 78)

Həqiqət belə ikən, din əxlaqını tətbiq etməyin çətin olduğunu, istədiyinə baxmayaraq, dini yaşaya bilmədiyini iddia edən insan şübhəsiz ki, səmimiyyətsizdir. Bu iddia ilə də adam heç kimi aldada bilməz, ancaq öz-özünü aldatmış olar.

Oxşar xəbərlər
İslam və Xristianlıq
Quranda da bildirildiyi kimi, Hz.İsa bir bəşərdir. Rəbbimiz Qur’anın "Qəsəs" surəsində Peyğəmbərimizə (s.ə.v.) özündən əvvəlki peyğəmbərlərin də bir bəşər olduqlarını bildirir: "Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər,

ATEİZM, DEİZM VƏ TEİZM. 8-ci mövzu
SUAL: Din tiryəkdirmi? Materialistlər iddia edirlər ki, din Allah tərəfindən göndərilməyib və insanlar tərəfindən uydurulub. Onlar iddia edirlər ki, dinin insanlar tərəfindən yaradılmasındakı məqsəd isə siniflər arası sərhəd yaratmaq, varlıların

İxlası qazanmağın yolları
Hər işdə Allahın razılığının ən çoxunu qazanmaq Qarşılaşdığı hər hadisədə ixlaslı olmaq istəyən bir insan hər işində "Allahın razılığının ən çoxu"nu axtarmalıdır. Allahın bu əmri "(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı

Möminlərin təvazökarlığı
Təvazökarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allah`ın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir. Möminlər Allah`ın hər şeyi yaratdığını, hər şeyin tək sahibi

Namaz - Qəlblərin paklığı
"Qəlbim təmizdir" deyib namaz qılmayanlara cavab Mütəal Allah, insanların maddiyyat aləmində və həm də Axirətdə səadət əldə etmələri üçün, nizama uyğun bir proqram tərtib etmişdir ki, həmin proqram insanların zahiri deyil, həqiqi xoşbəxtliyini



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---