Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Salam vermək haqqında.

Salam vermək haqqında.
+2
Mətndə qrammatik səhv var?
Salam vermək haqqında.


“Salam” – Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allah insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan məhəbbət və sevgi ilə qurmaq lazımdır. Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir. (Tebyan)

İslamdan əvvəlki salam.
İslamdan əvvəl salam kəlməsi ilə rabitə qurulmazdı. Ərəblər daha çox “Əhlən və səhlən”, “Məsəxeyr” sözlərindən istifadə edərdilər. Hər bir millətin özünə uyğun rabitə vasitəsi var idi. Məsələn, “günortan xeyr”, “sabahın xeyr” kimi sözlərdən istifadə edilərdi.

Salam vermək bizə sadə ve asan görünsə də İmam Əli (ə) salam vermə barəsinde buyurmuşdur: "Salam verməyin 70 savabı vardır. Bunun 69-nu salam verənə, biri ise salam alana çatar”. Bunu da demək yerinə düşər ki, salamı qaytarmaq vacibdir.
Allahın Peyğənbəri (s) buyurmuşdur: "Salam vermək - bizim dinin rəhmət ve mehribanlıq nişanəsidir, dövrümüzün əmin-amanlığı ve pənahımızdır”. İmam Sadiq (e): "Salam sözdən qabaqdır”, - deyə buyurmuşdur.

Hədislərdən də aydın olur ki, hər sözdən, hər ünsiyyətdən qabaq salam vermek - başlıca amillerdendir. Ve bunu da nəzərə çatdırmaq yerinə düşər ki, salam vermeyin de qaydaları vardır. Yeni, kime salam verib-vermemek nezerde tutulur.

İslamın Peyğenberi (s) buyurur: "Beş şeyi hele ki, sağam - terk etmeyecem... uşaqlara salam vermeyi - menden sonra sünne olsun deye”.

İmam Baqir (e) buyurmuşdur: "... ne süfre başında şerab içenlere salam ver, ne özünü qadın suretine salan kişiye, ne ismetli qadına böhtan deyen şaire. Ve ne de namaz qılana (namaz vaxtı) salam vermeyin. Çünki namaz qılan salamın cavabını vere bilmir, halbuki, müselmana salam vermek müstehebdir, salamı almaq ise vacibdir. Ne selem yeyene salam verin, ne ayaq yolunda olana, ne hamamda olana. Açıq-aşkar günah ve fisq eden fasiqe de salam vermeyin”.

Ve mövzunun evvelinde de dediyimiz kimi, salamın cavabını vermek vacibdir. Qurani-Kerim de bu mövzu ile elaqedar bele buyrulub: "Size salam verdiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah Teala her şeyi hesaba alandır”. ("Nisa” suresi, aye 86)

İslam Peyğenberi (s) buyurmuşdur: "Salam vermek - müstehebdir, salamı almaq ise vacibdir”.
Ve salamı qabaqlamaqla bağlı Allahın Peyğenberi bele buyurmuşdur: "Allaha ve Onun Resuluna (s) en yaxın olan insan - birinci salam verendir”. Bu da kini birbaşa kökünden sındırır.

Başqa mübarek hedisinde islam Peyğenberi (e) buyurmuşdur: "Birinci salam veren - tekebbürden uzaqdır”. İmam Sadiqden (e) neql edirler: "Allahın Resulu (s) buyurmuşdur: "Kim salam vermemiş söze başlarsa, ona cavab vermeyin”. Elece de buyurmuşdur: "Heç kesi salam vermeyince yemeyine devet etme”.

Eve daxil olanda salam vermek baresinde Qurani-Kerimin "Nur” suresinin 61-ci ayesinde toxunulmuşdur: "Eve daxil olanda özünüze salam verin ki, bu Allah terefinden mübarek ve pak salamlamadır”.

İslam Peyğenberi (s) bu barede bele buyurmuşdur: "Sizlerden biriniz eve daxil olan zaman salam versin. Çünki salam hemin eve bereket endirir ve melekler o eve ünsiyyete girir”.
“Salam” – Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allah insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan məhəbbət və sevgi ilə qurmaq lazımdır. Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir. (Tebyan)

İslamdan əvvəlki salam.

