Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

ATEİZM, DEİZM VƏ TEİZM. 13-cü mövzu

ATEİZM, DEİZM VƏ TEİZM. 13-cü mövzu
0
Mətndə qrammatik səhv var?
ATEİZM, DEİZM VƏ TEİZM. 13-cü mövzu

İSLAM DÜŞÜNCƏ AZADLIĞINA QARŞIDIRMI?
Allaha inanmayanla Allahı inkar edənin fərqi nədir?


Bu günkü zamanda mövcud olan neo-atesitlər hesab edirlər ki, dində düşüncə və fikir azadlığı yoxdur. Çünkü din Allaha inamayan insanlara qarşı öz mövqeyini kəskin formada ortaya qoyaraq, onları kafir, azğın və təkamül yolundan çıxmış fərdlər hesab edir. Görəsən həqiqətəndəmi DİN DÜŞÜNCƏ AZADLIĞINI MƏHDUDLAŞDIRIR???

Bu iddiaya bizim cavabımız belə olacaq ki, əslində din düşüncə azadlığına qarşı deyil, tam əksinə düşüncənin azad olmasına, düçüncə asıllığından, sürü psixologiyasından xilas olmağa və sərbəst olaraq düşünməyə çağırır. Bu misalı demək kifayətdir ki, İslamın əqidə əsaslarında, yəni üsuliddində hər hansı bir alimi təqlid etməyi, "filan alim deyir Allah var, məndə buna görə deyirəm ki, Allah var" düşüncəsini qadağan edir və fərdə sərbəst olaraq araşdırma aparmağı və öz əldə etdiyi nəticə əsasında Allaha inanmağı tövsiyə edir. Həqiqətdə isə düşüncə azadlığına qarşı olanlar elə inkarçı ateistlərin özləridir.

Burada hamımızın diqqət etməmiz lazım olan çox incə bir fərq var. Bu fərq ondan ibarətdir ki, Allaha inmayan ideologiya ilə Allahı inkar edən ideologiya tam fərqli anlayışlardır. Burada aydın olur ki, əslində Allaha inanan biri ilə inanmayan biri arasında təzad sadəcə eyni mövzu üzərində olan zidd fikirlərdir, burada başqa bir ciddi problem yoxdur. Lakin Allaha inanmayan şəxslə Allahı inkar edən şəxs kəskin fərqlənirlər. Çünkü ola bilər ki, birisi heç Allah barəsində, Allahın olub-olmaması barədə düşünmür, amma Allahı inkar edən birisi isə Allah barədə düşünür və olmadığını iddia edir. İslamın Allaha inmayan şəxslə bir problemi yoxdur. Çünkü bu cür insanlar adətən düşüncə dayazlığı və ya hər hansı təbii səbəblərdən əziyyət çəkir və dərin mövzular barədə düşünmürlər. Onları bir müddət tovhidə aid təlimlər ilə tanış etdikdən sonra əgər sağlam ağıla və qəzəsiz düşüncəyə malikdirlərsə, bu zaman Allahın varlığına inanır və səmimi müsəlman ola bilirlər. Bəzən hətda illərin təkallahlıq düşüncəsinə sahib olan insanlarda belə Allahın varlığına qarşı şübhə yaranır, inam zəifləyir. Lakin bu o qədərdə təhlükəli hal deyil, bu hal bir həyəcan siqnalıdır və insanı xəbərdar edir ki, Allahın varlığına inanmaq üçün arqument çatışmamazlığı və ruhi pozğuntu var. İnsanda bu hal yarandığı zaman mütləq kəlama, əqidəyə, teizmə aid mövzularda öz səviyyəsində araşdırma aparmalı, özündən elmli şəxslərdən öz şübhələrinə dəqiq cavablar istəməli və məntiqə uyğun cavab aldıqda qane olmalıdır. Həyatda Lev Tolstoy kimi bir çox dahilərin gənclik dövürlərində Allaha inanmadıqları vaxtlar olub. Lakin sonradan qazandıqları elm, təcrübə və düzgün analiz bacarığı sayəsində Allahın varlığına inanan şəxslərə çevriliblər.

İslam kafir dedikdə isə Allaha inanmayanı, bu barədə araşdırma apara bilməyəni deyil, Allahı inkar edən, onun yoxluğuna dair heç bir düzgün dəlil olmadığı halda dəlil gətirməyə çalışanları və açıq aşkar Allahla, dinlə düşmənçilik edənləri nəzərdə tutur.
Allahı qəbul edən insanlar müəyyən dəlillərə əsasən Allahın var olduğunu deyir, Allaha inanmayan şəxslər isə Allahın olub-olmamasına dair heç bir dəlili olmadığı üçün sadəcə inanmır. Amma görəsən Allahın varlığını inkar edənlər hansı dəlilə əsasən bu sözü deyirlər?

