İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Həyat yoldaşını son anda anladı

Ayətullah Taha Nəcəf, Nəcəfi-əşrəfin yaşı keçmiş qoca ariflərindən idi. O ömrü boyu şəxsi işlərindən ötəri bir dəfə də olsun qəzəblənməmişdi. Ömrünün axırlarında dostları onun heç olmasa bir dəfə qəzəblənməsini görmək üçün onu imtahan etmək qərarına gəlirlər. Bu işi etmək üçün onun arvadını vasitə edir və ondan istəyirlər ki, bir dəfə ağanın dəstəmaz aftafasını doldurmasın. Bəlkə, həmişə aftafasını dolu görən arif bu dəfə boş gördükdə əsəbləşə!

Qadın da aftafanı doldurmamaqdan əlavə quyunun ipini də vedrədən açır, aftafanı və vedrəni həyətin bir küncünə atır. Ağa dəstəmaz almaq üçün mütaliə otağından çölə çıxır, amma aftafanı tapmır. Həyat yoldaşından soruşduqda ondan bu cavabı eşidir: "Mən sizin aftafanızın zamini deyiləm".
Ağa bir təhər aftafanı tapır, onu doldurmaq üçün quyu başına gəlir, amma ipin və vedrəninin də olmadığını görür. Nəhayət, ip və vedrəni də axtarıb tapır. Vedrəni ipə bağlayıb quyuya atır. Suyu yuxarı çəkdikdə özünü saxlaya bilməyib, bərk ağlamağa başlayır.
Uzaqdan arifin hərəkətlərini izləyən qadın onun ağlamağına dözə bilmir və gəlib vedrəni özü quyudan çəkib çıxarır. Qadın elə bilir ki, əri ondan intiqam ala bilmədiyi üçün əsəbindən ağlayır. İmtahanın nəticə verməsini güman edib sevinən qadın ərindən soruşur: "Nə üçün ağlayırdın?" Arif onun cavabında deyir: "Bu vaxta qədər bir aftafanın doldrulması üçün bu qədər müqəddimə lazım olduğunu bilməmişəm. Mən bu məsələdən qafil olduğumdan indiyə kimi sənə zülm etmişəm. İndi də ağlayıram ki, Allahın qarşısında sənə etdiyim bu qədər zülmün cavabını necə verəcəyəm".

Oxşar xəbərlər
Dəmirçi və Kasıb qadın
Bismillah. Diqqət. İbrətli. 'Namusuna sahib olan qadın' "Şəhərlərin birinin əhalisinə etdikləri günahlara görə dözülməz qıtlıq üz vermişdi. Bunun üçün əhali aclığdan çox əziyyət çəkirdi. Bu şəhərdə dul möminə bir Seyyidə xanım yaşayırdı. Onun bir

Cəhənnəmdə qadınlar
Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə)

Xanımlar oxusun
Xanımlar – zəirf və incə məxluqlardırlar. Ancaq unutmaq lazım deyildir ki, sadəcə hisslərlə yaşamaq kifayət deyildir. Həyatda çox zaman hissləri kənara qoyub, ağılla qərar çıxartmaq lazımdır. İmam Zaman ağanın (ə.f) intizarında olan xanım – o

Zil Qədə ayının Tövbə Namazı
Qəməri tarixi ilə bugün Zilqədə ayının 3-dür (07.08.2016) Zil Qədə ayında bazar gününün əfzəl əməli. "Tövbə namazı" Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey

Dəstəmaz almağın qaydası
Dəstəmaz almağın dəqiq qaydası.oxuyun və əməl edin inşallah.rəqəmlərlə yazmışam ki ard-arda hansı və necə yumaq lazım olduğunu biləsiz. Niyyət edirəm dəstəmaz alıram qürbətən iləllah 1)Əvvəl əlləri yuyuruq 2)Üzü uzununa alnın yuxarısından, baş



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---