İslamdan əvvəl salam kəlməsi ilə rabitə qurulmazdı. Ərəblər daha çox “Əhlən və səhlən”, “Məsəxeyr” sözlərindən istifadə edərdilər. Hər bir millətin özünə uyğun rabutə vasitəsi var idi. Məsələn, “günortan xeyr”, “sabahın xeyr” kimi sözlərdən istifadə edilərdi.

Həzrət Peyğəmbər (s) buyurur: “Salamı aşkar edin ki, (yəni yüksək səslə deyin ki) dostluq əlaqələriniz möhkəm olsun”.

Şeyx Səduq “Əmirəl-möminin (ə) fiqhi” kitabında Peyğəmbər (s) barədə belə yazır: “Peyğəmbər (s) başqasının evinə girəndə üç dəfə salam verərdi, əgər cavab eşidərdisə, daxil olardı və əks halda qayıdardı”.


Müsəlmanlar daima salam verməyə təşviq ediliblər.
İmam Hüseyn (ə) salam haqqında buyurub: “Salamın 70 savabı vardır. 69-u onu başlayanın və biri isə cavab verənindir”.
Peyğəmbər (s) buyurur: “Salam vermək meyllədir, ancaq cavab vermək vacibdir”.


Həzrət (ə) başqa yerdə buyurur: “Salama cavab verin və yaxşı söz deyin”.
Peyğəmbəri-Əkrəm (s) başqa yerdə belə buyurur:“Ən paxıl insan o kəsdir ki, salam verməyə paxıllıq edir”.

Qurani-Kərim müsəlmanlara buyurur ki, əgər kimsə sənə salam versə, gərək ən yaxşı şəkildə ona cavab verəsən. Bu yolla da həmin müsəlmanı ictimai rabitələri daha da dərinləşdirməyə həvəsləndirərsən.
“Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la)-cavab verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır”. (“Nisa”86)

Salamın gətirdiyi nəticələr.

1. Məhəbbət yaradır və sevgi rabitələrini inkişaf etdirir. “Üç şey dostun məhəbbətini xalis edər: salam ver, onu görən zaman məclisdə onun üçün yer ayır və onu gözəl adları ilə çağır”.
2. Rahatlıq və təhlükəsizliyin yaradılması. “Salam - milləti salamlamaq və bizim təhlükəsizliyimizi hifz edəndir”.
3. Həqiqi salam verən üçün behişti vəd etmək. “Salamı aşkar edin, qohumlarınızla dostluq edin və gecə insanlar yatan zaman gecə namazı qılın ki, behiştə daxil olasınız”.
4. Günahların bağışlanması. “Günahların bağışlanması amillərindən biri də salamı əda etmək və yaxşı söz danışmaqdır”.
5.İslam ümmətini saxlayan. “Salam - milləti salamlamaq və bizim təhlükəsizliyimizi hifz edəndir”.
6. Təkəbbürdən pak olmaq vasitəsidir. “Salamı başlayan təkəbbürdən uzaqdır”.
7. Cəmiyyətdəki paxıllığı və kini aradan aparar. “Keçmiş ümmətlərin xəstəliyi sizə nüfuz etmişdir. Paxıllıq və düşmənçilik kəsəndir. Ancaq saçı deyil, dini kəsməkdir. Muhəmmədin canı əlində olan Allaha and olsun ki, mömin olmamış behiştə getməzsiniz. Bir-birinizi sevməmiş mömin olmazsınız. İstəyirsiniz sizə elə şeydən xəbər verəm ki, onu etsəniz, bir-birinizi sevərsiniz? Bir-birinizə salam verin”.
8. Müsəlmanın imanını kamil edər. “Üç xüsusiyyət əgər mömində olmazsa, imanı kamil olmaz: ehtiyacı olan zaman sədəqə vermək, öz zərərinə ədalətli olmaq və çoxlu salam vermək”.
9. Sileyi-rəhmə səbəb olar. “Qohumlarınıza salam vasitəsilə yaxın olun.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.