Yoxsa ki, Allahı inkar edənlər bu əzəmətli kainatda mövcud olan hər şeyin izahını tapıb və Allahdan heç bir əsər görməyiblər? Bəlkə bu insanlar artıq elə bir həddə çatıb ki, artıq onlar kainatdakı, təbiətdəki bu qədər dəqiq nizam intizamın niyə bu qədər dəqiq və dəyişməz olduğunu isbatlaya biliblər? Təbiiki Allahı inkar edənlərində özlərinin gətirdiyi arqumentlər və dəlillər vardır. Bu dəlillərə ötən məqalələrdə qısada olsa cavab verməyə çalışmışıq.

Misal olaraq fərz edək ki, üç nəfər hər gün daxil olduqları otağa daxil olur və orada bir yeni əşya görürlər. Bu zaman birinci şəxsi deyir ki, bu əşyanı qonşu gətirib. Çünkü mən bu əşyanı onlarda görmüşəm və ən yaxın ehtimal budur ki, bunu o gətirib. İkinci şəxs deyir ki, mən bu barədə heç nə deyə bilmərəm və qonşunun gətirdiyinə də nəsə inanmıram. Üçüncü şəxs isə deyir ki, xeyir bu əşyanı bura qətiyyən heç kim gətirməyib, yəni öz-özünə peyda olub.

Burada birinci tərəf ən sağlam dəlilləri təftiş edərək, sağlam məntiqə ən yaxın bir cavabı səsləndirir. Bu Allaha inanan bir kimsədir. İkinci şəxs isə fikirləşmədən bu barədə heç bir fikri olmadığını deyir, çünkü onun öncədən bu əşya və qonşu barədə məlumatı olmayıbdır. üçüncü şəxsin fikri isə ən yaxşı halda sadəcə məntiqsizlikdir. Əşyanın buraya canlı, diri bir kimsə tərəfindən gətirilib qoyulduğu sağlam ağıla uyğun olduğu halda, onu gətirəni inkar etmək və cansız əşyanın özünün burda öz başına peyda olmasını demək nə qədər məntiqə uyğundur. Allahı inkar edənlərdə eyni ilə bu cür düşünürlər. Onlar deyir ki, Allah yoxdur, bəs yaxşı görəsən nəyə əsasən?

Allahı inkar etmək o halda məntiqli olar ki, insan kainatdakı hər bir nəticənin, hər bir hadisənin barəsində Allaha aid olmayan bir izah verməyi, cavabı elmə məlum olmayan bütün sualların cavabın verməyi bacarsın. Sübut etsin ki, həqiqətəndə şüura, vicdana, hisslərə malik olan canlı varlıqlar əslində heç bir şüuru olmayan cansız təbiət tərəfindən yaradılıb. Buna da izah verməyi bacarsın ki, həqiqətəndə bütün bu nizamlı hərəkətləri, göy cisimlərinin xüsusi qanuna uyğun olan hərəkət traeoktoriyasını nizam qanunundan xəbəri olmayan bir cansız və şüursuz bir təbiət yaradıb. Əgər bu iradın qarşılığında Allahı inkar edən şəxs desə ki, təbiət şüurludur, kamildir və canlıdır, o zaman o özüdə bilmədən Allahın varlığına artıq inanır. Sadəcə bizdən fərqli olaraq o mütləq kamil olan varlığa Allah deyil, təbiət deyə müraciət edir. Lakin o təbiəti cansız və şüursuz hesab edərsə o zaman Allahı inkar etmək məntiqsizlik və qərəzdən başqa bir şey deyildir.

Buradan belə kiçik bir nəticəyə gəlirik ki, əgər insanın qəlbində həqiqətə, doğruluğa azacıq belə olsa meyl olarsa o zaman o kainatda və bütün təbiətdə sirli varlıqlar, dəmir nizam-intizam, uyğunluq və beyni dağıdan suallar barədə düşünərək, axtarış aparacaq. Lakin Allahı inkar edən ateist isə bir başa olaraq düşüncə, araşdırma düşmənidir və Allahın varlığı barədə bu qədər ciddi dəlilin olmasına rəğmən, onları görməməzlikdən gələrək, gözü yumaraq, yalnız və yalnız inkar yolunu seçmək əslində düşüncənin məhdudlaşdırmaq və qərəzli, anormal bir yanaşmaya sahib olmaq deməkdir.

Ən sonda qeyd edək ki, Allahı inkar edən kəslərin, mütləq varlığı dərk edə bilməmələrinə səbəb olan amillərdən biri də ağıllarının gücləri çatmamağı və dərk etməyin onlara sərf etməməsidir.


MƏNSUROV BƏŞİR. 28.12.2016

(SAYTDA OLAN MƏLUMATLARDAN İSTİFADƏ EDƏRKƏN İSTİNAD VACİBDİR)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.