İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Cəsədi ətir iyi verən alim

"Şeyx Əhməd Nəraqi ağa zahid,təqvalı bir şəxs kimi şöhrət qazanmış və gözəl əxlaqı dillər əzbəri olmuşdur.
Onun üçün fəzilət olaraq sadəcə bunu qeyd etmək kifayətdir ki, Şeyx Mürtəza Ənsarinin ustadı olmuşdur. Şeyx Ənsari haqqında da nə fəzilət danışsağ bəlkədə yenə azdır.
Ayətullah Əhməd Nəraqi ağa İranın Kaşan şəhəri və onun ətrafında yayılan vəba epidemiyası nəticəsində 1345-ci- hicri - qəməri ilində Nəraq şəhərində dünyadan köçmüş.
İraqın Nəcəfi-Əşrəf şəhərində Həzrət İmam Əlinin (ə) hərəmində (ziyarət), atası Mərhum Ayətullah Şeyx Mehdi Nəraqi ağanın yanında dəfn olunmuşdur.
Şeyx Mehdi Nəraqi ağa da İslam dünyasının böyük şəxsiyyətdir, onun haqqında da çox söz demək olar.
İn şa Allah ömür qismət olsa bu şəxsiyyətlər haqqında gələcəkdə sizlərin xidmətinə çatdırarıq.
Şeyx Əhməd Nəraqi ağanın şagirdlərinin bəzilərinin dilindən onun yüksək məqamını göstərən bir hadisəni nəql edir:
O,yazır:
Mərhum Əhməd Nəraqi ağanın cənazəsini Nəcəfi-Əşrəf şəhərinə apardığımız vaxt yolda havanın həddən artıq isti olmasına görə pis qoxu verməsindən qorxduq.
Cənazə yerə qoyulmuşdu, qarilər də onun ətrafında Quran oxumaqla məşğul idilər.
Mən vəziyyəti araşdırmaq üçün cənazəsinin yaxınlığına getdim.
Lakin xalis müşk ətrinin qoxusuna bənzər gözəl qoxudan başqa heçnə hiss etmədim.
Bu gözəl qoxu Əhməd Nəraqi ağanı məzara qoyanadək davam etdi.
Belə ki, onun mübarək bədənində qətiyyən bir dəyişiklik baş vermədi."

Mərhum Ayətullah Əhməd Nəraqi əxlaq kitabı olan, 'Meracüs-Səadə' (Səadətə gedən yol) kitabının müəllifi, Azərbaycan dilinədə tərcümə olunub.

Oxşar xəbərlər
Əli Əsğər ağanın qəbri
Kərbəla zəvvarlarından bir dəstəsi böyük alim Seyid Mürtəza Kəşmirnin (r.ə) görüşünə gedirlər. Görüşdə onlar alimdən həzrət Əli Əsğərin (ə) qəbrinin harada yerləşdiyini soruşurlar. Alim bu sualı eşidəndə göz yaşlarını saxlaya bilmir, çoxlu ağlayır

Yuxuda İmam Əli(ə.s) qulağına Bəsmələ oxudu
Bismillah. 'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.' "Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və

Yuxuda İmam Əli(ə.s) qulağına Bəsmələ oxudu
Bismillah. 'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.' "Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və

Yuxudan oyanmaq
Şeyx Bəhai (r.a.) Şeyx Məhəmməd ibni Yəqub Kuleyninin (r.a.) "Kafi" kitabından nəql etmişdir ki, İmam Cəfəri Sadiq (ə.) buyurmuşdur: "Hər kəs yatan vaxtı "Kəhf" surəsinin sonuncu ayəsini oxuyarsa, niyyət etdiyi hər hansı bir saatda yuxudan oyanar."

"Ey qılınclar doğrayın məni" yanlış sözdür
Bismilləh. Bir suala cavab. İmam Hüseyn ( ə ) Ey qılınclar doğrayın məni hədisini demişdirmi? Həqiqətdə hədis kitablarında belə bir hədis mövcud deyil. Bu kəlmə böyük alimlərin də qeyd etdiyi kimi , bir şairin qələmə aldığı beytdir. Bu Beyt ilə



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---