Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Dili qorumaq barədə.

Dili qorumaq barədə.
0
Mətndə qrammatik səhv var?
Dili qorumaq barədə.


Dili qorumaq barədə. Əziz qardaş! Dilinin bacardığın qədər qoru! Bu üzv Allahı zikr etməkdən ötrü, Quran oxumaq, insanları irşad etmək, dini və dünyəvi məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən, böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:
1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. Bil ki, yalan kəbirə günahlardandır.
2. Verdiyin vədə xilaf çıxmaqdan. Məbada, yaxşılıq vədəsi verib, sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb vədə vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır. Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir.
3. Qeybətdən. Bir çox hədislər əsasında məlum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
5. Özünü tərifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur: "Özünüzü tərifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular: "Xoşa gələn düz, lakin pis söz nədir? "Cavab verir: "Özünü tərifləmək.”
6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da. Çünki, hədislərdə gəlib: "Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir.
Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə olmaq və zəruri hallardan başqa bir söz deməkdən çəkinmək üçün ciddiyyət göstərmək lazımdır. Bu dildən özünü möhkəm qoru! Bu dil vasitəsi ilə hər iki dünyanın həlakətinə məruz qalarsan.

Kitab: Nəsihətlər(ON DÖRD MƏSUM (Ə) BUYURDUQLARI VƏ MİN BİR HİKMƏTLİ SÖZ)
Müəllif: AYƏTULLAH MEŞKİNİ.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.