İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

ATEİZM, DEİZM VƏ TEİZM. 4-cü mövzu.


ALLAHIN VARLIĞINI İSBAT ETMƏK MÜMKÜNDÜRMÜ?

Son sərlərdə, dünyada, xüsusəndə Avropada belə bir fikir yaranmışdır ki, Allah mövzusu bəşərin həll edə bilməyəcəyi mövzudur. Bu fikri irəli sürənlər Allahın varlığını inkar etmirlər, əksinə deyirlər ki, Allah mövzusu insan üçün həllolunmazdır. Guya insan Allahın varlığını nə isbat və nə də inkar etməyə qadirdir. Bu düşüncəyə sahib olanlar həm materialistlərin və həm də teistlərin məntiqi ilə müxalifdirlər. Onlar iddia edirlər ki, bu məsələni araşdırmaq üçün insana heç bir idrak vasitəsi verilməmiş və ümumiyyətlə insan belə bir vasitəyə malik deyil. Onların nəzərincə insan yalnız hisslə dərk edilən fiziki varlıqlar barəsində tədqiqat aparıb deyə bilər ki, filan varlıq vardır və hansı xüsusiyyətə malikdir. Metafizik məsələlər insan idrakının əhatəsindən xaricdir.

Şübhəsiz ki, bu düzgün fikir deyil. Ona görə ki, təkcə Allah mövzusu deyil, hətta bir çox məsələlər vardır ki, hiss orqanları vasitəsi ilə onları duya bilmirik, lakin onların varlığını dərk edirik. Yəni insan təkcə hiss orqanları ilə duyduğunun var olmasını, duya bilmədiyinin isə var olmadığını düşünə bilməz.

Düzdür insan idrakının gücü çatmaz Allahın mövcudluğunu və necəliyini tam və mütləq mənada qavramağa. Lakin insan Allahın varlıq kimi mövcud olmasını, bəzi xüsusiyyətlərini anlamağa və sübut etməyə qadirdir.

Məntiqdə çox işlədilən "qeyri-mümkün" məfhumu özüdə hiss orqanları tərəfindən dərk olunmayan bir məfhumdur və təfəkkürün əsas prinsiplərindən biridir. Misal üçün həndəsəd üçbucağın daxili bucaqlarının cəminin neçə dərəcə olduğunu soruşsaz, aldıqınız cavab bu olacaq ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. O zaman soruşsaz ki, nə vaxtsa daxili bucaqlarının cəmi 180 dərəcə olmayan bir üçbucağa rast gəlmək olarmı? Aldığınız cavab isə bu olacaq ki, "bu qeyri-mümkündür"

"Qeyri-mümkün" özü özlüyündə mövcuddur lakin bu məfhumun haqqında bizim dərk etdiyimiz əslində hiss orqanlarının dərkindən kənardır. Əgər "qeyri-mümkün" məfhumu hiss orqanları ilə hiss edilsəydi, o zaman real aləmdə mövcud olmalı idi və əgər mümkün olsaydı ki, o real aləmdə olsun o zaman daha o qeyri-mümkün olmazdı. Həmçinin qeyri-mümkün anlayışının əksi olan qaçılmazlıq anlayışınıda insan hiss orqanları vasitəsi ilə dərk edə bilməz.

Zaman məsələsidə eyni ilə belədir. Elmdə zaman var olan mövcud kimi qəbul olunur, amma zaman hisslə dərk edilirmi? İnsan zaman toxuna, onu dada, eşidə, gözlə görə bilərmi? Şübhəsiz ki, zaman heç bir hiss üzvü vasitəsi ilə dərk oluna bilməz. Deməli, buradan bu nəticə çıxır ki, bu kimi məsələləri hiss üzvləri vasitəsi ilə dərk etməmək heç də onların insanların tədqiqat sahəsindən uzaq olması demək deyildir. Əksinə insanlar bu məsələlər barədə fikir yürütmək qabiliyyətinə malik olan təfəkkür qüvvəsinə malikdir.

Sadəcə burada bizim diqqət edəcəyimiz əsas məsələ bundan ibarətdir ki, biz Allahın varlığını sübut etmək istərkən və ya Onun barədə araşdırma aparmaq istədiyimiz vaxt Allahı aləmdəki əşyalar arasında, zaman və məkan çərçivəsində axtarılan bir varlıq kimi axtarmamlıyıq. Çünkü Allah zamanın hansısa hissəsində və məkanın hansısa bir qütbündə qərar tapan varlıq deyil. Allah zaman və məkan anlayışlarının fövqündə duran bir həqiqətdir. Biz Onun varlığının isbatı üçün hiss olunan maddi aləmdə sübular əldə edə bilərik, maddi aləmdə gördüyümüz müxtəlif hadisələr əsasında Allahın var olmasını isbat edə bilərik, lakin Allahın özünü maddi aləmdə axtarsaq böyük səhvə yol vermiş olarıq və heç bir nəticə əldə etmərik.

Mənsurov Bəşir.
İstifadə olunan mənbələr: M.Mütəhhərinin "Teizm seminarları" kitabı

Oxşar xəbərlər
ATEİZM, DEİZM VƏ TEİZM. 3-cü mövzu.
MƏSƏLƏNİN DÜZGÜN QOYULUŞU Ateist və deistlərlə mübahisə zamanı dəfələrlə şahidi olduqumuz məsələlərdən biri də budur ki, çox zaman ətrafında söhbət olunacaq mövzu düzgün şəkildə müzakirəyə qoyulmur və mövzuya girişlər məntiqi şəkildə icra olunmur.

ATEİZM, DEİZM VƏ TEİZM. 2-ci mövzu.
Bu mövzuda sizə bu üç termin barədə qısa məlumat vermək istəyirəm. ATEZİM - “Ateist” hərfi tərcümədə “tanrıya inanmayan” deməkdir. Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian

ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.
ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu. Tarix boyunca ateistlərin buraxdığı ən böyük səhvlərdən biri də bu idi ki, onlar Allahın varlığını öz məhdud ağılları, sərhədli düşüncələri ilə tam mənada dərk edib, təsəvvür edə bilmək istəyirdilər. Yəni onlar

Evliliyin Məqsədi
Evlilikdə birinci məqsəd ər-arvadın Allahın rizasını qazanmaqda yardımlaşmalarıdır. Çünki onlar bir-birlərinin maddi və mənəvi ehtiyaclarını qarşılayaraq günaha düşmələrinin qarşısını alarlar.

Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---